Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ömürlük azadlıqdan məhrumetmə
Ömürlük azadlıqdan məhrumetmə — cinayət törətməkdə ittiham olunan şəxsə verilən elə cəzadır ki, onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Bəzi dövlətlərdə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd, terrorizm, ciddi uşaq istismarı, zorlama, uşaqların cinsi istismarı, casusluq, vətənə xəyanət, narkotik ticarəti, insan alveri, dələduzluq, iqtisadi cinayətlərin ağır halları, eləcə də ağırlaşdırıcı hallarda şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda adam oğurlama, ev oğurluğu və ya oğurluq, dəniz quldurluğu, hava gəmisini qaçırma və müəyyən hallarda soyqırım, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər, müəyyən hallarda müharibə cinayətlərinə görə şəxs bu cəzanı ala bilər. Bəzi ölkələrdə ömürlük azadlıqdan məhrumetmə ölümlə nəticələnən nəqliyyat vasitələrinin təhlükəsizliyi əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq olunur. Ömürlük azadlıqdan məhrumetmə bütün dövlətlərdə mövcud deyil. 1884-cü ildə Portuqaliya ömürlük azadlıqdan məhrumetməni ləğv edən ilk dövlət olmuşdur.
Ölüm hökmü-ömürlük cəza (film)
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
Koşurluk
Koşurluk — Borçalıda kənd adı. == Toponimkası == Türk dillərində koçur (kuçur) "səthində qranit (bozalt) parçaları səpilmiş nisbətən iri yüksəklik" sözündəndir. Ola bilsin bu toponimdə türk dillərində kucur "şoran", "duzlaq" mənası əksini tapmışdır.
Ağac kömürü
Ağac kömürü — havaya çıxışı olmayan ağacın pirolizi zamanı əmələ gələn mikroporous yüksək karbonlu məhsul. Kömür 1100 °C-dən çox temperaturda yanır . Hazır kömür əsasən karbondan ibarətdir. Adi odun yandırmaq yerinə kömür istifadə etməyin üstünlüyü suyun və digər komponentlərin olmamasıdır. Bu, kömürün daha yüksək temperaturda yanmasına və çox az tüstü çıxarmasına imkan verir (adi odun çoxlu buxar, üzvi uçucu maddələr və yanmamış karbon hissəcikləri verir). == İstinadlar == == Ədəbiyyat == Уголь древесный // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Козлов В. Н., Нимвицкий А. А. Технология пирогенетической переработки древесины.
Bahar ömürlü insan (film, 2003)
Bahar ömürlü insan qısametrajlı sənədli televiziya filmi rejissor Akif Arifoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Lider Televiziyasında istehsal edilmişdir. Bioqrafik film ziyalı alim Faiq Bağırzadənin xatirəsinə həsr olunmuşdur. == Məzmun == Bioqrafik film ziyalı alim, əməkdar elm xadimi Faiq Bağırzadənin xatirəsinə həsr olunmuşdur.