Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köləlik
Quldarlıq - İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya - Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul - bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Üləşik
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. == Əhalisi == Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Azərbaycanda köləlik
Azərbaycanda köləlik— Azərbaycanda tarixən kölələrin (qulların) əməyindən istifadə. == Tarixi == === Alban çarlığı === Qafqaz Albaniyası məbədlərində məbəd qulları işlədilirdi. Strabon məlumat verir ki, Selena ilahəsinə həsr edilmiş Alban məbədində "kahin vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, geniş müqəddəs məbəd torpağının və hiyerodulların (müqəddəs qullar) başında duran xadim icra edir". === Məsqət (Maskut) === "Hüdud əl-aləm"də verilən məlumatlara görə müstəqil şəhər olan Məsqətdən islam ölkələrinə çoxlu qul gətirilirdi. === Şirvanşahlar dövləti === IX əsrin ikinci yarısından Abbasilər xilafətinin zəifləməsi və tənəzzülə uğramağa başlaması, habelə onda mərkəzdənqaçma meyllərinin güclənməsilə əlaqədar bəzi vilayətlər ayrılaraq müstəqil məlikliklər yaratmağa başladılar. Şirvanın əhalisi feodal zadəganlardan, neftverən və şumluq torpaq, duzlu göl, bağ və üzümlük sahiblərindən, şəhər məmurları, tacir və ruhanilərdən, sənətkarlardan, şəhər rəiyyətindən, kəndlilərdən və qullardan ibarət idi.X əsrin ortalarında Şirvanşah Salar Mərzuban ibn Məhəmməd ibn Müsafirə ildə 1000 000 dirhəm xərac ödəyirdi.64 İbn Havqəlin yazdığına görə, vergi kimi qul, pul, təsərrüfat ləvazimatı, qatır, yük heyvanları və bəzək əşyaları alınırdı.Məhəmməd ibn Yəzid çiçək xəstəliyindən ölüm ayağında olarkən hakimiyyət hərisliyi onun vəziri İbn əl-Mərağini başqa yolla hasilə gətirilə bilməyəcək bir işə sövq etmişdir. O, Məhəmmədin iki qulunu Əhməd ibn Yəzidin işgəncə çəkdiyi həbsxanaya göndərib, onu öldürmək əmri vermişdir. Onlar əmri yerinə yetirmiş və cənazəni gizlətmişlər.Şirvanın və Arranın səlcuqlar tərəfindən istila olunması türk tayfalarının bu ölkələrə axınını artırdı. Həmin ölkələrdə türk qul və kənizləri ucuz qiymətə satılırdı. X əsrin farsca anonim coğrafiyasında xəbər verilir ki, Şirvanşahın möhkəmləndirilmiş iqamətgahının yaxınlığındakı dörd kəndinin əkinçiliklə məşğul olan bütün azad edilmiş rəiyyəti (mövlayan) - kişilər və qadınlar - bir dağdakı qalada yaşayırdılar.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi.1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-də köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi.1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
Alyona Kolesnik
Alyona Kolesnik (29 yanvar 1995, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna əsilli Azərbaycanlı güləşçi. Alyona Kolesnik, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Alyona Kolesnik, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. −58 kiloqram çəki dərəcəsində çıxış edən Alyona Kolesnik, qrup mərhələsinin son görüşündə, Qırğızıstan nümayəndəsi Aysulu Tinibəyovaya 2:5 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır.Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.