Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamalçılıq
Atatürkçülük, kamalizm və ya kamalçılıq — dar mənada Mustafa Kamal Atatürkün düşüncələrini və fikirlərini dəstəkləmək və riayət etmək, geniş mənada isə imperialist dövlətlərin zəif və geri qalmış milləti bölmə və torpaqlarını bölüşdürmə istəyinə qarşı meydana çıxan, Atatürk milliyyətçiliyinə əsaslanan və hər hansı bir ictimai sinifdən dəstək almayan, müasir dövrlə ayaqlaşmayan və xurafatı yayan qurumların əvəzinə, elmi və müasir mədəniyyəti yayan qurumların təşkil olunmasını məqsəd qoyan, anti-imperialist ideologiya.
Separatçı kababçılar
Separatçı kababçılar (türk. Bölücü kebapçılar) — Dövlət Baxçalının çıxışlarının birində kabab satıcıları və məhsullarına yüksək qiymətlər qoyaraq "terrora dəstək verən" digər satıcıları təsvir etmək üçün istifadə etdiyi ifadə. Bu çıxış sosial şəbəkə istifadəçiləri tərəfindən lağa qoyulmuşdur. == Çıxış == Dövlət Baxçalı çıxışında Türkiyədə bahalaşmanı və işsizliyi tənqid etmiş və məsuliyyəti satıcıların üzərinə atmışdır. Çıxış belədir: == Reaksiyalar == Gələcək Partiyasının sədri Əhməd Davudoğlu çıxışına "simit və avtomobil satıcıları Baxçalının növbəti hədəfinin kimin olacağı ilə bağlı narahatdırlar" demişdir. CHP-dən olan millət vəkili Çingiz Göyçəl çıxışı tənqid edərək demişdir ki ki, "valyutanın alıcılıq qabiliyyətinin azalmasına və işsizliyin artmasına səbəb olanlar əsl terrorçulardır". Bu çıxış "Twitter"də də geniş reaksiyaya səbəb olmuşdur.