YOXSULLUQ [Safo:] Yoxsulluğun üzü qara olsun (S.Rəhimov); BİÇİZLİK Ağa Mərdan: Çün sərbaz taifəsi biçizlikdən bir növ fırqeyi-suala daxildir (M.F.Axundzadə); BİNƏVALIQ Ərz eylədi rəfu binəvalıq: Ev-ev gəzib eylədi gədalıq (Füzuli); EHTİYAC Şirəli də başqaları kimi yoxsulluq, ehtiyac içində böyümüşdü (M.Hüseyn); KASIBÇILIQ Kasıbçılıq Tükəzban üçün çətin bir şey deyildi (B.Talıblı); KASIBKARLIQ Qarı: Başınızı salıb, damınızın altında kasıbkarlığa qurşanın (Çəmənzəminli); KASIBLIQ Kasıblığın evi yıxılsın!.. (C.Məmmədquluzadə); SƏFALƏT Sıxdı pəncəsində səfalət səni; Lakin yaşadacaq məhəbbət səni (S.Rüstəm); SIXINTI O, qəlbini sıxan acı sıxıntıların, ruhunu qaraldan həyəcanların, ..qara xülyaların ağır pəncəsi altında çırpınırdı (A.Şaiq); ÜSRƏT İndi onlar Safonun ailəsi üsrət ilə keçinir, ehtiyac içərisində dolanırdılar (S.Rəhimov).