Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kabotaj
Kabotaj (fr. Cabotage) — hər hansı bir dövlətin sahilboyu yükdaşıma və ya sərnişin gəmiçiliyinə nəzarət etməsini izah etmək üçün istifadə edilən termin. Kabotaj Azərbaycan Respublikasında da tətbiq olunur.Kabotaj ilk vaxtlarda sadəcə bir burundan o birinə gedən sahilboyu gəmiçilik marşrutlarına aid edilirdi, çünki açıq dənizə getmək olmurdu. Misirlilər, yunanlar, romalılar və vikinqlər kimi qədim dənizçililərin demək olar ki, hamısı sahilboyu marşrutlardan istifadə edirdi. Buna baxmayaraq, termin artıq aviasiya, dəmiryolu və yol nəqliyyatına da aid edilir. == Etimologiya == «Kabotaj» sözü fransız dilindən götürülən alınma sözdür. Bu termin sahilboyu üzmək mənasında olan «caboter» sözündən törəmişdir. «Caboter» sözünün mənşəyi naməlumdur. Bu, burun mənasında olan «cabo» sözündən törəmiş və ya hansısa gəmi növü də ola bilər. Bu sözü İtaliya səyyahı Con Kabot ilə əlaqələndirmək cəhdləri uğursuz olmuşdur.
Aktivasiya karotajı
Aktivasiya karotajı — süxurların xarici ionlaşdırıcı mənbələrlə şüalandırılması nəticəsində onlarda yaranan süni radioaktiv izotopların, yaxud izomerlərin şüalanması xüsusiyyətlərini ölçməyə əsaslanan geofiziki üsul. Radioaktiv izotoplarla aktivləşdirilmiş qum, yaxud məhlulun süxurların içərisində yerləşdirilməsindən sonra onların qamma-şüalanmasının qeydiyyatına əsaslanır. Aktivasiya karotajı üsulu neft-qaz quyularında kollektor çöküntüsü və süxur laylarında çatlılığın və kavernaların (boşluqların), hidrogeoloji tədqiqatlarda isə laydamayenin axın istiqaməti və sürətinin müəyyən edilməsinə imkan yaradır. Qazıma quyularının kəsilişindəki kollektorların radon qazı ilə şüalandırılmasından sonra müxtəlif vaxtlarda təkrar ölçmələr nəticəsində alınmış qamma-karotaj əyrilərini müqayisə etməklə layların neft-qaz və su ilə doyumluluğu qiymətləndirilir. Geoloji məsələlərlə yanaşı Aktivasiya Karotajı üsulu neft-qaz və hidrogeoloji quyularda boru arxasında sementin səviyyəsi, sement halqasının qalınlığı, boruda zədələnmə və perforasiya yerinin və laylar arasında hidrodinamik əlaqənin müəyyən edilməsi kimi məsələlərin həllində geniş istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.