Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Larri-kabelçi
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Afeli
Afeli [yun. apo – uzaqlıq + yun. Helios – Günəş] == Ümumi məlumat == Afeli - Günəş ətrafında fırlanan planetlərin, asteroid və kometaların orbitinin Günəşdən ən uzaq nöqtəsi. Yer hər il iyulun 5-də Afelidən keçir və bu vaxt Günəşdən 152 mln. km məsafədə olur.
Artemisia tafelii
Artemisia tafelii (lat. Artemisia tafelii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
İoanna Kafetsi
Yannula «İoanna» Kafetsi (yun. Γιαννούλα „Ιωάννα“ Καφετζή) — Yunan yüngül atleti, uzununa tullanma üzrə atlet. Kafetzi 2001-ci ildə Tunisdə keçirilən Aralıq dənizi Oyunlarında 4100 m məsafəyə qadınların estafetində bürünc medal qazandı. Sonradan uzununa tullanma növü ilə məşğul olmağa başladı. 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarının iştirakçısı oldu. İdman karyerası boyunca Kafetzi Xaniyadakı beynəlxalq turnirdə 6,71 metr məsafəyə tullanmaqla şəxsi rekordunu yeniləmişdir == Ümumi məlumat == Yannula Kafetsi 30 may 1976-cı ildə Yunanıstanın tarixi Fessaliya bölgəsində anadan olmuşdur. 2004-cü ildə Afinadakı Yay Olimpiya Oyunlarında Kafetsi məşq üçün evdə uzununa tullanmaqla məşğul idi. Oyunlardan iki ay əvvəl o, öz şəxsi rekordunu yeniləyərək 6.71 metr məsafəyə tullandı. Bu Xaniyadakı beynəlxalq yarışlarda baş verdi. Kafetsinin nəticəsi Olimpiya Oyunlarında iştirak etmə normativinə uyğun idi.
"Mirvari" kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Gecə kafesi
Gecə kafesi — məşhur holland rəssam Vinsent van Qoqun 1888-ci ildə Arlda çəkdiyi rəsm əsəri. Adı aşağı sağ küncdə, rəssamın imzasının düz altında qeyd olunan Gecə kafesi hal-hazırda Yel Universitetinin İncəsənət Qalereyasında saxlanılır.
Kareli bələdiyyəsi
Kareli bələdiyyəsi (gürc. ქარელის მუნიციპალიტეტი karelis municipʼalitʼetʼi) — Gürcüstanın Daxili Kartli diyarında bələdiyyə.
Mirvari kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Oyun kafesi
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Literatura kafesi
Literatura kafesi - Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin mərkəzi Nevski prospektində XIX əsrə aid tarixi restoran-kafe. Məkan rus ədəbiyyatının məşhur simaları tərəfindən müntəzəm ziyarət edilmişdir. Aleksandr Puşkin, Fyodor Dostoyevski tez-tez Literatura kafesində vaxt keçiriblər. Aleksandr Puşkin Jorj Danteslə baş tutan dueldən öncə, 1837-ci ilin 27 yanvar tarixində sözügedən məkana gəlib və burada sonuncu dəfə nahar edib. Beləliklə məkan rus ədəbiyyatının ən önəmli şəxsiyyətlərindən sayılan Aleksandr Puşkinin ölümündən əvvəl ziyarət etdiyi sonuncu məkan kimi daha çox məşhurluq qazanıb.
Kroneker-Kapelli teoremi
Kroneker-Kapelli teoremi (ing. Rouché–Capelli theorem) — xətti cəbrdə teorem olub, əsas və genişlənmiş matrisləri ranqı verilmiş xətti tənliklər sistemində həllər sayını hesablamağa imkan verir. Teorem MDB məkanında Kroneker-Kapelli teoremi kimi tanınsa da, İtaliyada Rouché–Capelli teoremi, Fransada Rouché–Fontené teoremi, İspaniya və bir çox Latın Amerikası ölkələrində Frobenius teoremi kimi bilinir. == İfadəsi == Hər hansı n dəyişənli xətti tənliklər sisteminin həlinin olması üçün onun əsas A matrisinin ranqının genişləndirilmiş [A|b] matrisinin ranqına bərabər olması zəruri və kafi şərtdir. Tənliyin həlli olduqda: Əgər n = rank(A) olarsa, tənliyin yeganə həlli var, Əks halda həllər sayı sonsuz saydadır. == Həmçinin bax == Matris Leopold Kroneker == İstinadlar == A. Carpinteri. Structural mechanics. Taylor and Francis. 1997. səh.
Sualtı kommunikasiya kabeli
Sualtı kommunikasiya kabeli — telekommunikasiya siqnallarını okean və dəniz boyunca daşımaq üçün quruda yerləşən stansiyalar arasında okean yatağına çəkilmiş kabel. 1850-ci illərdən başlayaraq çəkilmiş ilk sualtı kommunikasiya kabelləri (məsələn, 1858-ci il avqustun 16-da fəaliyyətə başlayan ilk transatlantik teleqraf kabeli) teleqraf trafikini daşıyaraq qitələr arasında ilk ani telekommunikasiya əlaqələrini yaradıb. Sualtı kabellər ilk dəfə 1871-ci ildə, Yavanın Darvinə qoşulması zamanı bütün dünya qitələrini (Antarktidadan başqa) birləşdirdi. 1872-ci ildə Avstraliya Yerüstü Teleqraf Xəttinin tamamlanması ilə Adelaidaya və oradan da Avstraliyanın qalan hissəsinə qoşuldu. Kabellərin sonrakı nəsilləri telefon trafikini, daha sonra isə məlumat kommunikasiya trafikini daşıyırdı. Bu ilk kabellər öz nüvələrində mis məftillərdən istifadə edirdilər, lakin müasir kabellər telefon, internet və şəxsi məlumat trafiki daxil olmaqla rəqəmsal məlumatları daşımaq üçün optik lif texnologiyasından istifadə edir. Müasir kabellərin diametri təxminən 25 mm-dir və çəkilişin böyük hissəsini təşkil edən dərin dəniz hissələri üçün hər kilometri təxminən 1,4 ton ağırlığındadır. Baxmayaraq ki, sahilə yaxın dayaz su hissələri üçün daha böyük və daha ağır kabellər istifadə olunur. == Tarixi == === İlk uğurlu sınaqlar === Vilyam Kuk və Çarlz Vitston 1839-cu ildə üzərində işlədikləri teleqrafı təqdim etdikdən sonra Atlantik okeanında sualtı xəttin çəkilməsi ideyası gələcəyin mümkün zəfəri kimi düşünülməyə başladı. Samuel Morze buna inandığını hələ 1840-cı ildə elan etmişdi.
Sualtı rabitə kabeli

Qarabasma kafesi (mini-serial)
Qarabasma kafesi (ing. Nightmare Cafe) — 1992-ci ildə istehsal olunmuş ABŞ filmidir. Bütün seriyaların davam etmə müddəti 6 saatdır. == Məzmun == Filmin baş qəhrəmanları Frenk və Fey eyni gündə vəfat edirlər. Bu hadisədən sonra onlar dünyaya ikinci dəfə qayıtmaq şansı əldə edirlər. Onlar qəribə bir kafedə işə düzəlirlər. Qəhrəmanlar kafenin sahibi Blekki ilə birlikdə bura gələn insanları yeni müxtəlif qorxu hissi yaşadırlar. Hər seriyada müxtəlif şəhərlərdə yerləşən kafedə çoxlu hadisələr baş verir... == Epizodlar == Pilot (azərb. Pilot‎) Dying Well Is the Best Revenge (azərb.
Qışlaq-i Kanəli (Əhər)
Qışlaq-i Kanəli (fars. قشلاق كنه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (7 ailə).