Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kasıbçılıq
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Qasımçılıq
Qasımçılıq və qasımizm (ərəb. التيار القاسمي‎, at-Tayyār al-Qāsimī) — 1958-ci ildən 1963-cü ilə qədər İraqı idarə edən Əbdülkərim Qasımın fikir və siyasətlərinə əsaslanan İraq milliyətçi ideologiyası. Qasımçılıq panərəbizm, paniranizm, pantürkizm, turanizm, pankürdizm və İraq xalqının birliyinə təsir edən, İraqın ərazi itirdiyi istənilən ideologiyaya qarşı çıxır. Qasımçılığın əsas siyasəti İraq millətçiliyidir ki, bu da İraqdakı bütün etnosların, o cümlədən ərəblərin, kürdlərin, türkmanların, aysorların, ermənilərin, yezidilərin, mandeylərin birliyi və bərabərliyidir. Əbdülkərim Qasım bəəsçilər, panərəbistlər və kürd milliyetçilarına qarşı çoxlu münaqişələr yaşamışdı. Qasımçılıq ideologiyasında İraq hər şeydən əvvəl durur. Qasımçılıq həmçinin, İraqın qədim Mesopotamiya (Şumer, Akkad, Babilistan, Assuriya) kimliklərinə İraqın və onun xalqının özəyi kimi baxır, onları qoruyub saxlamağa çalışır. Qasımçılıq iraqlı olmağı hər hansı bir dindən üstün tutan dünyəvi bir ideologiyadır. Əbdülkərim Qasım və bir çox qasımçı Küveyt və Xuzistan ostanının İraqın bir hissəsi olmasını istəməsi səbəbindən qasimizm də bəzi irredentist təsirə malikdir. Əslində, Küveyt və Xuzistanın qanuni İraq torpaqları olduğuna inamı yaradan qasımçılar Səddam Hüseynə də təsir etmişdir.
Kasıblıq