Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat).10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Kilovatt-saat

Kilobayt
Kilobayt (kB, Kbayt, KB) — informasiya miqdarını ölçmə vahidi. 1 Kb = 1024 bayt = 2 10 bayt 1 kilobayt (KB) = 8 kilobit (Kb) Beynəlxalq Vahidlər Sistemi (SI) kilo prefiksini 1000 (103) kimi müəyyən edir; bu tərifə görə bir kilobayt 1000 baytdır. Kilobayt üçün beynəlxalq tövsiyə vahid simvolu kB-dir.
Kinovar
Kinovar — triqonal sinqoniya – kinovar; kubik sinqoniya – metasinnabarit. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Növ müxtəliflikləri == Metasinnabaritin: qvadalkatsarit (Zn – 9,5%, Cd – 6 % olduqda), saukovit (Cd – 12%, Zn – 3,1% olduqda), onofrit (Se – 8,5%-dək). == Xassələri == Rəng – kinovarın parlaq-qırmızıdan (toz şəkilli növ müxtəlifliyi) tünd-qırmızıyadək, bəzən qurğuşunu - boz çalarlı oksidləşmə rəngləri alır; metasinnabaritin – qaradan poladı-bozadək; Mineralın cizgisinin rəngi – kinovarın parlaq-qırmızı, metasinnabaritin – qara; Parıltı – kinovarın parıltısı müxtəlifdir: kristallik əmələgəlmələrdə almaz, sıx xırdadənəlilərdə – metal, toz şəkillilərdə – tutqun; metasinnabaritin – metal; Şəffaflıq – kinovar yarımşəffaf, bəzən şəffaf, metasinnabarit qeyri-şəffaf; Sıxlıq – kinovarın – 8-8,2, metasinnabaritin – 7,7; Sərtlik – kinovarın – 2-2,5, metasinnabaritin – 3; Kövrəkdirlər; Ayrılma – kinovarda {1010} prizması üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, tikanlı; Başqa xassələr – metasinnabarit kinovardan fərqli olaraq elektrikkeçirmə ilə səciyyələnir. 344°C temperaturda metasinnabaritin kinovara dönər keçmə prosesi baş verir; Morfologiya – kristallar: qalınlövhəvarı, romboedrik (kinovar), tetraedrik, dodekaedrik (metasinnabarit); İkiləşmə: kinovarda tez-tez {0001} üzrə təmas ikiləşmələri, həmçinin qarşılıqlı nüfuzetmə ikiləşmələri qeyd olunur; Mineral aqreqatları: bütöv, torpaqvari, bəzən gizlikristallik kütlələr, püruzlar, qaysaqlar (kinovar), yaxmalar, xırdadənəli qabıqlar, tozvari qaysaqlar (metasinnabarit). == Mənşəyi və yayılması == Yer səthinə yaxın hidrotermal əmələgəlmələr olub, teletermal və vulkanogen yataqlar üçün səciyyəvidirlər. Civə, sürmə-civə yataqlarında, bəzən qızıllı kvars damarlarında rast gəlirlər. Termal bulaq çöküntülərində aşkar edilmişlər. Bəzən bilavasitə vulkanik qazlardan çökürlər. Nadir hallarda civəli tutqun filizlərin oksidləşmə məhsulu kimi hipergen kinovar müşahidə edilir; Kinovar bəzən səpintilərdə də toplanır. Birlikdə rast gəldiyi minerallar: sərbəst civə, xalsedon, kvars, barit, kalsit, flüorit, xalkopirit, pirit.
Kilvar
Kilvar — Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsinə aid kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Kilvar kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Zeyvə kəndi olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == İqtisadiyyatı == 2013-cü ilin may ayında Kilvar kəndində yeni qaz xəttinin açılışı olmuşdur.
Kilva-Kisivani
Kilva-Ksivani — Şərqi Afrikada, müasir Tanzaniyanın cənub sahilində yerləşən Hind okeanı adasında yaşayış məskəni. Tarixən bura, 13-15 əsrlərdə Suahili sahili boyu uzanan bir orta əsrlər sultanlığı olan Kilva sultanlığının mərkəzi idi. Kilva Ksivani, yaxınlıqdakı Sonqo-Mnara ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix və arxeologiya == Kilva-Ksivani, Kilva arxipelaqında, Süahili sahili boyunca yerləşən bir arxeoloji şəhər-dövlət sahəsidir. Bura ən azı 8-ci əsrdən tutulmuş və sahil boyunca ən güclü yaşayış məntəqələrindən birinə çevrilmişdi. Ərazidəki mövsümi külək fasilələri ticarət dövriyyəsinə təsir etmiş ola bilər. Ərəbistan yarımadası, habelə Hindistan və Çin ilə ticarət əlaqələri Kilvanın böyüməsinə və inkişafına təsir göstərmişdi və burada mədəniyyətə uyğunlaşdırılmış İslam mətnləri və adətləri mövcudları olsa da, şəhər Afrika mənşəli idi.Suahili yaşayış məntəqələrinin bir çoxunda qruplar arasındakı sosial münasibətləri əks etdirən mürəkkəb planlar göstərilsə də, Kilvada şəhərin qurulması ilə bağlı hələ də cavabsız qalan bir çox sual var. Qəbiristanlıqlar bölgə üçün adi olaraq şəhərin kənarında yerləşirdi və böyük, açıq yerlər, ehtimal ki, sosial yığıncaqlar üçün istifadə olunurdu. Ticarət üçün əhəmiyyətli olan şəhərdə 13-cü əsrdə istehkamlar artdı və daha çox mal axını oldu. Bunların baş verməsi üçün şəhərə nəzarət edən, malların hərəkətinə nəzarət edən bir siyasi idarəetmə forması olmalı idi.
S. M. Kirova abidə özülünün qoyulması (film, 1937)
== Məzmun == Film vaxtilə Azərbaycanda kommunist partiyasına rəhbərlik etmiş və Leninqradda (indiki Sankt-Peterburq) işləyərkən Smolnıda sui-qəsd nəticəsində qətlə yetirilmiş Sergey Kirovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakının Dağüstü parkında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidənin təməlinin qoyulması mərasiminə həsr edilmişdir.