Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəmal parkı
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. == Şəkilləri == == Həmçinin bax == Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi == İstinadlar == == Xarici keçidlər == Türbə haqqında hazırlanmış sənədli film. fars.
Kəmal üddövlə məktubları
Kəmalüddövlə məktubları — Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat. Bu əsər Axundovun yazdığı ən mühüm tənqid tipli publisistik işi sayılır. Hind şahzadəsi Kəmalüddövlə ilə fars şahzadəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, "Kəmalüddövlə məktubları" bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir. Axundov 1857-ci ildə köhnə müsəlman əlifbasını islah etmək məqsədilə ərəb qrafikası əsasında yeni bir əlifba layihəsi tərtib etmişdir. Bu layihəni müsəlman ölkələrində qəbul etdirmək məqsədilə o, 1863-cü ildə İstanbula getmiş, layihəni Türkiyənin baş naziri Fuad paşaya təqdim etmişdir. Layihə baş nazirin göstərişi ilə "Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə"də müzakirə edilmiş, lakin qəbul olunmamışdır. Türkiyədən qayıtdıqdan sonra "Kəmalüddövlə məktubları" adlı bədii-fəlsəfi əsərini yazmağa başlamış,1865-ci ildə isə tamamlamışdır. O, 1866-cı ildə əsəri yaxın dostu Mirzə Yusif xanla birlikdə fars dilinə,1874-cü ildə isə görkəmli şərqşünas Adolf Berje ilə rus dilinə çevirmiş və çap etmək uğrunda çalışmışdır, lakin yazıçı bu istəyini həyata keçirə bilməmiş, arzusu gözündə qalmışdır.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Kinema Citrus
Kinema Citrus Co., Ltd. (株式会社キネマシトラス, Kabuşiki-qayşa Kinema Shitorasu) — 3 mart 2008-ci ildə təsis edilmiş Yaponiya animasiya studiyası. Studiya Suqinamidə, Tokioda yerləşir. Bisnes direktorları isə Muneki Oqasavara, Yuiçiro Matsuka və Masaki Taçibanadır. Əsas işləri 2009-cu ildə Bones ilə birgə yaratdıqları Tokyo Magnitude 8.0 və .hack//Quantum adlı 3 seriyalı OVA-dır. == İşləri == === Anime serialları === Tokyo Magnitude 8.0 (2009; BONES ilə birlikdə) Higepiyo (2009) Oshiri Kajiri Mushi (2012) Code:Breaker (2012) Yuyushiki (2013) Black Bullet (2014; Orange ilə birlikdə) Barakamon (2014) Is the Order a Rabbit??
Tofiq Kiemas
Məhəmməd Tofiq Kiemas (31 dekabr 1942 və ya 31 dekabr 1943, Cakarta – 8 iyun 2013, ) 2009-cu ildən 2013-cü ilədək, yəni vəfatına qədər İndoneziya Xalq Məşvərət Məclisinin spikeri. Tofiq (bəzən Tofik yazılmışdır) 2001-ci ildən 2004-cü ilədək ölkənin ilk cənabı kimi İndoneziyanın prezidenti Meqavati Sukarnoputrinin əridir. Tofiq Meqavati ilə 1973-cü ildə evləndi; bu Meqavatinin üçüncü nikahı idi. Birlikdə bir qızı olan Puan Maharani var idi. Meqavatinin də əvvəlki nikahdan iki oğlu var idi. Tofiq İndoneziyanın aparıcı siyasi partiyalarından biri olan İndoneziya Demokratik Mübarizə Partiyasının (PDİ-P) fəal dəstəyi ilə Meqavati ilə birləşdi. 2008-ci ildən etibarən Taufiq PDİ-P-nin Müsəlman dini qanadı olan BMİ-nin lideri idi. PDI-P işlərinin tanınmış iştirakçısı idi və tez-tez 2014-cü il qanunvericilik və prezident seçkiləri üçün hazırlıq kimi milli məsələləri şərh edirdi. İndoneziyada və bəzən həyat yoldaşı ilə partiya rəhbərliyi və liderliyi ilə bağlı müəyyən məsələlərdə fərqlənirdi. Tofiq 2000-ci ildə Avstraliyada əməliyyat keçirdi və müalicədən sonra bir sıra hallarda xəstəxanaya yerləşdirildi.
Mustafa Edige Kırımal
Mustafa Edige Kırımal və ya Mustafa Edige Şinkeviç (1911, Bağçasaray, Tavriya quberniyası[d] – 22 aprel 1980, Münxen) — litva tatarı, ictimai xadim, Krım tatar milli mərkəzinin sədri. İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası qarşısında Krım tatarlarının maraqlarını müdafiə etmiş və nasist işğalından sonra Krımda qurulmuş Simferopol Müsəlman Komitəsinin üzvü olmuşdur. == Həyatı və fəaliyyəti == Mustafa Edige Kırımal 1911-ci ildə Bağçasarayda anadan olub. Litva tatarlarından olan o, həm də Litva müsəlmanları müftisinin qardaşı oğlu idi. Birinci Dünya Müharibəsi ərəfəsində onun ailəsi Krıma köçür. Simferopol Pedaqoji İnstitutunda təhsil alıb. 1923-ci ildən 1927-ci ilə qədər Krımda fəaliyyət göstərən Milli Hərəkat Təşkilatında fəaliyyət göstərib. Sovet təqibindən qurtulmaq üçün birinci Azərbaycana gəlmiş Vəli İbrahimovun həbs edilib məhkəmə qərarı ilə güllələnməsindən sonra isə İrana keçmişdir. 1932-ci ildən İstanbulda yaşayıb 2 ildən sonra isə Vilnüsə köçüb. 1934-cü ildə Vilnüs Universitetinə daxil olub, 1939-cu ildə isə oranı bitirib.
Kemal Alispahiç
Kemal Alispahiç — Bosniya və Herseqovina futbol mütəxəssisi == Həyatı == 13 mart 1966-cı il təvəllüdlü bu mütəxəssis vətənində - Bosniya və Herseqovinada Jelezniçar və Sarayevo kimi klublarda çalışıb. 2009-cu ilin iyun ayında Muğan Salyan klubunun baş məşqçisi təyin olunub. Milliyətcə türk olan mütəxəssis həm türk, həm də rus dilində danışa bilir. Muğan Salyan klubunun tarixinə ilk əcnəbi mütəxəssis kimi düşən Alispahiç Azərbaycanda çalışan ilk bosniyalı məşqçidir. Kemal Alispahiç ardıcıl uğursuz nəticələrdən sonra tutduğu vəzifədən kənarlaşdırılıb.
Kemal Monteno
Kemal Monteno (17 sentyabr 1948 — 21 yanvar 2015) — karyerasını 1960-2010-cu illərdə davam etdirmiş, italyan əsilli bosniyalı müğənni. == Karyerası == O, 1967-ci ildə "Lidiya" adlı ilk mahnısını oxudu və keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında uğurlu karyeraya ilk addımını atdı. Onun bir çox mahnıları digər müğənnilər tərəfindən də oxunub. Məsələn, "Bacila je sve niz rijeku" təkcə onun hit mahnısı deyildi, bu mahnı həm də Toşe Proeski tərəfindən də oxunub. Eynilə "Nekakos proljeca" və "Nije htjela" mahnıları da başqa ifaçılar tərəfindən sevilib və oxunub. İllər ərzində, oxuduğu mahnılara görə o, "Bosniyanın Roy Orbisonu" və "Nil Daymondu" kimi tanınmağa başlamışdı. == Şəxsi həyatı == Monteno öz gələcək həyat yoldaşı Branka ilə ilk dəfə 1967-ci ildə Sarayevoda görüşmüşdü. Monteno Yuqoslaviyadakı vətəndaş müharibəsindən qayıtdıqdan sonra, onlar 1971-ci ilin 26 iyununda ailə qururlar. Onların Adriana adlı bir qızları və Dani adlı bir oğulları olur. O, 1990-cı illərdə baş vermiş Bosniya və Hersoqovina müharibəsində ölkədən çıxmamış, blokadaya alınmış Sarayevoda qalmışdır.
Kemal Tepret
Mariz Kemal
Mariz Kemal (erz. Маризь Кемаль; 13 avqust 1950, Maloye Maresevo[d], Mordoviya MSSR[d]) - Erzyan şairi, yazıçı. 1996-cı ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. == Bioqrafiya == Raisa Stepanovna Kemaykina, 1950-ci il avqustun 13-də, Çamzinski rayonunun Maloe Maresevo kəndində, indiki Mordoviya Respublikasında, kəndli ailəsində anadan olub. 1965-ci ildə, kənd məktəbində səkkizinci sinifi bitirdikdən sonra Bolşemaresevskaya orta məktəbində iki il oxudu. Mordoviyanın Oqarev Universitetinin filologiya fakültəsini bitirmiş, rus dili və ədəbiyyatı müəllimi kimi ixtisaslaşmışdır. 1972-ci ildən 1975-ci ilədək öz doğma kənd məktəbində müəllim kimi çalışmışdır. Rus ədəbiyyatında kifayət qədər saat yox idi və gənc müəllimə əlavə olaraq alman və erzyan dilini öyrətmək təklif edildi. Raisa, ixtisası olmayan Öz ana dilində tədris etməkdən imtina etdi, lakin sonradan erzyan dili və folkloru ilə maraqlanmağa başladı. 1975-ci ilin yazında Saranska köçdü və iki il Erzyan Pravda qəzetinin müxbiri kimi fəaliyyət göstərdi.
Kemal Kılıçdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Ali Kemal Denizci
Ali Kamal Denizci (1 mart 1950, Trabzon) — Trabzonspor, Fənərbaxça və Beşiktaş komandalarında oynamış Türkiyənin keçmiş milli futbolçusu, məşqçisidir . Fırtına Kamal ləqəbi olan Əli Kamal Denizci keçmiş futbolçu Osman Denizcinin böyük qardaşıdır. == Futbol karyerası == === Klub komanda karyerası === 17 yaşında Çarşıbaşı klubunda futbol oynamağa başlayıb. Bir il sonra o, "Trabzon Yolspor"a transfer olunub. Daha sonra o vaxt üçüncü liqada çıxış edən "Rizəspor" a keçdi. O, 2 il qaldığı Rizədəki çıxışı ilə "Kayserispor" dan təklif alıb. Kayseridə imza atdıqdan sonra ikinci liqadakı Trabzonspor ona təklif gətirdikdən sonra müqaviləsini ləğv etdi və Trabzonsporda oynamağa başladı. Heyət formalaşandan sonra "Trabzonspor" ilk ildə orta hesabla çempionluğu "Kayserispor" a uduzdu. Növbəti mövsüm Türkiyə Birinci Liqasına çempion kimi yollanıb. Birinci Liqadakı ilk mövsümündə (1974–75) Trabzonspor 9-cu yeri tutdu və kubokun finalında oynadı.