Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kokaral adası
Kokaral və ya Kuqaral (Yaşıl ada) — Qazaxıstanın Qızılorda vilayəti Aralsk rayonu ərazisində yerləşən keçmiş ada. 1973-ci ilə qədər Aral dənizinin şimalında mövcud olan ada. Ada 273 km² (1960) sahəyə malik olmuşdur. Hündürlüyü 163 metrdir (Daut dağı). Gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Üzəri yarımsəhra bitkiləri ilə örtülmüşdür. Şimaldan Şevçenko körfəzi, qərbdən Auzı-Kokaral boğazı, şərqdən Berqa boğazı ilə yuyulur. Şimal sahillərində Kokaral, Avan və Akbastı kəndləri vardır. 1973-1987-ci illər ərzində yarımadada olmuşdur. 1987-ci ildən Kiçik Aral ilə Böyük Aral arasında bərzəxə çevrilmişdir.
Kokaral bəndi
Kokaral bəndi — Kiçik Aral ilə Böyük Aral gölləri arasında yerəşən Berqa boğazında, Kokaral və aral rayonları ərazisində yerləşən bənd. Bənd Kişik Aral gölündə suyun səviyəsinin qorunub saxlanılması məqsədi ilə inşa edilmişdir. Bəndin uazunluğu 13 034 m, eni 100–150 m, hündürlüyü isə— 6 м metr təşkil edir. Bənddə 9 su ötürücü qurğular inşa edilmişdir. Onların hər biri 600 m³/s su ötürmə qabiliyyəti vardır. == Tarixi == XX əsrin 80-ci illərində Aral gölünün su səviyyəsinin azalması ilə şimalı cənubundan aralanmışdır. Su dar boğazla Kiçik və Böyük aral gölləri arasında axırdı. Burada suyun axınınln qarşısını alan dambanın inşasına iki dəfə cəhd göstərilmişdir. İlk qumlu bənd 1992-ci ildə inşa edilmişdir. Ancaq 1993-cü ilin yazında suyun səviyyəsinin xalxması ilə bənd dağılır.
Auzı-Kokaral boğazı
Auzı-Kokaral — Aral dənizindəki keçmiş boğaz, 1960-cı illərin sonuna qədər Kokaral adasını qərbdən materikdən ayırırdı. == Tarix == Boğaz Kokaral adası ilə eyni vaxtda, dəniz səviyyəsinin düşməsindən sonra 17-ci əsrdə meydana gəlir. 1960-cı illərə qədər 1,5 km eni və maksimum dərinliyi 3 m olaraq varlığını saxlayır. 1964-cü ilə qədər peyk şəkillərində də göründüyü kimi Kokaral ilə materik arasında ensiz (300 m-dən çox) bərzəx var idi. 1980-ci illərin əvvəllərinə qədər xəritələrdə qeyd olunmamasına baxmayaraq, faktiki olaraq boğaz artıq mövcud deyildi. 1980-ci ilə qədər boğazın qalıqları yox olur və Kokaral yarımadası geniş bir bazada materikə birləşir. Berq boğazından fərqli olaraq Auzı-Kokaral boğazının heç bir iqtisadi əhəmiyyəti yox idi və qurumasının dayandırılmasına heç bir cəhd edilməmişdir. == Çağdaş dövr == Kiçik Aral dənizinin səviyyəsini yüksəltməyi hədəfləyən RRSAM-2 layihəsi çərçivəsində yoxa çıxan boğazda bir şlyuz kanalı inşa edilməsi planlaşdırılır. Kanal Kiçik Araldan Böyüyə bir su axını həyata keçirəcək və bununla da sonuncunun səviyyəsini qaldırmağa imkan verəcəkdir. Tikintinin başlanması 2018-ci il üçün planlaşdırılmışdır.