NİŞAN

1. знак, метка, пометка, отметка, заметка; 2. значок, эмблема, кокарда; 3. цель, мишень, прицел, наводка; 4. обручение, подарок при обручении;
NİSYƏ
NİŞANBAZLIQ
OBASTAN VİKİ
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Nişan üzüyü
Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir. Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə isə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir. Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmaqda olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərq ölkələrində bu adət indi də mövcuddur.
Veksilloloji nişan
Veksillologiya (lat. vexillum - "bayraq"; yun. λογία - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi sahəsi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır. Bayraqların identifikasiya simvolları Vitni Smit (en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir. Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür. Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib: Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.: Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib Bayrağın təsvirlər əsasında bərpası Bayrağın arxa tərəfi Qeyri-əsas, amma istifadə edilən şəkil Bayrağın alternativ versiyası Bayrağın de-fakto versiyası İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var Bayrağın ağacından sola bayrağın ön tərəfi Rəsmi təsdiq edilmiş bayraq Tarixən istifadə edilən bayraq Arxa tərəfi — ön tərəfinin güzgü əksi Arxa tərəfi ön tərəfi ilə eynidir Arxa tərəfindəki təsvir məlum deyil Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın. Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir.
Döş nişanları
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Döş nişanı
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Düzləndirmə nişanları
Düzləndirmə nişanları (ing. Registration marks) — təbəqələrin, yaxud sənədin elementlərinin bir-birinə nəzərən dəqiq üst-üstə qoyulması üçün qrafika, yaxud mətn emal edən proqramın səhifədə qoyduğu işarə. Adətən, mürəkkəb, kombinasiya edilmiş sənədə aid olan hər bir element üçün öz nişanı qoyulur. Onlar dəqiq üst-üstə düşürsə, onda elementlər bir-birlərinə nəzərən düzgün mövqedə yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fəxri Proletar Döş Nişanı
Hollivud nişanı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Kosovo avtomobil dövlət yol nişanı
Kosovo avtomobil dövlət yol nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Kosovo Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. Kosovo Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilir. Kosovanın yeni dövlət yol nişanları 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır. 1 noyabr 2011-ci il tarixindən etibarən Kosovonun şimalındakı köhnə Serbiya nəqliyyat vasitəsi lövhələri UNMİK lövhələri ilə dəyişdirilmişdir. == Kosovo avtomobil dövlət yol nişanı == === Hərflər və rəqəmlər === Kosovanın yeni dövlət qeydiyyat nişanı dizaynı 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır. Yeni lövhəyə RKS ifadəsi əlavə olunub. Söz mövzusu olan RKS (Republic of Kosovo) hərfləri Kosovo Respublikasının beynəlxalq ölkə kodudur. Lövhənin sol yuxarısında mavi lent içində RKS ifadəsi vardır. Lövhədə mavi zolağın sağdan iki xana olaraq regionun qeydiyyat nömrəsi, sonra Kosovo gerbi, üç rəqəmli say və iki rəqəmli hərf sırası yer alır. Üç rəqəmli say sırası 101-dən, iki rəqəmli hərf sırası isə AA-dan başlayır.
Müqəddəs Aleksandr Nevski nişanı
"Müqəddəs Aleksandr Nevski" ordeni (Rusca: орден Святого Александра Невского / Orden Svyatoqo Aleksandra Nevskovo) ilk dəfə 1725-ci ildə Rus çariçası I. Yekaterina tərəfindən verilməyə başlanıb.
Nişangah
Nişangah, nişanalma vasitələri — odlu silahları və ya raket silahlarını hədəfə tuşlamaq üçün cihaz və mexanizmlər. Nişangah vasitəsilə silah lüləsinin oxuna fəzada lazımi üfüqi və şaquli tuşlama bucaqlarda verilir. Nişangahın mexaniki, optik, elektron-optik və s. növləri var. Avtomatik və qeyri-avtomatik nişangahlar olur. Müasir silahların əksəriyyəti gecə atəş açmaq üçün xüsusi nişangahla təmin olunur. Birbaşa və vasitəli tuşlama prosesi üçün iki nişangahlı müasir silahlar daha geniş yayılmışdır.
Nişani-Qüds ordeni
Nişani-Qüds-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi. Başdan aşağı 12,0 sm diametrdə idi. Sinənin sol tərəfinə vurulurdu. Lenti yaşıl rəngdə, hər iki tərəfində qırmızı xətti vardı.
Nişani-Əqdəs ordeni
Nişani-Əqdəs-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi.
Nişanqaya (İğdır)
Nişanqaya — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1928-ci il qaynaqlarında Kellohamo olaraq keçməkdədir. Kəndin güneyində andezitdən formalaşan böyük bir qaya vardır. Kənd adını 1960-cı ildə bu qayadan almışdır. İğdırdan 13 km uzaqlıqdadır.
Nişantaşı
Nişantaşı – Türkiyədə İstanbul'un Şişli ilçəsində, mərkəzi, Valikonağı küçəsi ilə Teşvikiyə küçəsi-Rumeli küçəsinin kəsiştiyi ərazidə yerləşən heykəl daş olan, Meşrutiyet, Şişli ve Teşvikiye, Şişli məhəllələrində Vali evi çevrəsindəki hissələri əhatə edən, ev sahibliyi etdiyi dünyaca məşhur markaların mağazaları, kafelər və əyləncə məkanlarıyla tanınan səmt. İstər quruluşu və tarixi, istərsə də coğrafi ve idari sərhədləri Teşvikiylə də büyük ölçüdə iç içə keçmiş olan Nişantaşı, cənub-qərbindən Maçka, Beşikdaş, cənub-şərqindən Harbiyə, Şişli, qərbindən ve şimal-qərbindən Osmanbey, Şişli ve şərqindən Təşvikiyə, Şişli səmtləriylə həmsərhəddir.
Nişançı (vəzifə)
Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi. Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı.
Nişançı Firudin Əhməd bəy
Nişançı Firudin Əhməd bəy həmçinin Nişançı Firudin Əhməd Paşa — dövlət xadimi, nişancı, tarixçi, xəttat və şair. I Süleymanın nəvəsi Ayşə Hümaşah Sultanın ikinci əri. Ona Osmanlı imperiyasının "ən məşhur nişançılarından biri" deyilir. İki əsərin müəllifidir: "Munşaat us-Salatin" ("Sultanların Məktubları") və "Nüzhetü-l-esrâr-il-ahbâr" (Siqetvar səfərinin təsviri). Firudin Əhməd bəyin doğulduğu vaxt və yer məlum deyil. Vəqfin qeydlərinə görə atasının adı Abdulkadir olub. O, Çivizade Abdulla-effendi ilə birlikdə Şeyxülislam Çivizade Muhittin Mehmet-effendinin qardaşı deterdar Avdi-çələbinin ailəsində böyüyüb. 1552–1553-cü ildə Firudin Əhməd o dövrdə Rumeli bəylərbəyliyi olan Sokollu Mehmed Paşanın xidmətinə şəxsi katib olaraq girib. 1554-cü ildə I Süleyman ordusu ilə birlikdə Naxçıvan yürüşündə iştirak edib. Firudun Sokollu Mehmed Paşanın etibarlı adamı idi.
Nişançı Mustafa Paşa
Nişançı Mustafa Paşa (ö. 13 sentyabr 1661) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Mostarda dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək şahinçibaşı oldu. 1628-ci ildə yeniçəri ağası, həmin ilin sonunda isə Dəməşq bəylərbəyi təyin edildi. 1631-ci ildə vəzifədən alınsa da, 1633-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Silifkə sancaqbəyliyi də ona verilərək nişançı vəzir oldu. 1643-1645-ci illərdə Silistrə bəylərbəyi olaraq xidmət etdi. 1647-ci ilin avqustunda Misir bəylərbəyi olub, həmin ilin dekabrında vəzifədən alındı.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, Konstantinopol) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.
Nişançı Əhməd Paşa
Nişançı Əhməd Paşa (Trabzon – 1705) — III Əhməd səltənətində 10 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Silâhdar Mehmed Ağa, Nusretnâme: Tahlil ve Metin (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 587, 610, 629-630, 652-653, 670-671; Ahmed Hasîb Efendi, Ravzatü’l-küberâ (haz. Mesut Aydıner), Ankara 2003, s. 31-32, 34-35, 70; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271 ⟶ Freiburg 1969, s. 2-3; Sicill-i Osmânî, I, 235; Hüseyin Hüsâmeddin, Nişancılar Durağı, İSAM Ktp., nr. 63810, s. 127-130; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 28, 31, 34-35, 42, 44; Danişmend, Kronoloji2, III, 488-489; J. von Hammer-Purgstall, Büyük Osmanlı Tarihi (haz.
Qara nişanə (film)
Qara nişanə — Azərbaycanlı kinorejissor Vaqif Mustafayevin 2003-cü ildə Elmira Axundovanın "Poliqrafçının ölümü" (2001) kitabı əsasında çəkilmiş filmi. İki seriyalı bədii film Heydər Əliyevin həyatı və genişmiqyaslı fəaliyyətindən bəhs edir. Film keçmiş Sovet İttifaqı respublikalarında son onilliklərdə baş vermiş tarixi hadisələri əks etdirir. Filmin kadrları Bakı, Moskva və Naxçıvanda çəkilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin rolunu Polşanın tanınmış aktyoru Tadeuş Xuk, keçmiş SSRİ prezidenti Mixail Qorbaçov rolunu Rusiyanın xalq artisti Vsevolad Şilovski ifa ediblər.
Razılıq nişanı
Punktasiya nişanını ✓ ("Razılıq nişanı") biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə ⋅ / ⋅ {\displaystyle \cdot \!/\!\cdot } (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.
SSRİ səhiyyə əlaçısı döş nişanı
"SSRİ Səhiyyə əlaçısı" döş inşanı (rus. Значок «Отличнику здравоохранения» ) — SSRİ Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərən tibb işçilərinə təltif edilirdi.
Sebayaşi xəfif ləpə nişanələri
Sebayaşi xəfif ləpə nişanələri (瀬林の漣痕, Sebayaşi no renkon) – Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir. Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır. 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur. Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür.
"Rusiyanın Əməkdar Nəqliyyat İşçisi" döş nişanı
"Rusiyanın Əməkdar Nəqliyyat İşçisi" döş nişanı — Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin idarə mükafatıdır. Nəqliyyat Nazirliyinin 18 oktyabr 2005-ci il tarixli 130 nömrəli "Nəqliyyat Nazirliyinin idarə mükafatları haqqında" əmri ilə təsis edilmişdir. == Mükafat nizamnaməsi == "Rusiyanın Əməkdar Nəqliyyat İşçisi" döş nişanı avtomobil, daxili, su, hava, şəhər elektrik təsərrüfatı (metro daxil olmaqla), dəmir yolu, dəniz (o cümlədən dəniz ticarəti, limanlar) və sənaye nəqliyyatı, yol təsərrüfatı təşkilatlarının rəhbərləri və mütəxəssislərinə verilir. Nazirliyin federal xidmətlərin mərkəzi aparatının və Nazirliyin tabeliyində olan federal qurumların, onların ərazi orqanlarının və digər şəxslərin əməkdaşları: Nəqliyyat və gəmiçilik fəaliyyətinin inkişafı, avtomobil yollarının tikintisi və istismarı, su yollarının və gəmiçilik üçün nəzərdə tutulmuş hidrotexniki avadanlıqların yenidən qurulması və saxlanması, nəqliyyat vasitələrinin təmiri və texniki xidməti sahəsində xidmətlərə görə; Nəqliyyatda iqtisadi islahatların fəal həyata keçirilməsinə görə; Mühüm iqtisadi effekt verən yeni texnika və texnologiyaların işlənib hazırlanması və ya tətbiqi üçün biznesin təşkilinin qabaqcıl forma və üsullarından istifadə edilməsi; Uğurlu və səmərəli elmi, səmərələşdirici və yaradıcı fəaliyyətə görə; Nəqliyyat və avtomobil yolları infrastrukturunda nəzarət və təftiş sahəsində səmərəli fəaliyyətinə görə; Rusiya nəqliyyat kompleksinin fəaliyyəti ilə bağlı qanunvericilik və normativ hüquqi aktların layihələrinin hazırlanması üçün; əməyin mühafizəsi və təhlükəsizlik şəraitinin yaxşılaşdırılması, yol hərəkəti təhlükəsizliyinin və yüklərin təhlükəsizliyinin təmin edilməsi, sosial sahənin inkişafı; Nəqliyyat kompleksi üçün mütəxəssislərin və ixtisaslı işçilərin hazırlanması sahəsində xidmətlərə görə. Aşağıdakı işçilər döş nişanı ilə təltif olunurlar: nəqliyyat sistemində azı 20 il, o cümlədən ən azı üç il bu kollektivdə və iki il hazırkı vəzifədə işləmək; əvvəllər "Qüsursuz əməyə və fərqlənməyə görə" medalı, 1-ci dərəcəli və ya aşağıdakı döş nişanlarından (nişanlardan) biri ilə təltif edilmiş insanlar: "Fəxri avtomobil nəqliyyatı işçisi", "Aeroflotun əlaçısı", "Hava nəqliyyatının əlaçısı", "Fəxri işçi" Rusiya Hava Naviqasiyası", "Fəxri Dəmir Yolu işçisi", "Fəxri Dəmiryolçu", "Şəhər Elektrik Nəqliyyatının Fəxri İşçisi", "Nəqliyyata Dövlət Nəzarətinin Fəxri İşçisi", "Rusiya Nəqliyyat Müfəttişliyinin fəxri işçisi", "Fəxri Yol işçisi", "Rusiyanın fəxri yol işçisi", "Dəniz Donanmasının fəxri işçisi", "Fəxri Dəniz Donanmasının işçisi", "Fəxri Qütb Kəşfiyyatçısı", "Fəxri Qütb Kəşfiyyatçısı", "Çay Donanmasının fəxri işçisi", at mükafatın verilməsindən ən azı beş il keçmək və s.. İş təcrübəsindən asılı olmayaraq işçilər nəqliyyat hadisələrinin qarşısının alınmasında, fövqəladə hallar iştirakçılarının xilas edilməsində, daşımalarda qanunsuz hərəkətlərin qarşısının alınmasında göstərdikləri cəsarət və fədakarlığa görə mükafatlandırılırlar. Nəqliyyat kompleksinin inkişafındakı xüsusi xidmətlərinə, problemlərinin həllində fəal və səmərəli əməkdaşlığa görə federal icra hakimiyyəti orqanlarının, Rusiya Federasiyasının təsis qurumlarının icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, digər nazirliklərin təşkilatlarının əməkdaşlarına döş nişanı verilə bilər. və şöbələr. == Geyinmə qaydaları == Nişan döş qəfəsinin sağ tərəfində taxılır və digər idarə nişanlarının qarşısında və Rusiya Federasiyası, RSFSR və SSRİ dövlət mükafatlarının altında yerləşir. Nişanın seriya nömrəsi var.

Digər lüğətlərdə