Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bakı konkası
Bakı konkası — Bakı şəhərində mövcud olmuş atla hərəkətə gətirilən tramvay xətti. == Tarixi == 1887-ci ildə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev başda olmaqla digər beş mesenat atlı-dəmiryol səhmdar cəmiyyətini təşkil edirlər. Bakı konkası ilk dəfə 7 (19) aprel 1889-cu ildə hərəkətə gətirilir. Səhmdar cəmiyyətin ilk sədri H. Z. Tağıyev olur. Tikinti işləri isə B. A. Rotulda tapşırılır (1 dekabr 1890 ilə qədər, sonradan rəhbərlik L. М. Rıjanskiyə həvalə edilir). Relslər arasında məsafə 1524 mm-dir. İlk ildəcə tikintiyə 52 min rubl pul ayrılır. 1923-cü ilin 1 oktyabr tarixində xətlər elektrikli tramvayla əvəzlənir. == Maşrutlar == Şəbəkə öz növbəsində bir-biri ilə əlaqəsi olmayan xətlərdən ibarət olmuşdur: Voğzal — Bayıl: Voğzal, Voğzal meydanı, Telefonnaya (28 may), B.-Morskaya, Molokanskaya, Mariinskaya, Baryatinkaya, Mixaylovdkaya, Naberejnaya prospekti (Neftçilər prospekti), Mixaylovski bağı (Əliağa Vahid bağı), Bayıl (Dağlıq hissəsi). Əks istiqamət: Mixaylovski bağı (Əliağa Vahid bağı), Naberejnaya, Mixaylovski, Merkurevskaya, B.-Morskaya, Telefonnaya, Voğzal meydanı, Voğzal.
Konkani dili
Konkani — Hindistanın qərb sahilində Konkan adlanan torpağın ensiz zolağı boyunca danışılan bir neçə qohum dialektə verilən addır. (Devanāgarī:कोंकणी , KōṅkaṇīIAST),Hind-Avropa dillərinin Hind-ari dilləri qrupuna aid olan bir dildir. Hindistanın rəsmi dillərindən biridir və habelə Qoa əyalətin rəsmi dilidir.Karnataka və şimali Keralada (Kasaraqod rayonu) bir azlıq dilidir.
İren Kondaçi
İren Kondaçi (malta Irene Condachi 7 iyun 1899, Valletta, Malta – 1970, Malta) — Malta əsili həkim, ikinci Dünya müharibəsi dövründə adada çalışan iki qadın həkimdən biri. Məktəbin tibb xidmətinin qurucularından biri, bir hökumət məktəbində tibb işçisi olur və məktəblərdə qaşıntı xəstəliyinin aradan qaldırılması böyük qidmətləri olur. == Bioqrafiyası == İren Kondaçi 7 iyun 1899-cu ildə Valletta şəhərində anadan olub. Ailəsi yunan adasından köçmüşdü. Atası Konstantin Kondaçi tacir idi. Evdən kənarda işləyən qadınlara daha dözümlü olan Yunan Pravoslav ənənəsində tərbiyə edilmişdir. 1916-cı ildə tibbi təhsilini Malta Universitetində başlayır, ancaq bir il sonra oranı tərk edir. 10 il sonra Neapol Universitetini bitirir. Təhsilini davam etdirən Kondachi 1928-ci ildə Pavia Universitetində pediatriya üzrə mütəxəssis dərəcəsi almışdır. == Karyerası == Təhsilini bitirdikdən sonra Maltaya qayıdan Kondaçi Vallettanın Malta Universitetində mamalıq və ginekologiya professoru Cozef Ellulun köməkçisi olur.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda “At-dəmir yolu səhmdar cəmiyyəti”nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Yapon kinkanı
Yapon kinkanı (lat. Fortunella japonica) == Təbii yayılması == Qədim zamanlardan Çinin cənub-şərq, Asiyanın cənub-şərq subtropik və tropik rayonlarında becərilir. == Botaniki təsviri == Həmişəyaşıl, 2–3 m hündürlüyündə ağac, bəzən koldur. Çox sıx və yığcam çətirlidir. Zoğları və cavan budaqları basıq, üçtilli, kiçik tikanlı, yaşıl, çılpaqdır. Yarpaqları uzunsov-ellipsşəkilli, 4–6 (8) sm uzunluğunda, 15–3 sm enində, dərivarı ucdan küt, alt tərəfdən açıq yaşıl, üzəri vəzilərlə örtülmüşdür. Çiçəkləri ağ, 1–3 ədəd olmaqla yarpaqların qoltuğunda yerləşmişdir. Kasayarpağı 5, ləçəklər 4–6-dır. İyundan oktyabra qədər çiçəkləyir, meyvəsi dekabrdan maya kimi yetişir. Meyvəsi limon rəngində, yumru, 1,5–3 sm diametrində, qabığı hamar, dadı turş-şirin, ətirlidir, 3–7 dilimlidir.
Konka çayı
Konka, Kinka, Kinska və ya Kinski kimi tanınan Konka çayı (ukr. Кінська) — Ukraynanın Zaporojya vilayətindən axan Dnepr çayının sol qoludur. Çayın uzunluğu 146 km (91 mil)-dir. Drenaj su hövzəsi isə 26000 km²-dir. Azovboyu yüksəklikdən başlayır və Dneprdəki Kaxovka su anbarına axır. Çayın keçdiyi ərazilərdə Polohı və Orixiv şəhərləri yerləşir. Çayın adı, Krım tatarcasında Yılki Su kimi səslənir, "vəhşi atların suyu" mənasını verir. == Təsviri == Çayın zunluğu 149 km, hövzəsinin sahəsi isə 2600 km²-dir. Çayın mailliyi 1,7 m/km-dir. Yuxarı və orta axarda vadi darlaşır, aşağı axarında isə 3,5 km-ə qədər genişlənir.
Konakri
Konakri (ing. Conakry) — Qvineyanın paytaxtı və ən böyük şəhəri. Atlantik okeanı sahilində liman. Şəhər bir-biri ilə torpaq bənd vasitəsilə birləşdirilmiş Tombo adası və Kalum yarımadasını əhatə edir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 1 931 184 nəfərdir. Sahəsi 308 km² təşkil edir. == Tarixi == Şəhər 1884-cü ildə salınmış və 1904-1958-ci illərdə Fransız Qvineyasının inzibati mərkəzi olmuşdur. 1958-ci ildə ölkənin Fransadan müstəqillik qazanmasından sonra Konakri yeni dövlətin paytaxtı elan olunmuşdur. 1970-ci ildə Qvineya-Bisauda müstəmləkəçilik əleyhinə gedən mübarizəni yatırtmağa çalışan Portuqaliya ordusu üsyançılara yardım edən Qvineyanın paytaxtını 350 əsgərin iştirak etdiyi əməliyyat nəticəsində bir günlük ələ keçirmiş, 26 portuqalı əsirlikdən azad edərək, buradakı Qvineya-Bisau üsyançılarının infrastrukturunu məhv etmişdi.
Konami
Konami (yap. コナミ株式会社 Konami Kabushiki-gaisha) — 21 mart 1969-cu ildə Tokioda qurulan səhmdar cəmiyyət. Kompüter, oyuncaq və əyləncə sektorunda fəaliyyət göstərən əsas şirkətlərdəndir. "Konami" şirkətin qurucularından olan Kagemasa Kozuki, Yoşinobu Nakama, Hiro Matsuda və Şokiçi İşiharanın adlarının birləşməsidir. Həmçinin "kiçik dalğalar" mənasına da gəlir. Qurucusu Kagemasa Kozuki indi də şirkətin rəhbəridir. Yaponiyanın ən böyük 567-ci şirkətidir. Həmçinin Yaponiyadakı ən böyük 9-cu oyun şirkətidir.
Pokaçi
Pokaçi — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Mikimoto Kokiçi
Mikimoto Kokiçi (御木本 幸吉, 10 mart 1858 və ya 25 yanvar 1858, Toba[d], Mie prefekturası – 21 sentyabr 1954, Yaponiya) – Yaponiya biznesmeni, mirvari yetişdirə bilmiş ilk şəxs. "Mikimoto" mirvari şirkətinin əsasını qoymuşdur. Onu "Mirvarinin kralı" adlandırırlar. == Həyatı == Mikimoto Kokiçi 1858-ci ildə müasir Mie prefekturasının ərazisində yerləşən Toba şəhərində doğulmuşdur. Udon restoranı işlədən atanın ən böyük oğlu idi. O, 1880-ci illərdə abalon tutmağa və dəniz xiyarları qurutmağa başlamışdır. Səyahətlərinin birində gördüyü mirvarilərdən təsirlənmiş və mirvari yetişdirməyə qərar vermişdir. 1883-cü ildə Mie prefekturasının Şima yarımadasında yerləşən Aqo körfəzində mirvari stridiyaları böyütməyə başlamışdır. 1893-cü ildə sferoid mirvari istehsal etməyi bacarmış və 1895-ci ildə yetişdirməyə başladığı mirvariləri 1898-ci ildə yığmışdır. Mikimotonun yetişdirilmiş mirvariləri ilk dəfə olaraq 1897-ci ildə xarici ölkələrə göndərilməyə başlanmışdır.