Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fiqurlu konkisürmə
Fiqurlu konkisürmə — musiqinin müşayiəti ilə ediləcək rəqsin, ya da nümayişin mövzusuna uyğun kostyumlarla reallaşdırılan idman növü. Yarışma məcburi hərəkətlər və sərbəst fiqurların bir kombinasiyasından meydana gəlir. Qış Olimpiya idman növlərinə daxildir. Avropa çempionatı, Dünya çempionatı, Dörd Qitə çempionatı və İSU Grand Prix yarışmaları kimi yarışlar təşkil edilir. Olimpiadalar səviyyəsində yarışmalar təşkil edilən Buz Rəqsi, Cütlər, Təklər növlərdən başqa xeyli çox dəyişik şəkildə icra edilə bilər (dördlü ya da 10-12 şəxsiyyət qruplar halında). == Fiqurlu konki sürmə == Bu idman növündən adətən qışda istifadə edirlər. Bu idman növü həmdə hobbi ola bilər .Fiqurlu konki sürərkən cüt və tək durmaq olar. Ən əsası isə doğru konki seçimidir. Ən məşhur və yaxşı konki firması JACKSON firmasıdır. Bir çox insanlar konki alarkən ölçü seçimi onlara çətin gəlir.Bu idman növü sizi şəxsi dünyanızdakı kimi hiss etdirir.Hər bir hərəkət çətin gəlsədə ozünüzə inansanız nəticəni gördükdə çox sevinəcəksiniz.Mən özüm də fiqurlu konki sürürəm.Artıq bir ildir ki,ilk addımlarımı atıram.Və sizə deyə biəcəyim odur ki,əgər siz də fiquristka olmağı arzulayırsınızsa heç vaxt "alınmayacaq","bacarmaram" deməyin.Çoxlu məşqlər nəticəsində sizdə hər hərəkət alınacaq.
Cek Şea (sürətli konkisürən)
Con Amos Şea (7 sentyabr 1910 - 22 yanvar 2002) - "Şef" ləqəbli 1932 Qış Olimpiya Oyunlarında sürətli konkisürmə yarışlarında ikiqat qızıl medal qazanan Amerikan idmançı. Bir Qış Olimpiadasında iki qızıl medal qazanan ilk Amerika idmançısı idi və həmçinin, üç nəsil Qış Olimpiyaçıları olan ilk ailənin patriarxı idi. Həmyerlisi İrvinq Ceffi ilə birgə 1932 Qış Olimpiya Oyunlarında ən uğurlu atlet idi. == Həyatı == Con Amos Şea 7 sentyabr 1910-cu ildə Leyk-Plesiddə anadan olmuşdur. Leyk-Plesid Liseyində oxumuşdur, Dartmut Kollecindən məzun olmuşdur. Elbeni Hüquq Məktəbində təhsil almışdır. Böyük böhran dövründə ailəsinə dəstək olmaq üçün Leyk-Plesiddə bir sıra işlərdə çalışmışdır. Şea Leyk-Plesiddə keçirilən 1932 Qış Olimpiya Oyunlarında 500 metr və 1500 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazandı. O, eyni zamanda Nyu-York əyalətinin qubernatoru Franklin Delano Ruzveltin başçılıq etdiyi açılış mərasimində olimpiya andını içdi. Şea 1958-ci ildən 1974-cü ilə qədər Castik şəhəri, 1974-cü ildən 1983-cü ildə təqaüdə çıxana qədər Şimali Elba şəhərinin nəzarətçisi idi.