Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
II Konstant
II Konstant (yun. Κώνστας Β'), (*7 noyabr 630 – †15 sentyabr 668) — 641-668 ci illərdə İraklilər sülaləsinə aid Bizans imperatoru. Ögeyanası Martina və əmisi İraklonu devirərək hakimiyyətə gəlmişdir. Çevik lakin müvəffəqiyyətsiz xarici siyasət yürütmüşdür. 654 cü ildə Konstantın donanması ərəblər tərəfindən darma-dağın edilir. 63-cü ildə İtaliyanı fəth etmək istəsə də məğlub olaraq 20 000 itki ilə geri şəkilməyə məcbur, amma Siciliyanı əlində saxlamağa müvəffəq olur. == Qafqaz siyasəti == Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641-668) göndərdiyi məktubunda yazırdı: "Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant...