Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kriogen dondurma
Kreogen dondurma — Qida məhsullarını dondurmaq üçün aşağı temperaturlar soyuducu agentin (ammonyak, freonlar) və ya kriogen mayelərin (maye azot, karbon dioksidi) qaynaması nəticəsində alınır. Kriogen mayelər – bir dəfə istifadə edilən soyuqluq daşıyanlardır. Kriogen aparatlar iki qrupa bölünür. Birincidə emal olunan məhsul kriogen maye ilə bilavasitə təmasda olur. İkinci qrup aparatlarda məhsul və kriogen maye arasındakı istilikdəyişmə əlavə termiki müqaviməti olan elementlərdən (qablaşdırıcı material, blok-formanın metal səthi və ya nəqletdirici konveyer) keçərək baş verir. Öz növbələrində hər iki qrupun aparatları qaynayan (kriogen mayelər, freonlar) və qaynamayan soyuqluq daşıyıcılı (duzlu məhlullar) olurlar. Qida məhsullarının bioloji toxumaları formalaşdıran heyvanı və ya bitki mənşəli hüceyrələrdən ibarətdir. O müxtəlif duzların və başqa qida maddələrinin su qarışıqlarından ibarətdir. Kristallaşmada suyun donması prosesi hüceyrələr arası məsafədən başlayır, sonra hüceyrələrin daxilinə keçir. Əgər donma prosesi çox zəif gedərsə, o zaman hüceyrələr arasında böyük buz kristalları əmələ gələrək hüceyrəni parçalayır.
Kriogen dövrü
Kriogen (yun. κρύος (krýos)- soyuq və γένεσις (génesis) - doğum) və ya Kriogen dövrü — 720-635 milyon il əvvəlləri əhatə edən geoloji dövr. Neoproterozoy erasının ikinci dövrüdür. Kriogen dövrü 1990-cı ildə Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən təsdiq edilmişdir. Əksər dövrlərdən fərqli olaraq Kriogenin başlanğıcı qlobal miqyasda müşahidə olunan və sənədləşdirilmiş bir hadisə ilə əlaqələndirilmir. == İqlim == Geoloji dövrün adı Kriogenin çox soyuq qlobal iqlimə malik olması ilə bağlıdır. Geoloji dəlillər Yerin bu dövrdə tarixin ən ağır buz dövrlərini yaşadığını göstərir. Kriogen dövründə ümumiyyətlə iki böyük buz dövrünün: 720-660 milyon il əvvəlləri əhətə edən Sturt buz dövrü və təxminən 635 milyon il əvvəl Kriogen dövrü ilə başa çatmış Marino buz dövrü; olduğu təxmin edilir. Bu dövrdə buz aşağı enliklərə qədər bütün dünyanı əhatə etdiyi üçün bu model "qartopu dünya" adlanır. == Coğrafiya == Kriogen dövrü başlamazdan əvvəl, təxminən 750 milyon il əvvəl, Rodiniyanı parçalanmağa başladı.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. == Xüsusiyyəti == Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.
Kostas Krizoqen
Kostas Krizoqen (d. 7 iyun 1961, Serres) — Kostas Krizoqen Konstitusiya Hüququ üzrə professor, Avropa Parlamentinin Üzvüdür və"Radikal Solçu Koalisiyası" siyasi qrupunu təmsil edir. == Təhsil == O Saloniki Aristotel Universitetində hüquq fakültəsini bitirmişdir. 1983-cü ildə Bakalavr pilləsindən fərqlənmə ilə məzun olmuşdur (10 üzərindən 9.90). 1987-ci ildə o Almaniyanın Hannover şəhərində yerləşən Gottfried Wilhelm Leybnits universitetindən doktorluq adını fərqlənmə (Magna Cum Laude) ilə qazanmışdır. == Akademik fəaliyyəti == 1990-ci ildə Saloniki Aristotel Universitetinin Hüquq Fakültəsində müəllim təyin olunmuş, 1993-ci ildə isə dosent köməkçisi olmuşdur. 1999-ci ildə dosent və 2003-cü ildə Konstitusiya Hüququ ixtisaslaşması üzrə Professor olmuşdur. O bir neçə il Hakimlər Milli Akademiyası və Hellenik Açıq Universitetində Konstitusiya Hüququ üzrə mühazirələr demiş, Regensburg Universitetində və Hannover Universitetində qonaq Professor kimi fəaliyyət göstərmişdir. Onun 16 kitabı nəşr edilmişdir hansı ki bu kitablardan bəziləri “Konstitusiya Hüququ” və “Xüsusi və Sosial hüquqlar” sahəsində stolüstü kitablardır və yunan universitetlərində tədris vəsaiti kimi istifadə olunur, o cümlədən hüquq jurnallarında və yunan, alman, ingilis dillərində redaktə edilmiş kitablarda 100-dən artıq elmi məqalənin müəllifidir. == Siyasət == Kostas Krizoqen SYRIZA Yunan siyasi partiyasına qoşulmuşdur (Yunan Radikal Solçu Koalisiya) və 2014 Avropa seçkilərində Avropa Parlamenti üçün namizədliyini irəli sürmüşdür.