Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arsenolit
Arsenolit — mineral, As2O3 == Haqqında == Arsenolit - Kubik. Kristal­­ları oktaedrik, sapvari. Ayrılma {111} üzrə. Aqreqat: salxımabənzər, torpaqvari, ulduzabənzər və qabıqcıqlar. Rəngi ağ. Parıltı şüşəli, ipəkvari. Sərtliyi 1,5. Xüxusi çəkisi 3,87. Arsenopirit, sərbəst As, enargit, tennantit və b. mərgümüş mineral yataqlarının oksidləşmə zonasında.
Ksonotlit
Ksonotlit (ekleit, curupait) Ca6 [Si6O17] (OH)2 —monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – ağ, boz, bəzən solğun-çəhrayi; Parıltı – liflər boyu ipəyi; Şəffaflıq – qeyri-şəffafdır, lakin dənələrinin kənarları işıq keçirir; Sıxlıq – 2,61-2,75; Sərtlik – 5-6,5; Ayrılma – {100} üzrə mükəmməl, {001 } üzrə orta; Sınıqlar – tikanlı; Başqa xassələr – çox özlüdür; Morfologiya – kristallar: iynəvari, Mineral aqreqatları: sıx və naziklifli kütlələr. == Mənşəyi və yayılması == Ksonotlitin əmələ gəlməsi üçün ən əlverişli mühit ultraəsasi və əsasi süxurların əhəngdaşları ilə kontakt zonasıdır. Skarnlarda, serpentinitlərdə, orta və yüksək temperaturlu hidrotermal damarlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pektolit, prenit, kalsit. Mineralın tapıldığı yerlər: Sahil silsilələrinin kontakt zonaları, Riel adası (ABŞ); Tetela-de Ksonotola (Meksika); Bosso yarımadası (Yaponiya); Talnax (Rusiya) və b. Azərbaycanda ksonotlit Laçın və Kəlbəcər rayonlarının serpentinitlərində və Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında aşkar edilmişdir. == Tətbiqi == Sementin mühüm komponentidir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları.
Kerolit
Kerolit - mineral == Haqqında == Kerolit - qarışıq laylı nizamlanmamış quruluşlu Mg və Ni sulu silikatı. a-Kerolit serpentinəbənzər laylar, b-Kerolit isə talkabənzər laylar üstünlük təşkil edir. b-Kerolit maqneziumlu, pimelit isə - nikelli fasiləsiz izomorf seriyaların sonuncu üzvləridir. Hipergen; aşınma qabığında tapılır. Növ müxtəlifliyi: ferrikerolit, Ni və b-kerolit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Seolit
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. == Kimyəvi tərkibi == Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Kserofit meşələrin torpaqları
Kserofit meşələrin torpaqları — Azərbaycan ərazisində yayılmış torpaq tipi. Bir çox iqlimşünaslar, fiziki coğrafiyaçılar, aqroekoloqlar Azərbaycanın yerləşdiyi enliklər və uzunluqlar arası ərazini bütövlüklə subtropik rayonlara aid etmişdir. Landşaft baxımından ölkə ərazisi quru subtropik çöllərə və yarımsəhralara düşür. == İqlimi == Ə.D.Əyyubova görə quru subtropik Azərbaycanda fəal temperaturun illik cəmi 3800-4600° arasında dəyişir. Qış mövsümündə orta aylıq temperatur 0,6°-dən aşağı enmir. Havanın orta illik temperaturu 12,0-14,5°-yə qədər dəyişir. Atmosfer yağıntılarının illik miqdarı 600-1100 mm təşkil edir. Nisbi rütubətlənmə 9%-dən 30%-ə qədər dəyişir. == Torpaqları == Quru subtropiklərin çöl və yarımsəhralarında boz-qəhvəyi və boz torpaqlar geniş yayılmışdır. Bu qurşaq daxilində şabalıdı torpaqların formalaşması mübahisəli məsələlərdəndir.
Aydağ seolit yatağı
Tovuz rayonunda yerləşən Üst Təbaşir yaşlı seolit yatağı. == Azərbaycanda Üst Təbaşirin seolit yataqları == Azərbaycanda Üst Təbaşirin seolit yataqları Kiçik Qafqazın dağətəklərində, eləcə də Orta Kür çökəkliyinin cənub kənarlarının çökmə strukturlarında və Böyük Qafqazın Vəndam zonasında yerləşir. == Stratiqrafiyası == Aydağ seolit yatağı Aydağ sinklinalının periklinal hissəsinə daxil olmaqla, Qazax çökəkliyinin cənub-şərq hissəsində yerləşir və Koroğlu lay dəstəsinin Santon çöküntülərinə aiddir. Yataq 2 massiv (25-30 m) və bir neçə zəif qalınlığa malik, Santon-Alt Kampan pelitomorf əhəngdaşıları və mergellərdən ibarət olan laylarla təmsil olunub. Yer səthinə çıxan hissənin eni 20-120 m, uzunluğu 3 km dərinliyi 40-200 m-dir. Layların cənub-şərq istiqamətində monoklinal yatımı müşahidə olunur və bu layların qalınlığı şimal-şərq istiqamətdə artır. Karyer rayonlarında ən böyük qalınlıq mövcuddur, bununla da gələcək kəşfiyyat işlərinin perspektivliyi əlaqələndirilir. Seolitli küllər sonradan linzavari ləkəli çəhrayı-yaşıl, açıq-yaşıl, sıx yaşıl mergeləbənzər tuflara keçən çəhrayı-ağ dənəvər biotit tuflarla örtülüb. Burada eləcədə seolit-gilli, seolit-silisiumlu kristallaşması və çəhrayı-boz bentonit əlavələri müşahidə olunur. Aydağ külləri Öksüzlü küllərinə nisbətən cavandır.