Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İstisu kurortu
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutğun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. == Haqqında == İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.
Səhənd xizək kurortu
Səhənd xizək kurortu- İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanında və Səhənd dağının şimal yamaclarında yerləşir.
Brezovisa xizək kurortu
Brezovisa xizək kurortu və ya Brezovisa xizək mərkəzi — dağ kurortu və Şar dağlarının yamaclarında yerləşən Kosovonun ən böyük qış turizm mərkəzi. Xizəksürmə və snoubord üçün nəzərdə tutulmuşdur. Yay aylarında ekoturizm imkanlarına yürüyüş, dağ velosipedi, golf və digər açıq havada istirahət fəaliyyətləri daxildir. Gəzinti yolları yaxınlıqdakı Livad gölünə aparır. == Tarixi == Brezovisa xizək kurortu 1954-cü ildə yaradılıb. Xizək kurortu Şar dağları Milli Parkının şimal və şimal-qərb yamaclarında yerləşir. Kurortun beş kanadından birincisi 1979-cu ildə quraşdırılıb. Kurortun şimal və şimal-şərq yamaclarında yerləşən 16 kilometr uzunluğunda xizək enişləri var. Kurort 1980 və 1990-cı illərdə bir sıra beynəlxalq xizək yarışlarına ev sahibliyi edib, o vaxtdan bəri turizm məkanına çevrilmişdi. Brezovica 1984-cü ildə Sarayevoda keçirilən Qış Olimpiya Oyunları üçün alternativ xizək meydançası kimi xidmət göstərib, 1980-1990-cı illərdə Beynəlxalq Xizək Federasiyasının bir sıra tədbirlərinə ev sahibliyi etsə də, kurort iyirmi ildən artıqdır ki, əhəmiyyətli infrastruktur sərmayəsi almayıb.Brezovisa xizək kurortunun hüquqi statusu 1999-cu il Kosovo müharibəsindən bəri mübahisəlidir, çünki həm Serbiya, həm də Kosova hökumətləri onun mülkiyyət hüquqlarına malik olduqlarını iddia edirlər.