Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lelvər
Ləlvar — Ermənistan Respublikasında kənd, Ləlvar bələdiyyəsini (erm.: e. Դեբեդավան համայնք, l. Debedavan hamayank) təşkil edir. == Toponim == Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir. Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar.
Leqlər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər.Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". == Toponimlər == İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. — Махачкала: ДФ АН СССР, ИИЯЛ им.
Bigəvər
Bigəvər (lat. Ruscus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Fişvər
Fişvər-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,201 nəfər və 920 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Liqvan
Liqvan və ya Liğvan (fars. ليقوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşinin Meydançay dehestanında yerləşən kənd.Bu kənd pendirinə görə məşhurdur. Bu kənd "Livan" və "Levan" kimi də adlanır. 2006-cı il əhalinin siyahıya alınmasına görə əsasən, kəndin əhalisi 5,359 nəfərdən ibarət idi.
Livlər
Livlər və ya livoniyalılar (latış. līvi‎ или lībieši, liv. līvlizt, q.rus либь) — Baltikyanı-fin xalqlarından biri. == Tarixi == Özlərini livli, kalamiez ("balıqçı"), bəzən də pandalist ("sahil adamı") adlandırırlar. Ural dil ailəsinin fin qrupunun pribaltika-fin qoluna mənsub olan liv dilində danışırlar. Antropoloji cəhətdən ağ (avropa) irqin aqdəniz-balt tipinə aiddirlər. Xristian dininin lüterçilik təriqətinə mənsubdurlar. Latviya Respublikasının Talsin və Ventcpil rayonlarında yaşayırlar. Assimilyasiya olunub qurtarmaq üzrədir. 1989-cu il məlumatına görə sayları 150 nəfərə yaxın olmuşdur.
Lövgər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Nimvər
Nimvər — İranın Mərkəzi ostanının Məhəllat şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,731 nəfər və 1,580 ailədən ibarət idi.
Sliver
Yonqar — 1993-cü ildə istehsal olunmuş ABŞ filmi.
Üliger
Üliger (Monqol: Улгэр), monqol və buryat xalq mədəniyyətində nağıllara və mifoloji əhvalatlara verilən ümumi bir addır. Buryatlar və digər sibir qəbilələri arasında şifahi ənənələrinin əhəmiyyətli bir hissəsidir və digər funksiyaları arasında, Buddist əhvalatlarını şifahi olaraq çatdırmaq üçün də istifadə edilmişdir. Şifahi ənənə göz önünə alındığında, monqol ədəbiyyatında ağızdan ağıza köçürülən hekayələrin əhəmiyyətli bir qisimini meydana gətirərlər. Bu əhvalatlar, "Ülgerci" və ya "Üligerçin" (İngilis: ulgerchi və ya uligershin) deyilən kəslər tərəfindən xüsusilə yaylı alətlər yoldaşlığında oxunur. Üliger (Türkçe "Ülger") sözü şeir şəklindəki nağıl, fövqəladə öykü mənasını verər. Nəsilə nəsilə köçürülən əhvalatlardan ibarətdir. Monqolustanda 1960-ci ildə Üligerləri yığmaq üçün "Üliger Evi" (Monqol: Улгэрийн танхим, Rus: Палата Ульгэров) adı verilən xüsusi bir müəssisə yaradıldı. Burada hal-hazırda 250dən çox Üliger'in olduğu bilinməkdədir. == Mövzular == Üligerler ümumiyyətlə tarixi və mifolojik qəhrəmanların əfsanələrini izah edərlər. Ümumiyyətlə qış aylarında tonqal ətrafında izah edilən bu əhvalatlarda ortaq bir motiv olaraq şəri ümumiləşdirən "Manqus" adlı bir əjdaha var.
Digər
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Liber
Liber (isp. Llíber) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1056 nəfərə çatmışdır.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Lider
Lider (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) — qrupda, kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxs. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Harri Trumana görə, lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır. Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır: ruhlandıran lider; universal lider; situasiyaya görə lider; işgüzar lider. == Liderin xüsusiyyətləri == Liderin xüsusiyyətləri dedikdə bu xüsusiyyətlər 3 qola ayrılır: === Fərdi (şəxsi) keyfiyyətlər === Özünə inam Aktiv həyat Təşəbbüskarlıq Motivasiya Məsuliyyət ==== İdarəetmə və təşkilatı keyfiyyətlər ==== Rəhbərlik etmək bacarığı Təşkilati bacarıqlar Fürsət və təhlükələri görmə perspektivi Çeviklik, manevr qabiliyyəti Komanda işini və komanda üzvlərini qorumağa hazır olmaq ===== Psixoloji və sosial keyfiyyətlər ===== Ədalət Ardıcıllara özlərini inkişaf etdirmək və təsdiqləmək üçün şərait yaratmaq == Liderlərin fərqi == formal lider — o situasiyaya turduğu vəzifəyə görə təsir edir; qeyri-formal lider — o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir.Liderlərin fəaliyyət stili aşağıdakı kimi olur: avtoritar - ciddi intizam tətbiq edilir, dəqiq vəzifə bölgüsü olur, onunla mübahisə edilmir, qrupun rəyinə qulaq asılmır, hamı onun qərarına tabe olmalıdır; demokratik - qrup üzvləri ilə məsləhətləşmələr aparılır, qrupun rəyi əsas götürülür, səlahiyyətin bir hissəsi qrupun digər üzvlərinə verilir; anarxik - qrupda intizam yoxdur, qərarlar xaotik qəbul olunur, liderlər tez-tez dəyişir, hər hansı qərar icrasına nəzarət yoxdur.Lider formal, yaxud da qeyri-formal ola bilər. Formal lider təyin edilir, onun qərarları rəsmi lider olduğuna görə yerinə yetirilir. Qeyri-formal lider rəsmi qruplarda qərar qəbulunda birbaşa iştirak etmir. Вununla belə onun rəyi daima bilinir və təsir imkanına malikdir. Rəsmi və qeyri-rəsmi lider eyni şəxs olduqda qrupun fəaliyyəti daha effektli olur. Qupun fəaliyyətinə cavabdeh olan yuxarı instansiya pilləsi bu amili nəzərə almağa çalışır.
Lugər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Ləgər
Aşağı Ləgər
Niger
Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir. Niger 7 ölkə ilə həmsərhəddir — Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə. == Tarixi == === Tarixəqədərki dövr === Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8–6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər.
Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/ , ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.
Alp İlitver
Alp İlitver (ya da İlteber). == Ümumi məlumat == Bu tarixi personaj ilk dəfə Musa Kalankatlının "Ağvan tarixi" əsərində 626-cı illə bağlı keçir. Bu ildə Cebu xaqan (Orxan) Ərməniyyəyə yürüş edir. Bu yürüşdə, knyaz mənşəyinə görə şad adlandırılan "qana susamış qartal balası" iştirak edir. Öz adı Bolu idi ki buna ’’şad’’(xaqanın oğlu, şahzadə) titulu əlavə edilirdi. Onun adı Bizans imperatoru İraklinin adı ilə, onun farslarla müharibələrində yan yana keçir. Şad titulunu Bolu/Bulan, bütün ehtimallara görə, 631-ci ildə atasının ölümünə və hunların Aşina nəslindən olan xəzər xaqanlarına tabe olmasına qədər daşımışdır. Bu vaxtdan hunlar xəzərlərin federatları olurlar, onların başçısı isə "elteber" titulunu daşımağa başladı. Amerikan türkoloqu D. B. Qoldenə görə, bu titulu xəzərlər vassal hun xanlarına verirdilər. , çinlilərdə onun analoqu "şe-li-fa" ya da "xsie-li-fa".
Ceymi Oliver
Ceyms Trevor "Ceymi" Oliver (ing. James Trevor 'Jamie' Oliver; 27.05.1975, Klavering, Esseks) — ingilis aşpaz, restorator, teleaparıcı, məşhur kulinariya kitablarının müəllifi.
Cozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Ernst Linder
Ernst Linder (25 aprel 1868 – 14 sentyabr 1943) — İsveç Ordusunda 1887-ci ildən 1918-ci ilə qədər xidmət etmiş fin əsilli general. O, Finlandiya vətəndaş müharibəsində Botnik körfəzini Nyasiyarviyə birləşdirən Finlandiyanın qərb sahillərində fəaliyyət göstərən Satakunta və Savo hərbi qruplarına rəhbərlik edirdi. Linder ağların komandiri, marşal Qustav Mannerheymin dostu idi. Müharibədən sonra o, təqaüdə ayrıldığı 1920-ci ilə qədər süvari müfəttişi olaraq xidmət etdi. Linder 13 aprel 1918-ci ildə general-mayor, 1938-də general-leytenant və 1940-cı ildə qoşun generalı rütbəsinə yüksəldi.
Jozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Karina Lixvar
Karina Lixvar (d. 11 dekabr 1998) — İsraili təmsil edən bədii gimnast. Karina Lixvar 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Lixvar həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Karina Lixvar 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Lineer motor
Lineer motor – xətti mator ya da xəttli hərəkətli motordur, statoru və rotoru "açıq" olan bir elektrik matoru. == Haqqında == Bu səbəblə fırlanma anı yaratmaq yerinə uzunluğu boyunca xətti güc istehsal edir. Ancaq bütün lineer matorlar düz deyildir. Lineer matorun aktiv bölümünün sonu vardır, halbuki ənənəvi elektrik matorlarında döngə davamlıdır. İş rejimi, qüvvə cərəyanı və maqnit sahəsi tətbiq edilən hissədə xətti olaraq mütənasib olduğu Lorentz tipli mator kimidir.( F= IL x B ) Lineer mator ən çox həssaslığı yüksək olan mühəndislik tətbiqlərində istifadə olunur.Eyni zamanda xüsusi elmi konfranslar və mühəndisliyə aid dərs kitabları ilə inkişaf edən tətbiqi tədqiqat sahəsidir. Lineer matorun, aşağı və yuxarı sürətli 2 sinifə bölünməklə bir çox dizaynları hazırlanmışdır. Aşağı sürətli lineer matorlar, maqlev qatarlarına və digər yerdən gedən nəqliyyat tətbiqlərinə uyğundur. Yüksək sürətli lineer matorlar qısadır və misal olaraq rulon silahda olduğu kimi çox yüksək sürətə çatmaq üçün nəzərdə tutulmuşdur.Yüksək sürətli lineer matorlar hiper sürətli təsir tətqiqatlarında silah və ya kosmik gəmi hərəkəti üçün kütlə sürücüssü olaraq istifadə edilir. Bunlar adətən, hava boşluğunun bir tərəfində aktiv üç fazalı soyunma və digər tərəfində passiv bir keçirici nömrə nişanı olan AC lineer induksiya matoru (LM) dizaynındadır. Ancaq birbaşa cərəyan homopolyar lineer matoru Elektromaqnit top olaraq yüksək sürətli başqa bir xətti mühərrik dizaynındadır.