BİGƏVƏR

сущ. бот. иглица, мышиный тёрн (род растений сем, лилейных)
BİGƏRAN
BİGÜMAN
OBASTAN VİKİ
Bigəvər
Bigəvər (lat. Ruscus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Tikanlı bigəvər
Tikanlı bigəvər (lat. Ruscus aculeatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü.
Hirkan bigəvəri
Hirkan bigəvəri (lat. Ruscus hyrcanus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir relikt növdür. == Qısa morfoloji təsviri == 20-40 (60) sm boyunda yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları vardır. Budaqları yanlara və aşağıya əyilmişdir və üzərləri kladodilərlə sıx örtülmüşdür. Kladodiləri uzunsov-yumurtavari və ya uzunsov-lansetvaridir, yaşıl rəngdədir, sərtdir, 12-28(30) mm uzunluğunda, 8–12 mm enindədir. Çiçəkləri yaşılımtıldır, adətən kladodinin orta xətti üzərində 2-5–i bir yerdə olmaqla və ya az-az hallarda tək-tək düzülmüşdür, pərdəciyəoxşar çiçəkatlığının qoltuğundadır. Giləmeyvəsi qırmızıdır, kürəvari, diametri 7–9 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel-may aylarında çiçəkləyir.
Kolxida bigəvəri
Kolxida bigəvəri (lat. Ruscus colchicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Zaqafqaziyada, Krasnodarda, Qaradəniz sahillərində, Tuapsedə, Azərbaycanda, Türkiyədə, Aralıq dənizi sahillərində təbii halda bitir. == Botaniki xarakteristikası == Çoxillik yarımkoldur. Hündürlüyü 45-55 sm-ə çatır. Düz dayanan, çox vaxt sadə gövdələri və budaqları fillokladilərə çevrilmişdir. Yarpağı üçkünc, dərili, oturaq, paralel damarcıqlı və xırdadır. Fillokladiləri sıx yerləşmiş, çox iri, uzunsov və ya uzunsov-lansetvari, uzunluğu 6-9 sm, eni 2-4 sm, ucu biz, bünövrəsi dar, aşağıda üzbəüz, yuxarıda növbəlidir. Çiçəyi xırda (5-6), fillokladininin aşağı tərəfində, küt, lansetvari, xırda çiçəkaltlığının qoltuğunda yerləşir. Giləmeyvələri saplaqda, iri, qırmızı, diametri 8-10 mm, 2 toxumludur.
Ponti bigəvəri
Tikanlı bigəvər (lat. Ruscus aculeatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü.