Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləkətağ
Ləkətağ — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Kənd Əlincə çayının sahilində yerləşir. == Tarix və etimologiyası == Tədqiqatçıların ehtimalına görə kəndin adı Azərbaycan ərazisində yaşamış qədim tayfalardan biri olan lək tayfalarının adı və "yer", "məkan", "qol", "hissə" anlayışını bildirən "tağ" sözünün birləşməsindən əmələ gəlmişdir. Mənbələrə görə XIII əsrdə İrana köçmüş lək tayfası uzun müddət orada yaşadıqdan sonra XIX əsrin əvvəllərində bir hissəsi İrandan Culfaya gəlmiş, orada məskunlaşmışlar. Əsas məşğuliyyətləri maldarlıq və heyvandarlıq olan ləklər sonralar oturaqlaşaraq bir neçə yaşayış məntəqəsinin əsasını qoymuşlar. == Əhalisi == Əhalisi 459 nəfərdir.Tanınmış Şəxsləri Babək Əliyev == Mədəniyyət == Ləkətağ kənd mədəniyyət evində qədim sənət nümunələrindən ibarət sərgi vardır.
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 206 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.
Cəbədar (Ərdəbil)
Cəbədar (fars. جبه دار‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 10 km şimal-qərbdə, Ərdəbil-Meşkin avtomobil yolunun üstündədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,529 nəfər yaşayır (330 ailə).
Ləkətağ dağı
Ləkətağ dağı – Culfada dağ (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Ləkətağ kəndindən 4,2 km cənub-şərqdə, Boyəhməd aşırımından 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ləkətağ-Göyçügüvey antiklinalının tağ hissəsində yerləşir. Yamaclarından şimal-şərq və cənub-şərq istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir. Şimal-qərb yamacında Üst Eosen yaşlı diorit, kvars-diorit tərkibli intruziv kütlə açılır.
Ləkətağ körpüsü
Ləkətağ körpüsü — Culfa rayonunun Ləkətağ kəndində, Əlincə çayının üzərində orta əsrlərə aid memarlıq abidəsidir. Körpü Əlincə çayının sol sahilində yerləşən digər Culfa kəndlərini Ləkətağ ilə əlaqələndirmək məqsədilə inşa olunmuşdur. == Tarixi == Körpü XVI–XVII əsrlərdə, Səfəvilər tərəfindən inşa edilmişdir. == Tədqiqi və xüsusiyyətləri == 1991-ci ildə AMEA Naxçıvan Elm Mərkəzinin arxeoloji ekspedisiyası bu ərazidə işləyərkən körpünün ölçülərini və fotosunu götürmüşdür. Körpü tağvari formada olub, müxtəlif həcmli çay və dağ daşlarından tikilmişdir. Onun tağı kənarlarda yonulmuş ağ daşlardan, ortada isə müxtəlif çay daşları ilə hörülmüşdür. Bərkidici maddə kimi iri qum və əhəng qarışığı olan gəcdən istifadə edilmişdir. Aşağı hissədə körpünün eni 7 metrdir. Onun hündürlüyü daş özülə qədər 5, çaya qədər 6,5 metrdir. Körpünün eni 2,7 metrdir.
Ləkətağ nekropolu
Ləkətağ nekropolu — Culfa rayonunda Ləkətağ kəndinin girəcəyində, Əlincəçayın sahilində, ilk dəmir dövrünün sonuna aid arxeoloji abidə. == Haqqında == Şimalda həyətyanı sahə, qərbdə isə dərə ilə sərhədlənir. Çox da hündür olmayan təpənin üstündədir. Şərq tərəfdən torpaq yol keçir. Yol çəkilərkən (1975) nekropol dağıdılmış, lakin aşkar olunmuş materiallar yığılıb saxlanmamışdır. Müşahidələrə əsasən qəbirlər daş qutu tipli olmuşdur. Ərazidə forma verməyən Boyəhməd nekropollarından aşkar edilmiş materiallara oxşar gil qab qırıqlarına təsadüf edilmişdir. Abidənin e.ə.1-ci minilliyin əvvəllərinə aid olması ehtimal edilir.
Əhməd Təkudar xan
Əhməd Təkudar xan (1247 – 10 avqust 1284, Marağa, Şərqi Azərbaycan ostanı) — Hülaku xanın Kutuy xatundan olan 7-ci oğlu və Abaqa xanın qardaşı. == Həyatı == 1247-ci ildə Hülaku xan və Kutuy xatunun oğlu olaraq doğulmuş, Papa IV Nikolas şərəfinə Nikolas adı verilmişdir, nestorian kimi böyümüşdür. == Taxta çıxması == Abaqa xanın 1282-ci ildə Həmədanda vəfat etməsindən sonra xanədan qadınları, şahzadələr və böyük moğol əmirləri yas mərasimi üçün Marağa şəhərində Cağatu adlı yerə toplaşdılar və daha sonra moğol adətinə uyğun olaraq kimin xan seçilməsi üçün qurultay keçirdilər. Qurultayın qərarına əsasən özündən əvvəlki Elxani hökmdarlarından fərqli olaraq İslam dini inancına sahib olan, Hülakü xanın Kutuy xatundan olan yeddinci oğlu Təkudar xan Sultan titulu və Əhməd adını qəbul edərək 1282-ci ilin mayın 6-da Aladağda Elxani hökmdarı oldu. == Hökmdarlığı == === Daxili siyasəti === Hakimiyyət əsasən xanın anası Kutuy xatun və əmir Aşiqin əlində toplanmışdı. İslamı dövlət dini elan etmiş Sultan Əhməd yeni dinin qaydalarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməyə başlayır. Belə ki, onun ilk tədbirlərindən biri hələ Hülakü və Abaqa xan zamanında baş vəzir olan və rəqibi Məcüdülmülk tərəfindən Abaqa xanı zəhərləməkdə, Misir məmlükləri ilə gizli anlaşmada və dövlət əmlakını mənimsəməkdə ittiham edilən əqidəcə müsəlman olan Şəmsəddin Cüveyni və qardaşı məşhur tarixçi Ata Məlik Cüveyniyə bəraət verməsi oldu. Əhməd xan həmçinin Şəmsəddin Cüveynini əvvəlki kimi sahibdivan vəzifəsinə təyin edərək, qardaşı Ata Məlik Cüveyniyə də, Bağdadın valisi vəzifəsini verdi. Bununla kifayətlənməyən sultan onların rəqibi Məcüdülmülkü isə Arqun xanla gizli ittifaqda günahlandıraraq edam edilməsi haqqında yarlıq verdi. Bundan əlavə, Sultan Əhməd köməkçisi Şeyx Əbdürrəhmanın rəhbərliyi ilə imam və üləmaya, dini ibadət yerlərinə vəqflər təyin edərək, müqəddəs yerlər olan Məkkə və Mədinəyə zəvvarların həcc mərasimini təhlükəsiz və rahat şəkildə həyata keçirliməsi üçün şərait yaratdı.
Əvəz Mahmud Lələdağ
Əvəz Cəlal oğlu Mahmudov (29 oktyabr 1935, Ağdü, Qarakilsə rayonu) – Azərbaycanlı pedaqoq, şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, "Tərəqqi" medalı laureatı. == Həyatı və fəaliyyəti == Əvəz Mahmudov 1935-ci ildə Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. İbtidai təhsilini Ağdü kənd orta məktəbində almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsinə daxil olmuşdur. Ali məktəbdə təhsil aldığı müddətdə komsomol təşkilat katibi vəzifəsində çalışmışdır. Təhsilini başa vurduqdan sonra öz doğma kəndində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildən Sumqayıt şəhərində yaşayır. Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li,25- №-li məktəblərdə direktor vəzifəsində çalışmışdır. 1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi [1], AİB və Azərbaycan Aşıqlar birliyinin [2] üzvüdür. Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı olmuş, 1993-cü ildən YAP idarə heyətinin üzvüdür.
Yekdar
Yekdar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yekdar oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin adı Rustov kəndinin keçmiş məhəllələrindən birinin adından yaranmışdır. Kəndin əhalisi isə XVII əsrin axırlarında Xızı mahalının Kovxan kəndindən çıxmış ailələr olmuşlar. Məhəllənin əsasını Kəlbi oğlu Süleyman qoymuşdur. Onun adı ilə kənd əhalisi hazırda süleymanlar da adlanır. Oykonim tat dilindəki yek (bir) və dar (böyük ev, yurd) sözlərindən ibarət olub, “bir yurd” deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 182 nəfər əhali yaşayır.