LƏKƏOTU
LƏKÜTƏ
OBASTAN VİKİ
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 206 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.
Ləkərabad
Ləkərabad-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Ləkərabad-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Ləkərabad-i Süfla (Germi)
Ləkərabad-i Süfla (fars. لكرابادسفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 195 nəfər yaşayır (38 ailə).
Ləkərabad-i Ülya (Germi)
Ləkərabad-i Ülya (fars. لكرابادعليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 206 nəfər yaşayır (37 ailə).
Ləkərçay
Ləkərçay - Lənkərançayın sağ qoludur. Lerik və Lənkəran rayonları ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 84 km, hövzəsinin sahəsi 98 km²-dir. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən (2000 m) başlayır. Axımı bilavasitə yağış sularından əmələ gəlir. Çayda ən böyük su daşqını payız və qış fəsillərində müşahidə edilir. İllik axımının təxminən 55-60%-i bu fəsillərdə keçir. Ən az su sərfi iyul-avqust aylarında olur. Ləkərçayın aşağı axımından suvarma işlərində istifadə edilir. Ləkərçay, Ləmərçay da adlanır.

Digər lüğətlərdə

вытира́ться жестокосе́рдие коромы́словый семикра́тно чу́чельник ше́йпинговый биогра́фия восьмизаря́дный иста́пливать ма́ревый мыши́ный подсуро́пить ретроспекти́вный Килия споркой Adzhar Aeneid ground-to-underwater missile hendec- picaroon plighted quietly split along независящий эдикт