Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Qələmə qovağı
Ümmü Sələmə
Hind, Əbi Üməyyə Məxzumi qızı ləqəbi Ümmü Sələmə(ər:أم سلمة) olan islam peyğəmbərinin (s.a.s) zövcəsi. Ümmü sələmə alim birisi idi elə ki dini və Əhli-Beyti yaxşı tanıması üçün çoxlu kitablar oxuyub və hər sözü rahatlıqla təsdiqləməzdi. Buna görə də toplum arasında(قاریةالکتب) çox kitab oxuyan adı ilə məşhur olmuşdur. == Yaşayışı == Ümmü Sələmə və ilk əri Əbdüllah ibni Əbdüləsəd ilk müsəlmanlardan idi. Əri Uhud döyüşündə öləndən sonra peyğəmbərin xanımı oldu. Onun adı Əhli beytə görə hədislər nəql etdiyi üçün müsəlmanlar arasında məşhur olmuşdur. Bunun səbəbi də Fatimə binti Əsəd (Əlinin anası) vəfat etdikdən sonra Məhəmməd onu Fatimənin himayəçiliyinə verdi.
Sələmə ibn əl-Əkva
Sələmə ibn əl-Əkva (ərəb. سَلَمَة بن الأكْوَع‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun tam adı Sələmə ibn əl-Əkva əl-Əsləmidir. O, görkəmli hədis ravilərindəndir. O, əla idmançı və çox sürətli qaçışı ilə tanınır və onun atdan daha sürətli qaça bildiyi və qışqırmasının 5 mil məsafədən eşidildiyi deyilirdi. Məhəmmədin dövründə o, "Zu Qarad hərbi ekspedisiyası"nın komandiri idi.
Telemea
Telemea pendiri-Telemea ənənəvi olaraq qoyun südündan hazırlanmış Rumıniya pendirinin adıdır. İndiyə qədər termin inək südündən hazırlanmış pendir, bəzi hallarda isə keçi və ya camış südünündən hazırlanır. == Etimologiyası == Rumın dilində Telemean adı "yuvarlanmış" mənasını verir ki bu da türk termini olub teleme sözündən götürülmüşdür. == Təsviri == Yunan pendiri Feta'a oxşar olub, Telemea yüksək miqdarda sudan ibarət olmaqla yumşaq quruluşa malik , krem tərkibli və ağızda qalan dada malik pendir növüdür. Alternativ olaraq, pendir daha qarışıq, daha ətirli və duzlu hala gətirən yaşlanma prosesindən keçirilir. Cirə toxumları bəzən ədviyyatlı, ceviz ləzzəti vermək üçün əlavə olunur. Bu pendir qəlyanaltılar, salatlar və müxtəlif yeməklər (məsələn, omlet, blinçik, piroq) üçün masa pendiri kimi istifadə olunur. == İstehsalat == Telemea pendiri hazırlanarkən, südə pendir mayası əlavə edib çürüdülür. Ən çox inək və qoyun südü istifadə olunur, keçi və inək südündən hazırlandıqda isə daha zərif olur. Nəticədə çürümüş süd süzgəcdən keçirilir və xüsusi pendir qablarında saxlanılır, gecə boyu sıxılır, sonra kvadrat hissələrə bölünür.
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
İbrahim Lələyev
İbrahim Həzrətqulu oğlu Lələyev (25 avqust 1996; Masallı rayonu, Azərbaycan — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbrahim Lələyev 1996-cı il avqustun 25-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub. 2002-2014-cü illərdə E. Ağayev adına Hışgədərə kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == İbrahim Lələyev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Lələyev oktyabrın 10da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Vətən uğrunda" "Cəbrayıl uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.