Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lake Malawi
Lake Malawi — 2013-cü ildə Çexiyada qurulmuş indi pop qrupu. Qrup vokalist, gitaraçı və keybordist Albert Çerni, bassist və keybordist Yeronim Şubrt və barabançı Antonin Hrabaldan təşkil olunmuşdur. Lake Malawi Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra yaradılmışdır. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu, 2017-ci ildə isə Surrounded by Light adlı debüt studio albomu buraxılmışdır. Lake Malawi qrupu Çexiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Yaranma tarixi == Lake Malawi qrupun vokalisti Albert Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra 2013-cü ilin sentyabr ayında qurulmuşdur. Qrupun adı Bon Iver qrupunun "Calgary" mahnısından ilhamlanaraq, qoyulmuşdur. 2014-cü ildə qrupun debüt sinqlı "Always June" təqdim olunmuşdur. Həmin ildə Lake Malawi Çexiyanın Colours of Ostrava, Rock for People festivallarında və Böyük Britaniyada isə The Great Escape Festivalında çıxış etmişdir. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu buraxılmışdır.
Veronica Lake
Veronika Leyk (ing. Veronica Lake; əsl adı ing. Constance Frances Marie Ockelman; d. 14 noyabr 1922, Nyu-York, ABŞ - ö. 7 iyul 1973, Vermont, ABŞ) — ABŞ aktrisası. == Həyatı == Veronika Leyk 14 noyabr 1922-ci ildə Nyu-Yorkda anadan olmuşdur. O əvvəlcə tibb sahəsinə maraq göstərsə də soradan aktrisa olmaq qərarına gəlir. Onun ilk rolu ciddi tənqid olunsa da, qeyri-adi saç düzümü ilə özünə diqqət çəmişdir. Aktrisa kimi ilk uğurlu işi This Gun For Hire filmi olmuşdur. Digər uğurlu filmləri arasında Sullivan's Travels, I Married A Witch və The Glass Key filmlərini qeyd etmək olar.
Anton Szandor Lavey
Anton Szandor LaVey (ing. Howard Stanton Levey; 11 aprel 1930[…], Çikaqo, İllinoys – 29 oktyabr 1997[…], San-Fransisko, Kaliforniya) — Satanizmə yeniliklər gətirmiş, Şeytan kilsəsinin və La-Veya satanizminin yaradıcısı olan amerikalı okkultist yazıçı.LaVey, əslən Macardır. 11 aprel 1930-cu ildə Çikaqoda dünyaya gəlmişdir. Kiçik yaşlarında musiqiyə qarşı olan heyranlığı nəticəsində 15 yaşında musiqi sahəsində istədiyi bir çox şeyi reallaşdırmağı bacarmışdı. Lakin 20 yaşına çatan LaVey, musiqidən imtina edərək, sirkə qoşulmuşdur. Qəfəsdə saxlanılan heyvanlara nəzarət edərək işə başlayan LaVey, bir müddət sonra pələnglərlə şoular göstərməyə başlamışdır. Lakin bir müddət sonra şou zamanı aldığı xəsarət səbəbindən peşəsini dəyişdirmək məcburiyyətində qaldı. Bir neçə il sonra isə morqlarda polis-fotoqraf olaraq işləməyə başladı. LaVey bir müsahibəsində fəlsəfi düşüncəsinin formalaşmasında morqda işlədiyi zamanın da təsirinin olduğunu vurğulamışdır. Nəhayət 1966-cı ildə hərəkətə keçən LaVey, şeytan kilsəsini yaratdı və həm bu kilsə, həm də yazdığı kitablar vasitəsi ilə satanizm fəlsəfəsini cəmiyyətdə yaymağa çalışdı.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Alkoy
Alkoy (isp. Alcoy) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 129,86 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 61417 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 60 km uzaqlıqda yerləşir.
Baken
Baken (nid. baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir. == Həmçinin bax == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Baker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
Bakeu
Bakeu (rum. Bacău; alm. Bakau‎; mac. Bákó; lat. Bacovia) - Rumıniyadakı Bakeu judetsinin mərkəz şəhəridir. 2016-cı ildəki 196,883 nəfərlik əhalisi ilə Rumıniyanın ən böyük 12-ci şəhəridir. == Əhalisi == === Etnik tərkibi === Rumınlar: 97.93% Qaraçılar: 0.92% Macarlar: 0.09% Yəhudilər: 0.03% Digərləri: 0.34% == İstinadlar == == Mənbə == Benda, Kálmán (2002). The Hungarians of Moldavia (Csángós) in the 16th–17th Centuries. In: Diószegi, László (2002); Hungarian Csángós in Moldavia: Essays on the Past and Present of the Hungarian Csángós in Moldavia; Teleki László Foundation - Pro Minoritate Foundation; ISBN 963-85774-4-4. Dobre, Claudia Florentina (2009).
Blakely
Vilyam Faris Blekli (ing. William Faris Blakely; 1875[…] – 1 sentyabr 1941) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Faris Blekli evkaliptlər üzrə aparıcı mütəxəssis olmuşdur. == Əsərləri == Blakely, W.F. A key to the eucalypts. — Sydney, 1934. — 339 p. == Şərəfinə adlandırılmış taksonlar == Acacia blakelyi Maiden, 1917 Derwentia blakelyi B.G.Briggs & Ehrend., 1992 [≡ Veronica blakelyi (B.G.Briggs & Ehrend.) B.G.Briggs, 2007] Eucalyptus blakelyi Maiden, 1917 Micromyrtus blakelyi J.W.Green, 1983 Pultenaea blakelyi Joy Thomps., 1958 == İstinadlar == == Ədəbiyyat == Hall, N. Botanists of the Eucalypts 21. — 1978. Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed.
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur.Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur.Faker League of Legends Dünya Çempionatını 3 dəfə qazanan iki oyunçudan biridir (2013, 2015, 2016). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır. Faker indiyə kimi turnirlərdən 1,254,240.23 ABŞ dolları qazanmışdır və bu, onu ən çox gəlir əldə edən 64-cü e-idmançı edir. Dünya çempionatlarında qalib gəldiyi üçün oyunda ona aid 3 kostyum var: SKT T1 Zed (2013), SKT T1 Rayz (2015), SKT T1 Sindra (2016).
Haker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Kakuy
Kakuy-i Sülfa (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kakuy-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Lakiya
Lakiya (həmçinin Lakistan; Lak: Lak, Lakral kanu, Lakku bilayat, Lakkuy) — Şərqi Avropada, Şimali Qafqazda, Dağıstandakı Lakların etnik ərazisinin adıdır. Kumux, Laki və Kulinskiy bölgələrindən ibarət Lakiyanın əsas tarixi, mədəni, mənəvi və siyasi mərkəzidir. == Ərazisi == === Coğrafi mövqeyi === Lakiya şimalda və qərbdə Avariya ilə, şərqdə Darqo, cənubda isə Aqul və Rutul ilə həmsərhəddir. Qafqazın o biri tərəfində Gürcüstan və Azərbaycandır (tarixi Tsaxur krallığı da daxil olmaqla). Lakiya, ucları şimalda, bazası cənubda olan bir az yuvarlaq tərəfləri olan üçbucaqdır. Bu üçbucağın zirvəsi Tsudaxar dərəsidir. Bu üçbucağın tərəfləri Qafqaz dağlarının eninə silsilələridir. Şərq tərəfinə Karinsko-Kundi dağları, Əli dağı, Şunudağ və Kulinsko-Xosrex silsiləsi daxildir. Yaylağın qərb tərəfinə Turçidağ, Şalı silsiləsi və Arçavar silsiləsi daxildir. Rus generalı və tarixçisi Komarov(1869) yazırdı: “Lak ölkəsi, Gümükün əsas kəndindən beş kilometr aşağıda bağlı olan bir çox kanyonlardan ibarətdir; Samur vadisindən yüksək bir silsilə ilə ayrılır.
Lamer
Lamer (en. lamer) – (slenq) kompüter texnologiyalarından o qədər də yaxşı baş çıxarmayan istifadəçi ("lame" ingilis dilində "axsaq", "şikəst" deməkdir). Peşəkar kompüterçi haqqında işlədildiyindən, bu termin təhqiredicidir. Tez-tez bu sözdən "haker", "kompüter qurusu" anlayışlarına qarşılıq kimi istifadə olunur. Rus dilində çox zaman "lamer" sözünün əvəzinə, "təcrübəsiz adam" mənasını verən "çaynik" sözü işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Laser
Dağrazyanası (lat. Laser Borkh.) == Dərman bitkisi kimi istifadə olunan növləri == Üçdilim dağrazyanası (lat.
Alakay (İşembay)
Alakay (başq. Алаҡай, rus. Алакаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Skvorçixa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 12 km, kənd sovetliyindən (Skvorçixa): 20 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 6 km.
Alley-op
Alley-op (ing. Alley-oop, — asma, paraşüt) — basketbolun hücüm elementlərindən biri. Alley-op zamanı hücumçulardan biri topu asma olaraq səbətə doğru atır, digər oyunçu isə tullanaraq topu göydə tutur və yerə enmədən səbətə salır. Bu həm də yuxarıdan atış hesab olunur (slem-dank). Ilk alley-op 1960-cı illərə təsadüf edir. Məhs bu oyun elementinin ilk dəfə həyata keçirən El Taker və onun qardaşı Cerald olmuşdur. Onlar Oklahoma Babtist Universitetinin komandasında iştirak edirdilər. NBA-da alley-opu oyunçular 1990-cı illərdən sonra müntəzəm istifadə etməyə başladılar. Müasir dövrdə alley-op basketbolun ən populyar elementlərindən biri hesab olunur. Alley-op zamanı topu ötürən «oynayan müdafiəçi» , topu qəbul edən isə ön xətdə olan uca boylu hücumçu olur.
Anne Haney
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Bacey Darxan
Bacey — XVI əsrdə Yakutiyanın Xanqalas ulusunda yaşamışdır. Müstəqil Yakutiya toyonlarının sülaləsini başlatmışdır. Bacey özünə Tüsülge Darxan titulunu seçmişdi. == Həyatı == Həyatı haqqında çox şey bilinmir. Bacey toyon yakut xalqının əfsanəvi qəhrəmanlarından biri hesab olunur. Yerli inanca görə o çox varlı biri olmuşdur. == Ailəsi və ölümü == 4 həyat yoldaşı və 2 oğlu olduğu məlumdur. Oğulları: Munnan Darxan MoldoqorXVI əsrdə Bacey Darxan tunquslarla müharibə zamanı öldürülmüşdür.
Baker & McKenzie
Baker & McKenzie (azərb. Beyker və Makenzi‎) — 1949-cu ildə Çikaqoda hüquqşünaslar Rassel Beyker (ing. Russell Baker) və Con Makenzi (ing. John McKenzie) tərəfindən təsis edilmiş beynəlxalq hüquq şirkətidir. Şirkətin 47 ölkədə yerləşən 77 ofisində 4 100-dən artıq hüquqşünas çalışır.Transmilli qurum olduğundan, şirkətin fəaliyyəti yalnız ABŞ bazarında iştirakla məhdudlaşmır, hüquqşünasların 80%-dan çoxu ABŞ xaricində çalışır. 60 ölkədən və 75 dildə danışan hüquqşünas hazırda şirkətin əməkdaşıdır. 2016-cı ildə şirkətin dövriyyəsi 2,62 milyard ABŞ dolları təşkil etmişdir. Firma hüquq şirkətləri arasında dövriyyəyə görə dünyada ən iri şirkət elan edilmişdir.
Bakeu (dəqiqləşdirmə)
Bakeu — Rumıniyada şəhər
Bakeu (judets)
Bakeu judetsi (rum. Judeţul Bacău) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 719 844 nəfər təşkil , əhalinin sıxlığı — 108,72 nəf./km². === Əhalinin dinamikası === === Milli tərkibi === 2002-ci ilə əsasən: == İnzibati bölgüsü == Judetsə 3 bələdiyyə, 5 şəhər və 85 kommuna daxildir.
Bidens blakei
Bidens blakei (lat. Bidens blakei) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Asparuh Latev
Asparuh Latev (12 avqust 1985) — Bolqarıstanlı oxatan. Asparuh Latev Bolqarıstanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Asparuh Latev birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 169-cu yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Armin Laşet
Armin Laşet (alm. Armin Laschet‎; 18 fevral 1961[…], Aaxen) — Almaniya siyasətçisi, 16 yanvar 2021-ci il tarixindən Almaniya Xristian Demokrat İttifaqının sədri, Şimali Reyn-Vestfaliya torpağının baş naziri (2017-ci ildən). == Həyatı == 18 yaşında Armin Laşet Almaniya Xristian Demokrat İttifaqına üzv olur. 1981-ci ildə doğma şəhəri Axendə orta məktəbi bitirərək Münhen və Bonn universitetlərində hüquq elmini öyrənir. 1986-cı ildə mətbuatda fəaliyyətə başlayır. Bavariya televiziyası Bayerisches Fernsehen xəbərlər redaksiyasının Bonn müxbiri olur. 1987-ci ildə Laşet ilk dövlət hüquq imtahanını verir. Dörd ildən sonra o KirchenZeitung Aachen qəzetinin baş redaktoru olur, 1995-ci ildən 1999-cu ilədək Einhard-Verlag nəşriyyatına rəhbərlik edir. == Siyasi mövqeyi == Armin Laşet Rusiyadan Almaniyaya gələn təhdidlərin aydın şəkildə ifadə olunmasının geniş əməkdaşlıq perspektivlərini istisna etmədiyini bildirmişdir. "Deutsche Welle" (DW) nəşrinə verdiyi müsahibədə o, Almaniyanın Rusiya siyasətinin ümumi Avropanın Rusiya siyasətinin bir tərkib hissəsi olduğunu açıq şəkildə ifadə etmişdir.
Blake Clark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.