LİSÉY

[ yun. Lykeion – Afinanın yaxınlığında Likeyli Apollon məbədinin bağçasındakı məktəbin adından]
1. 1917-ci il inqilabından qabaq Rusiyada: zadəgan oğlanları üçün imtiyazlı qapalı orta və ya ali məktəb.
2. Orta məktəb.

Etimologiya

  • LİSEY Yunanıstanda Apollon Likeysk məbədi yanında mənzərəli bir yaşıllıq yerin adı olub, Aristotel burada dərs keçirmiş
LİSÉNZİYA
LİTER
OBASTAN VİKİ
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Cəmşid Naxçıvanski adına Hərbi Lisey
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adına hərbi lisey.24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Hərbi liseyin məzunları Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C.Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır.5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tarixi == Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı. Lakin onlar əsasən xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərilirdilər. Yalnız II Dünya müharibəsi illərində canlı qüvvəyə olan ehtiyac səbəbindən SSRİ-nin bütün müsəlman xalqları kimi azərbaycanlıların da ön cəbhəyə göndərilməsinə icazə verildi. 1971-ci ildə SSRİ-də hərbi təmayüllü iki internat məktəbi vardı: Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər.
Heydər Əliyev adına Hərbi Lisey
Heydər Əliyev adına Hərbi Lisey (1998-2004-cü illərdə: C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı) — Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı.5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Hələ Sovetlər İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin prioritetidir.1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ümummilli Lider bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: == Tarixi == Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. == Tədris == Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində qabiliyyətlərini inkişaf etdirirlər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2008-2009-cu dərs ilində “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, dəfələrlə Naxçıvan MR Ali Məclisi Sədrinin təşəkkürünü almışdır. Qısa tarix ərzində liseyi 5 kursant qızıl, 5 kursant gümüş, 12 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir.
Bakı şəhəri 6 nömrəli məktəb-lisey
6 nömrəli məktəb-lisey — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Nailiyyətləri == 2008 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi. 2013— "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi 2018— "Təhsildə inkişaf və innovasiyalar üzrə" II qrant müsabiqəsinin qalibi 2019 — "Təhsildə inkişaf və innovasiyalar üzrə" III qrant müsabiqəsinin qalibi == Məzunları == == Şəhid məzunları == Eldar Abdulla oğlu Tağızadə - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. == Tarixi == İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. == Haqqında == Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
Zərifə Əliyeva adına lisey
Akademik Zərifə Əliyeva adına lisey — Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən tam orta məktəb. == Tarixi == Lisey Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə görkəmli oftomoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək liseyin maddi-texniki bazası ilə tanış olmuş və haqqında xoş fikirlər söyləmişdir. İlk dəfə 2008–2009-cu tədris ilində fəaliyyətə başlayan liseydə IX–X siniflərdə təhsil alacaq 700 nəfərə yaxın şagird müsabiqə və imtahanlardan keçmişdir. == Fəaliyyət prinsipləri == Siniflərin təmayüllər üzrə komplektləşməsi, şagirdlərin maraq göstərdikləri elmi daha dərindən mənimsənilməsinə xidmət edən liseydə fundamental və tətbiqi biliklərin tədrisi, bilik yarışlarının keçirilməsi, ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, xaricdə və respublikanın nüfuzlu ali məktəblərində təhsili əsas proritet məsələlərdən hesab olunur. Liseyin pedaqoji kollektivi öz işində şagirdlərə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur. 2009-cu ildən lisey Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə qoşulub. Liseydə müəllimlər şagirdlərdən yüksək nailiyyətlər gözləyir və o istiqamətdə işlərini qururlar. Müəllimlər şagirdlərin düşünmə qabiliyyətini dərinləşdirən tapşırıqlar tərtib edir və mütəmadi olaraq formativ qiymətləndirmə həyata keçirirlər. Qiymətləndirmə şagirdlərin faktları əzbərləməsini və əlaqəsiz tapşırıqların yerinə yetirilməsini deyil, qavramanı və dərk etməni yoxlamaq məqsədi daşıyır.
20 nömrəli məktəb-lisey
Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Haqqında == Parlament prospekti 7/11 ünvanında yerləşən A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin əsası 1958-ci ildə qoyulmuşdur. O vaxt məktəb 1 korpusdan ibarət olmuş, 1000 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 1988-ci ildə məktəbin daha 3 korpusu tikilib istifadəyə verilmişdir. 2007-ci ildə dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə məktəb əsaslı təmir edilmişdir. Məktəbə 1994-cü ildə lisey adı verilmişdir. 2012-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə məhz 20 nömrəli məktəb-liseyin şagirdlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məktəbin qarşısında yeraltı keçid inşa edilmişdir. 2010–2011-ci tədris ilində məktəbi bir məzun – Quliyeva Fəridə Rauf qızı Qızıl medalla bitirmişdir. 2008–2013-cü illərdə 20 nömrəli tam orta məktəb-lisey 2 dəfə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbdə 3 Əməkdar müəllim, 1 "Tərəqqi" medalına, 2 "Qabaqcıl təhsil işçisi" medaına layiq görülmüş müəllimlər çalışır.
Lisey № 13 (Rostov-na-Donu)
Lisey № 13 — Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında, ev 1 ünvanında yerləşən təhsil ocağı. Bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. Binada ilk əvvəllər Naxçıvan-na-Donuda yerləşir və Yekaterina Qızlar gimnaziyası adlanırdı. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donuda qızlar gimnaziyası yaradılmışdı. Gimnaziya şəhərin əsasını qoyan imperatriça II Yekatrinanın şərəfinəadlandırılmışdır. Gimnaziya üçün bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. İlk əvvəllr binanın iki mərtəbəsi mövcud idi. Yekatrina qızlar gimnaziyası şəhərin ən elit təhsil ocağı sayılırdı. Burada din, fransız dili, rus dili, coğrafiya, tarix, tikiş, rəssamlıq öyrədilirdi.
Abşeron Ceyranbatan Peşə Liseyi
Azərbaycan Dövlət Dəmir Yolu Liseyi
Azərbaycan Dövlət Dəmir Yolu Liseyi — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ilk peşə-ixtisas təhsili müəssisəsi == Tarixi == Dövlət Dəmir Yolu Liseyinin tarixi 1923-cü ildən başlayır. Belə ki, bu təhsil ocağı həmin ildən fabrik-zavod məktəbi kimi fəaliyyətə başlamışdır. 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarına əsasən 2 nömrəli Bakı Peşə Məktəbi ilə birləşdirilmiş və onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. == Fəaliyyəti == 1969-cu ildən burada şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb. 1969-cu ildən bu günə kimi liseydə "elektrovozun maşinist köməkçisi", "teplovozun maşinist köməkçisi", "dəmiryol stansiya növbətçisi", "sərnişin vaqonlarının bələdçisi", "bilet (yük) kassiri", "yük və baqaj qəbul-təhvilçisi", "metropoliten elektrik qatarlarının maşinist köməkçisi" ixtisasları üzrə 40 minə yaxın ixtisaslı kadr hazırlanıb. 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyinin nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə eyni zamanda orta ümumi təhsil məktəbinin fəaliyyət göstərməsinə icazə verilib. Ötən illər ərzində liseyin nəzdindəki orta məktəb uğurlu nəticələri ilə tanınıb. Hazırda tam orta məktəbdə 300-dən çox şagird təhsil alır. Hər il məzunların təxminən 50 faizi müxtəlif ali məktəblərə qəbul olunur.
Ağdaş Özəl Türk Liseyi
Bakı Avropa Liseyi
Bakı Avropa Liseyi — Lisey XX əsrin sonlarında — 1991-ci ildə BDU-nun nəzdində fəaliyyət göstərən "Yaradıcı istedad" Elmi Praktik Mərkəzin və QHT olan "İstedad" Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı nəticəsində yaranan liseyin 19 buraxılışı olub. == Haqqında == Assosiasiya və elmi mərkəz xüsusi işlənib hazırlanmış proqram üzrə respublikanın hər tərəfində istedadlı uşaqlar axtarıb tapır, müxtəlif olimpiadalar, yay-düşərgə məktəbləri təşkil edirdi. Burada uşaqlarla işləmək üçün Azərbaycan Milli Elmlər Akademiyasından, ali təhsil ocaqlarından və xaricdən mütəxəssislər cəlb olunurdu. Digər ölkələrin analoji təşkilatları ilə əlaqələr yaranır, psixoloji, pedaqoji, sosioloji tədqiqatlar aparılır, incəsənət və elm xadimləri ilə görüşlər keçirilirdi. Beləliklə, Avropa məktəblərinin təcrübəsini özündə əks etdirən və Azərbaycanın mövcud şəraitinə uyğunlaşdırılmış "Avropa məktəbi" pedaqoji modeli qurulur. Yüksək yenilikci və intellektual potensiala malik olan uşaqlar aşkar edilir və sonrakı tədrisin unikal sistemi qurulur. Böyük hazırlıq işləri görüldükdən sonra 1991-ci il sentyabr ayından yalnız üç — VIII, IX və X siniflərdən ibarət lisey fəaliyyətə başlayır. 1994-cü ildə rəsmi status alan Bakı Avropa Liseyi 1993–1994-cü tədris ilindən öz şagirdlərini I sinifdən formalaşdırmağa başlayır və bir tədris müəssisəsi kimi uğurla addımlayır. Şəxsiyyətin azad inkişafı, düşüncəli, yaradıcı, hazır və bacarıqlı şəxsiyyətin əmələ gəlməsi üçün şərait quran təhsil ocağına çevrilir. == Məqsədi və vəzifələri' == Liseyin əsas məqsədi Avropa və Şimali Amerikanın təhsil sistemi və təlim prosesinə inteqrasiya olmaqdır.
Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyi
Gənc İstedadlar liseyi — Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən liseydir. == Haqqında == Bakı Dövlət Universitetinin nəzdində 2007-ci ildən fəaliyyət göstərir. "Ümumi Təhsil Mərkəzi-XXI əsr" və Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksi ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. == Nailiyyətləri == 2013 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi.
Bakı Fransız Liseyi
Bakı Fransız Liseyi — Bakıda, "Ağ Şəhər" adlanan ərazidə yerləşən təhsil müəssisəsi. == Tarixi == === Təməlinin qoyulması === Liseyin təməli 2011-ci ilin 7 oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında" Sazişə əsasən qoyulmuşdur. Sazişi elə həmin gün Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə Xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzalamışlar.Liseyin yaradılmasına Heydər Əliyev Fondu da dəstək vermişdir. Liseyin yaradılmasının əsas məqsədi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaratmaqdır.11 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və bu ölkədə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar. === Açılışı === Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olmuşdur. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. == Maddi-texniki bazası == Liseyin binası 320 yerlikdir. Bakının "Ağ Şəhər" adlanan ərazisindəki Paris məhəlləsində inşa olunan bu təhsil müəssisəsinin 2014-cü ilin may ayının 11-nə kimi tikintisi üzrə işlərin mühüm hissəsi başa çatmışdır və qalan işlərin isə 2014-cü ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulmuşdur.Müasir memarlıq quruluşu ilə diqqət çəkən liseyin binası yüksək səviyyədə inşa olunub. Sahəsi 14 min kvadratmetrdir. Burada təlim-tədris üçün bütün şərait yaradılıb.
Bakı Özəl Türk Liseyi
Bakı Özəl Türk Liseyi — 1992-2014-cü illərdə Bakı şəhərində fəaliyyət göstərmiş özəl təhsil müəssisəsi. == Tarixi == Azərbaycanda Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumlarının fəaliyyəti 1992-ci ilin dekabrında Naxçıvanda başlamışdır. Ardınca Bakıda və Sumqayıtda müştərək məktəblə açılması məqsədi ilə 4 sentyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə niyyət protokolu imzalanmışdır. Həmin ilin payızına doğru məktəblər təsis edilmiş və Bakıda ayrılmış binanın təmiri və avadanlıqlarla təchizatı başa çatdırılmışdır. Beləliklə, 6-cı və 8-ci siniflərə 84 şagird qəbul edən liseydə təlim-tədrisə start verilmişdir. == Fəaliyyəti == Lisey fəaliyyəti dövründə 6-cı sinifdən imtahan yolu ilə şagirdlər qəbul etmişdir. Ümumən, sözügedən təhsil müəssisəsi məzunlarının yerli və xarici ali məktəblərə yüksək qəbul əmsalı, habelə şagirdlərinin beynəlxalq olimpiadalardakı yüksək nəticələri səbəbindən zaman-zaman dövri mətbuatda Azərbaycanda fəaliyyət göstərən ən nüfuzlu orta ümumtəhsil müəssisəsi kimi göstərilmişdir.2014-cü ilin iyun ayında Bakı Özəl Türk Liseyi fəaliyyətini dayandırıb.
Biləsuvar Peşə Liseyi
Bərdə Peşə Liseyi
C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı
Heydər Əliyev adına Hərbi Lisey (1998-2004-cü illərdə: C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı) — Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı.5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Hələ Sovetlər İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin prioritetidir.1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ümummilli Lider bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: == Tarixi == Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. == Tədris == Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində qabiliyyətlərini inkişaf etdirirlər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2008-2009-cu dərs ilində “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, dəfələrlə Naxçıvan MR Ali Məclisi Sədrinin təşəkkürünü almışdır. Qısa tarix ərzində liseyi 5 kursant qızıl, 5 kursant gümüş, 12 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir.
Dədə Qorqud Özəl Türk Liseyi
Dədə Qorqud Özəl Türk Liseyi — Bakıda Azərbaycan-Türkiyə özəl liseyi. 1993-cu ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində Sumqayıt özəl texniki liseyi kimi tədrisə başlayan lisey 1999-cu ildən Bakı şəhərində özəl ümumtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. 1997-ci ildən etibarən liseyi bitirmiş 353 məzunun 98,3 %-i ali məktəblərə qəbul olunmuşdur. Universitetlərə qəbul imtahanlarında yüksək nailiyyətə gorə Nizami rayonu üzrə reytinq cədvəlinə başçılıq edən liseyin məzunlarından 32-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, həmcinin 1999-cu ilin 5-ci qrup birincisi və 689 balla 2006-cı ilin 1-ci qrup üzrə birincisi məhz bu liseyin məzunları olmuşlar. Liseyin indiyədək yetişdirdiyi 353 məzununun sorağı Moskvadan və İstanbuldan, Londondan və Berlindən, Parisdən və Nyu-Yorkdan gəlir. Onlar məktəb sıraları arxasında qazandıqları bilik və bacarıqlarını dünyanın ən məşhur universitetlərində davam etdirir, məzun olanlar istehsal sahələrində, təhsilini davam etdirənlər yüksək təhsil gostəriciləri ilə vətənə xidmət edirlər. 2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Dədə Qorqud Özəl Türk Liseyi bağlanıb.
Göyçay Peşə Liseyi
Gədəbəy Peşə Liseyi
Gənc istedadlar liseyi
Gənc İstedadlar liseyi — Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən liseydir. == Haqqında == Bakı Dövlət Universitetinin nəzdində 2007-ci ildən fəaliyyət göstərir. "Ümumi Təhsil Mərkəzi-XXI əsr" və Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksi ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. == Nailiyyətləri == 2013 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi.
Gəncə Özəl Türk Liseyi
Hədəf liseyi
Hədəf liseyi — "Hədəf Kursları" MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEAM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək" prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir.STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları, təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında "mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki" olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Hədəf Şirkətlər Qrupunun Hədəf liseyi, Hədəf kursları, Hədəf nəşrləri, Hədəf qlobal, Hədəf multimediya mərkəzi, Hədəf İdman Klubu və b. qolları da vardır. == Yaradılması == Hədəf liseyi 2018-ci ildə Şəmil Sadiq tərəfindən təsis edilmişdir.
Kabataş Liseyi
Kabataş Liseyi — 1908-ci ildən bəri təhsil edən, Türkiyənin ən köhnə və seçmə liseylərindən biridir. Quruluşundan bəri məzunları Türkiyənin və Dünyanın bir çox ölkələrində müxtəlif sahələrdə yüksək müvəffəqiyyət qazanmışlar. Ayrıca Kabataş Liseyi tarixi boyunca bir çox məşhur Türk ədəbiyyatçılarının təhsil heyətlərində vəzifə yerinə yetirmiş olmalarıyla tanınar. Ayrıca Kabataş Liseyində bir çox məşhur film, serial və reklam çəkilmişdir. İstanbulun tarixi məktəblərindən biridir. Ana kampusu İstanbulun Ortaköy səmtində dəniz kənarında yerləşir. Milli Təhsil Nazirliyinin etdiyi Səviyyə Təyin etmə İmtahanı (SBS) nəticəsində seçim edib bu liseyi qazanan qız və kişi şagirdlər bu liseyə getməyə imkan qazanarlar. Kabataş Liseyində hələ də 900 ətraflarında lisey şagirdi oxumaqdadır. şagirdlərin 250-ə yaxın hissəsi yatışlıdır. Qız və kişi yatışlı hissələri vardır.
Kimya-biologiya təmayüllü respublika liseyi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
Kürdəmir Peşə Liseyi
Lütfi Zadə adına Texniki-humanitar lisey
Altı günlük iş rejimi ilə fəaliyyət göstərən liseydə tədris Azərbaycan və rus dillərində olmaqla iki növbəli şəkildə həyata keçirilir. Liseyə qəbul beşinci sinifədən test imtahan yolu ilə aparılır. Hazırda liseydə 47 sinifdə 1147 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 88 nəfər müəllim məşğul olur. Pedaqoji kollektiv peşəkar, müasir təhsilin nəbzini tutan müəllimlərdən ibarətdir ki, onlardan dərslik, test kitabları və metodiki vəsait müəllifləri vardır. Metodbirləşmə rəhbərləri müəllimlərin gündəlik fəaliyyətlərinin izlənməsinə nəzarət edir, onların müxtəlif mövzuda metodiki yaradıcılıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müntəzəm işlər aparır. Texniki-Humanitar lisey kollektivi peşəkar təcrübəyə əsaslanır. Tədris prosesi, maraqlı sosial fəaliyyəti birbaşa şagirdlərin düzgün gələcəklərinin təmin edilməsinə istiqamətlənmişdir. == Tarixi == Texniki-Humanitar lisey 2000-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən lisey 2015-ci ildə əsaslı şəkildə təmir olunmuşdur. == Nəaliyyətləri == 2008/2009 və 2013/2014-cü tədris illərində Texniki-Humanitar lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsində iştirak edərək qalib gəlmişdir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən mükafatlandırılmışdır.

Digər lüğətlərdə

га́мкать ежеви́ка зуди́ться кито́вый прочу́вствованность разъеда́ть совино́вность шту́рманствовать абха́зка врать выстра́чивать домино́шный ната́иваться прельсти́тельный светофи́льтровый сосуществова́ть вермие сфера Hosea playboy potwaller senior officer superlunary zoographical чинопроизводство