Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lavaka
Lavaka - (rus. лавака, ing. lavaka) rütubətli tropiklərdə suffozion- erozion mən­şəli mənfi relyef forması; günbəz­vari yüksəkliyin qabarıq yamacına, bə­zən isə platonun kənarlarına kə­sil­miş olur. Uzunluğu 150- (2 km-dək), eni 100- (300 m-dək), dərinliyi 30- olur.
Malabo
Malabo (Malabo) (1973-cü ilədək Santa-İsabel, Santa Isabel) — Ekvatorial Qvineyanın paytaxtı; Atlantik okeanında olan Bioko adasında yerləşir. Şimali Bioko əyalətinin inzibati mərkəzi. == Əhalisi == Əhali artımı — 40 min nəfər (1986), 60 065 nəfər (1994), 132 440 nəfər (2001), 187 302 nəfər (2012). == Tarixi == 1827-ci ildə ingilislər tərəfindən Port-Klarens qəsəbəsi kimi salınıb. 1843—1968-ci illərdə İspaniya Qvineyasının inzibati mərkəzi olub.
Davaro
Davaro — Kartal Tibetin rejissoru olduğu, Kamal Sunal baş rolda oynadığı 1981-ci ildə çəkilən Türkiyə filmi. == Mövzu == Almaniyaya işləməyə gedən Memo, istədiyi pulu qazanıb kəndinə dönür və nişanlısı Cano ilə evlənmək istəyir. Memonun qan davalı olduqları Sülo da həbsdən çıxaraq arvadı Ayşonun yanına gəlir. Bunu duyan Hamo, toy-düyünü durdurur və oğlu Memonun, Sülonu öldürməsini istəyir. Ancaq, Memo buna yaxşı yanaşmır. Öldürüləcəyini anlayan Sülo, Memoya bir təklif edir. Memonun onu öldürməməsi durumunda kənddən uzaqlaşacağını söyləyir. Evlənmək üçün başqa çarəsi qalmayan Memo, Sülonun planını qəbul edir və kənd meydanında Sülonu yalandan vurur. Kənd camaatı da bu nömrəyə inanır. Daha sonra dağdaki bir quldurun yanında təkrar qarşılaşan Memo və Sülo yene bir-birinə düşmənçilik edir.
Cavab
Cavab — verilən suala və ya hər hansı hadisəyə qarşı göstərilən reaksiya. Cavab həmçinin qarşıya qoyulan sual və ya məsələ ilə bağlı müvafiq olaraq verilən məlumat da ola bilər. Cavab qısa və ya dolğun ola bilər. Hesab edilir ki, cavab verilən suala adekvat olmalıdır. == Suallara cavablar == Verilən suallara cavab "hə" və ya "yox" formasında ola bilər. Bəzi hallarda susmaq da cavab forması sayılır.
Davao
Davao – Filippində şəhər. Cənubi Davao əyalətinin inzibati mərkəzi Әhalisi 1,6 mln. (2015). Mindanao adasında, Davao körfəzi sahilində port. Adanın ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq aeroport. == Tarixi == Əsası 1848-ci ildə ispanlar tərəfindən (1858-ci ilədək Nueva-Verqara adlanırdı) qoyulmuşdur. 1890-cı ildə ABŞ qoşunları tərəfindən tutulmuşdur. 19-cu əsrin sonlarına dək kiçik balıqçılıq və oduncaq ixracı mərkəzi idi. 20-ci əsrin əvvəllərindən Yaponiyadan gələnlərin mühacirət mərkəzi (hazırda Davaoda ölkənin ən böyük yapon icması mövcuddur) idi.
Laval
Laval (Mayen)
Lavaş
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və İranda geniş şəkildə yeyilir. == Sözün mənşəyi == Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
Alvaro Arbeloa
Alvaro Arbeloa (isp. Álvaro Arbeloa Coca; 17 yanvar 1983[…], Salamanka, Kastiliya və Leon) — karyerasını bitirmiş İspaniya futbolçusu.
Alvaro Morata
Alvaro Borxa Morata Martin (isp. Álvaro Borja Morata Martín, 23 oktyabr 1992, Madrid) — İtalyanın Yuventus komandası və İspaniya milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar ispan futbolçusudur. Karyerasına Real Madrid heyətində başlayan Morata 2010-cu ilin sonlarında Real Madridin əsas heyətində oynamağa başlamış, 52 rəsmi oyunda (11 qol), o cümlədən Real Madridin qalib gəldiyi 2014 Çempionlar Liqası final oyununda iştirak etmişdir. İlk mövsümündə qızıl dubl qazanan Morata 2014-cü ildə €20 milyona Yuventus klubunun heyətinə keçmişdir. 2016-cı ildə €30 milyon qarşılığında Yuventusdan Real Madrid FK-na transfer edilmişdir.Moratanın Gənclərdən ibarət İspaniya milli futbol komandasında 34 iştirakı ölkənin 2013-cü ildə Gənclərdən ibarət komandaların Avropa Futbol Çempionatında qalib gəlməsinə kömək etmişdir. Moratanın əsas milli komandada debütü 2014-cü ildə baş tutmuşdur. == Klub karyerası == === Real Madrid === Madriddə doğulmuş Morata 2008-ci ildə qonşu Getafe komandasından Real Madridə keçmiş, iki il sonra formalaşmasını tamamlayan Morata kiçik yaşlarından Real Madrid C komandasında çıxış etməyə başlamışdır. Yuvenil A-da 34 qolla nəticələnmiş uğurlu mövsümdən sonra 2010-cu ilin iyulunda Morata Real Madrid Kastiliyaya götürülmüş, ilk komanda məşqçisi Xose Maurinyo oyunçunu dörd komanda yoldaşı ilə birlikdə ABŞ turuna aparmışdır.15 avqust 2010-cu ildə Morata Alkorkon komandasına qarşı yoldaşlıq oyununda Kastiliyanın tərkibində debüt edən Morata oyunun yeganə qolunu vurmuşdur. 29 avqustda Koruxo komandasına qarşı keçirilmiş və 3–2 qələbə ilə başa çatmış oyunla Üçüncü diviziyada debüt etmiş Morata, ilk rəsmi qolunu 31 oktyabrda Alkala komandasına qarşı keçirilmiş və 1–1 hesabı ilə başa çatmış oyunda vurmuşdur.12 dekabr 2010-cu ildə La Liqa çərçivəsində Real Saraqosa komandasına qarşı keçirilmiş və Real Madridin 3–1 hesablı qələbəsi ilə başa çatmış oyunun 88-ci dəqiqəsində Anxel Di Mariyanın əvəzlənməsi ilə meydana çıxan Morata əsas komanda heyətində debütünü etmişdir. On gün sonra son dəqiqələrdə meydana çıxan Morata İspaniya Kral Kubokunda debütünü etmişdir.
Alvaro Neqredo
Alvaro Neqredo Sançez (20 avqust 1985[…], Madrid) — "Kadiz" klubunun ispaniyalı hücumçusu.
Alvaro Odriozola
Alvaro Odriozola Arsalyuz (14 dekabr 1995, San-Sebastian, Basklar ölkəsi) — Real Madrid və İspaniya millisində sağ cinah müdafiəçisi mövqeyində çıxış edən ispan peşəkar futbolçusudur. Əsasən cinah müdafiəçisi çıxış etsə də vinger kimi də oynaya bilir.
Alvaro Rekoba
Alvaro Rekoba (isp. Álvaro Alexánder Recoba Rivero 17 mart 1976[…], Montevideo) — keçmiş Uruqvay futbolçusu.
Alvaro Servantes
Alvaro Servantes (isp. Álvaro Cervantes; doğ. 12 sentyabr 1989) - İspaniyalı teatr və kino aktyoru. == Bioqrafiya == Barselona şəhərində anadan olmuş Alvaronun atası Xuan Ramon kompüter ticarəti üzrə mütəxəssis, anası Emilia isə floristdir. Məktəbdə oxuyarkən kiçik bir teatr tamaşasını oynadıqdan sonra, onda aktyorluq sənətinə böyük maraq yaranmışdı. O hələ incəsənət məktəbində təhsil alarkən, Xoakin Oristrelin rejissorluq etdiyi və ispan Televiziyası tərəfindən istehsal olunan "Nənə və yay tətili" teleserialında çəkilmişdi və bu onun aktyorluq sənətində ilk addımı idi. Ardından o təhsilini davam etdirmək üçün "Audiovizual kommunikasiyalar" fənnini öyrənməyə başladı, lakin onu tamamlaya bilmədi. 17 yaşı olarkən, Alvaro La invasion de los padres mutantes adlı qısametrajlı filmdə özünün ilk baş rolunu ifa edir; iki il sonra isə (yəni 2008-ci ildə), o Kataloniyalı kinorejissor Silvia Muntun "Bəraət" (isp. Pretextos) filmində aktrisa Laia Marull ilə birgə çəkilmişdir. Həmin ildə o həmçinin İnma Turbaunun "Asılmışın oyunu" adlı romanın katalanca ekranizasiyasında baş rolda çəkilmək üçün keçirilən yarışmada qalib gəlir və burada o Klara Laqo ilə birgə çəkilməyə başlayır.
Alvaro Vadilyo
== İstinadlar ==
Cunci Kavano
Cunci Kavano (d. 11 iyul 1945) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Demi Lovato
Demi Lovato (ing. Demetria Devonne Lovato; 20 avqust 1992, Albukerke, Nyu-Meksiko) — Amerikalı müğənni, aktrisa, bəstəkar və xeyriyyəçi. "Disney" Camp Rock "və" Camp Rock 2 filmlərində Michie Torres rolu ilə şöhrət qazanmışdır. 2008-ci ildə Hollywood Records ilə müqavilə imzalayaraq Don't Forget adlı ilk studiya albomunu çıxardı. O, həmçinin "Sanniyə imkan verin", "The Disney Kanal sıra mühüm rol oynayır. 2009-cu ildə Demi "Şahzadə mühafizə proqramı" filmində mühüm rol oynamışdır. Kiçik olanda "Barney və Dostları" serialində Angela adlı kiçik qız rolunda çıxış etmişdir.. == Həyatı və karyerası == 20 avqust 1992-ci ildə `Albuquerque`da dünyaya gələn Demi Lovato qısa bir müddət sonra Dallasa köçür. Elə 7 yaşında rol aldığı Barney & Friends serialıyla sənət həyatına addım atır və elə 7 yaşında da gözəllik müsabiqəsində 1. seçilir.
Kerri Kavano
Kerri Kavano — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Navaxo Bakboord
Navaxo Bakboord (29 yanvar 1999, Amsterdam) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Həyatı == 29 yanvar 1999-cu ildə anadan olub. == Klub karyerası == === Yonq Ayaks === Bakboord Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. İlk müqaviləsini Bakboord 26 iyun 2015-ci ildə imzalamışdır. 25 aprel 2018-ci ildə Bakboord Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Bakboord öz peşəkar karyerasında debütünü 1 dekabr 2017-ci ildə MVV Maastrixt klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2016-cı ildə Bakboord Niderlandın gənclərdən ibarət milli komandası ilə Azərbaycanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bakboord İtaliya, Serbiya, İsveç və Portuqaliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Navayo çimərliyi
Navayo çimərliyi (yun. Ναυάγιο) — Zakinf adasının (İon adaları, Yunanıstan) şimal-qərbində yerləşən çimərlik. Çimərlik İon dənizinin sahillərində yerləşir. 1980-ci illərə qədər çimərlik "Müqəddəs Georgi" adlanırdi. Bu ad dəniz səviyyəsindən 320 m yüksəklikdə olan məbədin şərəfinə adlandırılmışdır. Sonradan bu günki, adınl almışdır. Tərcümədə Gəmi qəzası anlamını verir. 1980 ildə yunan sahil polisi qacaqmalçıları təqib edirdilər. Panayotis gəmisi siqaret, içki və qadınları daşıyırdılar. Onlar Türkiyədən İtaliyaya istiqamətlənmişdilər.
Naxçıvan lavaşı
Azərbaycanın Naxçıvan bölgəsində özünəməxsus xüsusiyyətləri ilə fərqli formada hazırlanan bölgə brendinə çevrilmiş çörək növü. == Tarixi == Hələ min il, iki min il bundan öncə Azərbaycanda olan dünyaca məşhur səyyahlar, coğrafiyaşünaslar, tarixçilər bu elin, bu vətənin bütün yerlərində taxılın, çörəyin bolluğunu söyləyir, həmdə çox ucuz, demək olar ki, havayı olduğunu qeyd edirlər . Ən qədim zamanlardan çörək Azərbaycan xalqımızın süfrəsində mühüm yer tutmuşdur. Ümumi olaraq, çörək kimi bilinən bu qidanın xalq arasında müxtəlif növləri vardır. Məsələn: lavaş, dəstəna, fətr, çırpma, qalın, cad və.s. Naxçıvanda və Azərbaycanın digər bölgələrində çörək deyərkən daha çox lavaş yada düşür. Araşdırmacılar çörək ifadəsini çevirmək (sacda bişirilən zaman) sözü ilə bağlılığını qeyd edirlər. Bəlli olduğu kimi indinin özünə də yurdumuzun bir cox yerində çörək həmdə qədim türk sözü olub əppək kimi də qeyd olunur: saca əppək salmaq, əppək yapmaq və s. Xalqımızın qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da oğuz yurdunun övladlarının yeməklərinin arasında tez-tez ətmək (Naxçıvanda əppək) adına rast gəlirik. Ətmək (əppək) sözü isə bir qayda olaraq əkmək sözündən yarandığı bilinməkdədir .
Rus Lavale
Rus Lavale (12 iyul 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Rus Lavale Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Rus Lavale Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Rus Lavale Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Savako Yasumoto
Savako Yasumoto (d. 6 iyul 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Alvaro Obreqon
Alvaro Obreqon Salido (isp. Álvaro Obregón Salido; 19 fevral 1880 – 17 iyul 1928[…]) — Meksika hərbi və siyasi xadimi, Meksika inqilabının iştirakçısı, 1 dekabr 1920-ci ildən 30 noyabr 1924-cü ilə qədər Meksika Prezidenti. == Həyatı == Kiçik torpaq sahibi olmuşdur. O, yerli idarədə çalışmış və daha sonra, Meksika inqilabı illərində inqilabçılara qoşulmuşdur. O, 1913–1914-cü illərdə Viktoriano Uertaya qarşı çıxmış və prezident Venustiano Karransanın tərəfini tutmuşdur. 1920-ci ildə prezident seçkilərində qalib gəlmiş və inqilabi prosesə yenidən başlamışdır. Buna baxmayaraq, o, aqrar islahatları məhdudlaşdırmış və Amerikanın maraqlarına hörmət etmişdir. 1928-ci ildə yenidən respublikanın prezidenti seçilmiş və bir həftə sonra sui-qəsd nəticəsində öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Обрегон, Альваро // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Alvaro Visente
Alvaro Visente Domenek (isp. Álvaro Vicente Doménech ; 25 yanvar 1928, Valensiya) — İspaniya boksçusu. O, 1948 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Alvaro Visente 25 yanvar 1928-ci ildə İspaniyanın Alberike şəhərində anadan olmuşdur. 1950–1951-ci illərdə peşəkar boksda mübarizə aparmışdır. 16 avqust 1950-ci ildə keçirilən ilk döyüşdə ispaniyalı Fransisko Mir üzərində nokautla qalib gəlmişdir. Ümumilikdə 4 peşəkar döyüş keçirmiş, 3 qələbə qazanmışdır, 1 məğlubiyyət almışdır.
Lasaro Kardenas
Lasaro Kardenas del Rio (isp. Lázaro Cárdenas del Río; 21 may 1895, Xikilplan-de-Xuarez[d], Miçoakan[d] – 19 oktyabr 1970, Mexiko) — Meksika siyasətçisi və hərbçisi, Meksika inqilabı illərində (1910–1917) general və Meksika Prezidenti (1934–1940). Milli İnqilab Partiyasının nümayəndəsi olmuşdur. O, solçu islahatçı kursu davam etdirmiş, aqrar islahatların həyata keçirilməsini gücləndirmiş, əmək qanunvericiliyini və həmkarlar ittifaqlarının səlahiyyətlərini gücləndirmiş, qadınların hüquqlarına və ümumi seçki hüququna zəmanət vermiş, xalq maarifini inkişaf etdirmiş və savadsızlıqla mübarizə aparmış, neft və dəmir yolu şirkətlərini milliləşdirmişdir. == Həyatı == Lasaro Kardenas del Rio 21 may 1895-ci ildə Meksikada, Miçoakan ştatının Xikilplan-de-Xuarez şəhərində anadan olmuşdur. 1913-cü ildə inqilabi ordu sıralarına qoşulmuş, tezliklə kapitan, 1920-ci ildə isə general rütbəsi almışdır. 1920-ci illərdə Tampikoda qarnizona komandirlik etmiş və Miçoakan ştatının qubernatoru seçilmişdir. 1929-cu ildə Milli İnqilab Partiyasının (MİP) qurucularından biri və sədri olmuşdur. Kardenas 1931-ci ildə daxili işlər naziri, 1933-cü ildə Hərbi Dəniz Qüvvələri naziri vəzifələrində xidmət etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Cárdenas, Lázaro // Encyclopedia of Latin America.