Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lazurit
Lazurit — mineral, (Na,Ca)8[(SO4, S, Cl)2ï (AlSiO4)6] == Haqqında == Lazurit sodalit ilə izostrukturdur. Rəngi göy. Əsasi, bəzən turş püskürmə süxurların yaxınlığında kontakt-metamor­fizmə uğramış əhəngdaşlarında və onların peqmatitlərində. Floqopit, humit, forsteritlə assosiasiya olur. Bəzək daşı. Sinonim: Ultramarin, Lyapis-lazur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir.Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub. Bakı limanından isə yüklər yenidən dəmir yolu vasitəsilə Gürcüstana (Poti və Batumi limanlarına), ordan Türkiyəyə (Qars və İstanbul) və ən sonda Avropa ölkələrinə daşınması planlaşdırılır.
Lazulit
Lazulit — mineral, (Mg,Fe2+)Al2 [PO4ïOH]2. == Haqqında == Lazulit (Mg>Fe) - skorsalit (Fe>Mg) - barbosalit (Fe) tam izomorf seriyasının olması ehtimal edilir. Tərkibində bəzən SiO2, Fe2O3, CaO olur. Monoklinik. Habitus itipiramidal və lövhəvari. Ayrılması {110} üzrə qeyri-mükəm­məl. Aqreqat: kip, dənəvər. Rəngi göy. Sərtliyi 5-6. Xüsusi çəkisi 3,1.
Azurit
Azurit Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir; Mineralın cizgisinin rəngi – mavi, göy; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan işıqkeçirənədək; Sıxlıq – 3,77-3,83; Sərtlik – 3,5- 4,0; Kövrəkdir; Ayrılma – {011} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, pilləli; Morfologiya – kristallar: kiçikdir; yaxşı ifadə olunmuş sütun- və lövhəvari həbəoxşar, nisbətən az hallarda qısaprizmatik, bəzən izometrik, çox zaman əyriüzlü; Mineral aqreqatları: torpaqvari (mis göylüyü), böyrək- və salxımvarı, radial-şüalı kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, druzalar, fırçalar, malaxit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mis filizi yataqlarının səciyyəvi törəmə mineralı olub, karbonatların iştirak etdiyi şəraitdə ilkin Cu minerallarının oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Sumeb (Namibiya); Broken-Xill və Burra (Avstraliya); Kelli, Bisbi (ABŞ); Kopiapo (Çili); Kornuoll, Devonşir, Derbişir (Böyük Britaniya); Cezkazqan (Qazaxıstan); və b. Azərbaycanda hər yerdə kəskin üstünlük təşkil edən malaxitlə sıx assosiasiyada rast gələn azuritin kiçik yığınları Gədəbəy rayonunda müşahidə edilir. == Tətbiqi == Bəzən Cu mənbəyi kimi praktik maraq doğurur. Göy boya alınmasında da istifadə edilir. Mineral-indikator kimi mis filizlərinin axtarışında istifadə olunur.
Laterit
Laterit — əvvəllər bu termin ekvatorial və rütubətli tropik ərazilərin torpaqları və yumşaq torpaq aşınma məhsullarına aid edilirdi. Hazırda lateritləşmə mürəkkəb bir proses kimi əsasən dəmir birləşmələrinin torpaq məhsullarının yan axınlarının gətirilməsi hesabına yaranması kimi izah olunur.Dəmirin həll olan formalarda toplanması əsasən səthi qleyləşmə prosesi nəticəsində baş verir. Onun hidroksidlər formasında çökməsi məhlulun hərəkəti yolunda geokimyəvi baryerlərin yaranması ilə əlaqədardır. Həmin baryerlər isə qranulometrik tərkibi və süxurların kimyəvi tərkibi, qrunt suyunun təsiri və s. ilə əlaqədardır. İlk dəfə laterit horizontlar Byuken tərəfindən (1807) təsvir edilmiş və laterit (lat. kərpic) adlandırılmışdır. == Laterit torpaqlar == Bu termin iki mənada işlədilir. Geniş mənada termin ferralit torpaqları ifadə edir. Dar mənada isə profildə laterit horizonta aid edilir.
Lauri Törni
Lauri Törni (28 may 1919, Vıborq – 18 oktyabr 1965) — müxtəlif vaxtlarda 3 ölkənin (Finlandiya, Almaniya, ABŞ) hərbi qulluqçusu olmuş fin hərbçi, Finlandiyanın ali hərbi ordeni sayılan Mannerheym nişanının sahibi. Lauri Törni Finlandiya SSRİ-nin hücumlarından müdafiə olunmaq üçün almanlar ilə ittifaq qurduqdan sonra, 7 həftəlik waffen-ss təlimləri keçmək üçün Avstriyanın Vyana şəhərinə getmişdir. İyul ayında həm fin zabiti, həm də Alman waffen-ss kiçik leytenantı kimi Finlandiyaya qayıtmışdır. 1941-1944-cü illərdəki Finlandiya Sovet müharibəsində hərbi etimadının böyük bir hissəsini qazandı. Qərb mənbələrində bu müharibəyə Davam müharibəsi deyilir. Öz birliyi ilə düşmən xətlərinin dərinliklərinə girərdi. Ruslara çoxlu itki verdirmişdir. Bu səbəbdəndə Sovetlər başına 3 milyon Fin markası (təxminən 650.000 dollar) mükafat təyin etmişdilər. Sovetlər və Finlandiya arasında imzalanan sülh sazişindən çox da məmnun qalmamış, sabotaj hazırlığı üçün Almaniyaya getmişdir. Müharibənin gedişatına görə təhsili yarımçıq qalmış və Finlandiyaya etibarlı şəkilə qayıda bilməmişdir.
Lazur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib.1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur. 2013-cü ilin mart ayında kəmərin başqa bir hissəsi dənizə çökür.
Tamme-Lauri palıdı
Tamme-Lauri palıdı (est. Tamme-Lauri tamm) ― Estoniyanın ən qalın və ən yaşlı ağacı. Ağac Vırumaa vilayətinin Antsla bələdiyyəsində, Tamme-Lauri fermasının ərazisindəki kilsə torpaqlarında yerləşir. Ağacın hündürlüyü 17 metr (56 ft), çevrəsinin uzunluğu isə 831 santimetrdir. Tədqiqatçıların fikrincə ağac 1326-cı ildə əkilmişdir.Palıdı dəfələrlə ildırım vuraraq budaqlara ziyan vurmuş və gövdəsində böşluq yaratmışdır. 1970-ci illərdə aparılan bərpa zamanı boşluğun içərisində II Dünya müharibəsi dövründə və sonrasında Sovyet rejiminə karşı Sovet işğalı altındaki Estoniya, Latviya və Litva partizanlarından təşkil olunmuş "Meşə Qardaşları" ordeninin köhnə sığınacağı tapılmışdır. Boşluq 8 tonluq dəmir-betonla doldurulana qədər burada yeddi nəfər dura bilərdi. Ağac ildırım vurması nəticəsində zərər görsə də, hələ də canlıdır.Tamme-Lauri palıdının adı, adını pis və bəzən də yaxşı uğurlar gətirən, palıdda yaşadığı düşünülən ruhdan almış eyniadlı fermanın adından gəlir.Tamme-Lauri palıdı Estoniyanın on kronluq əskinazının arxa tərəfində təsvir edilmişdir. Ağac həmçinin Vırumaa vilayətinə daxil olan Urvaste bələdiyyəsinin gerbində və bayrağında da təsvir edilmişdir. Palıd ağacı 30 iyun 1939-cu ildən bəri, ağacın yerləşdiyi ərazi isə Estoniya Ətraf Mühit Nazirliyi tərəfindən 2006-cı ildən bəri qorunur.Tamme-Lauri palıdı 2016-cı ildə "Avropada ilin ağacı" yarışmasında Estoniyanı təmsil etmiş və burada ağacın bir İsveç kralının qəza keçirdiyi fayton hissəsindən böyüməyə başladığı barədə hekayə izah edilmişdir.Bu gün Estonyanın toy ənənələrinə ağacı ziyarət etmək də daxildir.