Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Liu
Liu — Çin adı. Liu Pinq — Çini təmsil edən su poloçusu. Liu Hsian — Tiefu konfederasiyasının şərqdəki son başçısı. Liu Tucuan — Tiefu konfederasiyasının şərqdəki V başçısı. Liu Kuren — Tiefu konfederasiyasının şərqdəki IV başçısı. Liu Luqu — Tiefu konfederasiyasının şərqdəki III başçısı. Liu Çonqvanq Liu Veyçen Antoni Liu — Amerika Samoasından olan cüdoçu.
Limu (rayon)
Limu (fr. Limoux — Fransada rayon (fr. Arrondissement).Langedok-Russilon bölgəsindəki rayonlarından biri . Rayonun departamenti — Od. Suprefektura - Limu. Rayon əhalisi 2006-cı ildə 43387 nəfər olmuşdur. Əhalinin sıxlığı 24 nəfər / km² təşkil edir. Rayon ərazisi 1781 km²-dir. == Tarix == Od departamenti 17 fevral 1800-ci ildə yaradılan zaman Limu rayonu orijinal departamentin bir hissəsidir. == Coğrafiya == Limu rayonu şimalda Karkason, Narbon rayonu ilə şərqdə, Cənub-şərqdə Pireneyi departamenti və qərbdə Aryej departamenti ilə sərhəddir.
Lisu xalqı
Lisular, Lisu xalqı — (çin. sadə. 傈僳族, pinyin: Lìsù Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada, Tailandda və Hindistanda yaşayırlar. Ana dilləri Lisu dilidir. Lisu dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 574.856 nəfər, 2000-ci il sayımı zamanı 634.912 nəfər, 2010-cu il sayımı zamanı isə 702.839 nəfər etnik lisu siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik lisuların 95.09%-i (668336 nəfər) Yunnan əyalətində yaşayır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində Lisu dili.
Antoni Liu
Antoni Liu (6 iyun 1987) — Amerika Samoasından olan cüdoçu. Antoni Liu Amerika Samoasını 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antoni Liu birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Latviyanın nümayəndəsi Yevgeniys Borodavko ilə üz-üzə gəldi. Həmin görüşdə Antoni Liu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Liu Bobo
Liu Bobo (381 – 425, Hsia imperiyası) - Kubeyin nəslindən gələn hun qəbilə başçısı. 383-cü ildə atası əsl hakimiyyəti əlinə almağa başlamışdı. Lakin hələ də vassal idi. 391-ci ildə Bobonun qardaşı Liu Çilidi (Ulduz) Şimal Vey imperatoru Daovuya məğlub olmuşdu. Liu Çilidi əsir götürülmüş, Liu Veyçen isə öldürülmüşdü. Bobo əvvəlcə Hsueqan qəbiləsinə, ordan da Sianbi qəbiləsinə qaçdı. == İlk dövrləri == Bundan sonra Hu Qin dövlətinin imperatoru Yao Hsinq tərəfindən general elan olundu. 407-ci ildə Hu Qin və Şimal Veyin sülh imzalaması Bobonu əsəbləşdirdi, çünki onlar atasını öldürmüşdü. Avar hökmdarı Şelun xaqanın Yao Hsinqə göndərdiyi atları oğurladı. Qaopinq şəhərini ələ keçirərək özünü müstəqil elan etdi.
Liu Elutu
Elutu yaxud Tu— 356-cı ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. 358-ci ildə qardaşı Liu Hsiuki tərəfindən devrildi.
Liu Fulun
Liu Fulun - Tiefu konfederasiyasının şərqdəki II başçısı. Atası Kubeyin böyük oğlu olan Liu Menq idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Ölüm tarixi bilinmir.
Liu He
Liu He (III əsr – 310) - Xan Çaonun ikinci imperatorudur. 310-cu ildə hakimiyyətə gəlmiş və 7 gün taxtda qalmışdır. == Hakimiyyəti == Yuanxay hələ hakimiyyətdə olan vaxtı yerinə ən böyük oğlu Heni vəliəhd olaraq təyin etmişdi. Yuanxay Liu Yu, Liu Lonq və Liu Ay adlı digər oğullarına imperatoru qorumağı tapşırdı ancaq vəzifələr ala bilməyən imperatorun dayısı Huyan Yao və digər hun əyanları olan Liu Rui ilə Liu Çenq imperatora digər qardaşlarının onunla mübarizəyə girişə biləcəklərini dedi. İmperator qardaşlarına qarşı ölüm əmri elan etdi. Liu Ay qaçaraq digər qardaşı Liu Konqa xəbər verdi. İki gün sonra Liu Yu və Liu Lonq imperator tərəfindən öldürüldü. Qardaşlarının öldürülməsinə qəzəblənən Liu Konq sarayı mühasirəyə alaraq imperatoru öldürdü və taxta özü çıxdı.
Liu Hsian
Liu Hsian (v. 387) — Tiefu konfederasiyasının şərqdəki son başçısı. Atası Liu Kuren idi. Əmisi Liu Tucuanı öldürərək hakimiyyətə gəlmişdi. == Hakimiyyəti == Hakimiyyətə gələndə müstəqil siyasət yürütməyə başlayan hökmdar, gələcək imperator Toba Quini təhdid olaraq görməyə başlayırdı. Bunu görən Qui əyanların köməyi ilə ana babasının yanına qaçırılmışdı. 386-cı ilin payızında Toba Kuduoya kömək edərək Toba Quini devirməyə çalışdı. Toba Kuduo isə öz növbəsində Hsianın qohumu Liu Veyçen tərəfindən tutularaq edam edildi. Liu Hsian qardaşı Liu Kanqni ilə 387-ci ilədək mübarizə aparsa da Toba Qui tərəfindən məğlub edildilər. Digər qardaşı Liu Peini 386-cı ildə təslim olmuşdu.
Liu Hsin
Liu Hsin Hun dövləti Xan Çaonun son imperatorudur. O atası Yaonun ölümündən sonra imperator olsa da həmin Şi Le tərəfindən tutularaq öldürüldü.Şi Le həmçinin Liu Yin və digər qardaşlarını da öldürdü. Bütün hun əyanlarını edam edən Şi Le Xan Çaonun varlığına son qoydu.
Liu Hsiuki
Hsiuku— 358-cı ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. Sonrakı il qardaşı Liu Veyçen tərəfindən devrildi.
Liu Hu
Hu(v. 341) — 309-cu ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. Toba sülaləsi onu rəqib kimi gördüyündən Toba Yulünün başçılığı ilə 310-cu ildə ona qarşı müharibəyə başladılar. 318-ci ildə ağır məğlubiyyətə uğrayan Hu geri çəkilməyə məcbur oldu. 341-ci ildə Toba Şiyician tərəfindən öldürüldü. Yerinə oğlu Liu Vuhenq gəldi.
Liu Kan
Liu Kan atasının ölümündən sonra taxta gəlmişdi. Oğlunu vəliəhd elan etmişdi. Qaynatası general Yin Çunə bütün dövlət işlərini tapşıran onun məsləhəti ilə qardaşları Ji, Çenq, Maini öldürdü. Yin Çun ən böyük təhlükələrin sovuşduğunu görəndən sonra paytaxta yürüş edərək imperatoru və bütün ailəsini öldürdü. Yin şərq Cin sülaləsi imperatoru Yuana xəbər göndərərək, ordunu göndərməsini xahiş etdi. Lakin bu vaxt Şi Le və Liu Yaonun ordularının arasında qaldı. Liu Yao özünü imperator elan edərək onun bütün nəslini qırdı.
Liu Kenq
Liu Kenq (ing. Liu Kang) - "Mortal Kombat" oyun seriyasında olan əsas personajlardan biridir. Bo Rai Çonun keçmiş tələbələrindən biridir == Xarakteristika == Liu Kenq kiçik yaşlarında Şaolin məbədində təlim almışdır. Həmin vaxtlarda "Ölümcül döyüş" turniri, Şanq Tsunq və Qoro haqqında əfsanələr eşitmişdir. Şaolin məbədi başçıları Liu Kenqi "Ölümcül döyüş" turnirində heyət üzvü sırasında təmsil etmək üçün ona döyüş sənətlərinin sirrini öyrətmişlər. Liu Kenq bu turnirə qatıldıqdan sonra ilk rəqiblərini məğlub edir. Ardınca Kunq Laonu məğlub etmiş və bu qələbəni 500 il qoruyan Qoronu məğlub edir. Şanq Tsunqa qalib gəldikdən sonra "Ölümcül döyüş" turnirinin qalibi olur. Turnirdən sonra Şanq Tsunqun adası məhv olur və Liu Kenq Şaolin məbədinə qayıdır. Lakin Şanq Tsunq sağ qalmışdır.
Liu Konq
Liu Konq Xan Çaonun üçüncü imperatoru idi. Qardaşını devirərək hakimiyyətə gəlmişdi. == İlk dövrü == Liu Konq əslində taxta çıxmaq istəmirdi və taxtı qardaşı Liu Aya təqdim etmişdi lakin Ay bundan imtina etdi. Hun ənənələrinə sadiq qalaraq Qiyan qəbiləsindən bir qızla evləndi. O Cin sülaləsi ilə mübarizəyə davam edirdi. Paytaxtı mühasirəyə çalışırdı. Onun orduları bütün döyüşlərdə asanlıqla qələbə çalsa da şəhərləri saxlaya bilmirdi. 311-ci ilin yazında Şi Le Cin sülaləsinin generalını məğlub etdi, onları mühasirəyə aldı və ordudakı şahzadəni diri-diri yandırdı. Paytaxt müdafiəsiz qalmışdı. Şi Le, Vanq Min və Lui Yao paytaxta girərək imperator Huayı əsir etdilər.
Liu Kuren
Liu Kuren (v. 383) — Tiefu konfederasiyasının şərqdəki IV başçısı. Atası Liu Luqu idi. 320-ci ildə hakimiyyətə gəlmişdi. Öncəki Kin imperatorunun vassalı olaraq hakimiyyətdə idi. == Hakimiyyəti == Hakimiyyəti stabil şəraitdə başlamışdı. Öncəki Kin kralı Fu Ciana tabe olmuşdu. O da öz növbəsində Kureni Tiefu konfederasiyasının şərqdəki rəsmi başçısı olaraq tanımışdı. Konfederasiyanın qərbdəki başçısı isə Kurenin qohumu Liu Veyçen təyin olunmuşdu. Gələcək imperator Toba Qui də onun sarayında yaşayırdı.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Liu Menq
Liu Menq (v. 272) — Kubeyin böyük oğlu idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Üsyana qərar versə də həbs edilərək edam edildi.
Liu Pinq
Liu Pinq (1 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == Liu Pinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Liu Pinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Liu Qaoşenqyuan
Qaoşenqyuan— 272-ci ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. 309-cu ildə vəfat etmişdi.
Liu Tucuan
Liu Tucuan (bilinmir – 385) — Tiefu konfederasiyasının şərqdəki V başçısı. Atası Liu Luqu idi. 384-cü ildə qardaşının varisi olaraq hakimiyyətə gəlmişdi. Lakin qardaşı oğlu Liu Hsianın üsyanı ilə qarşılaşdı və sonrakı il öldürüldü. == Ailəsi == Liu Luqunun kiçik oğlu idi. Qızı Hsüanmu (ö. 409) Toba Qui ilə evlənmişdi. Oğlu Liu Laoçen Toba Quiyə təslim olmuşdu.
Liu Veyçen
Veyçen (IV əsr – 392) — 359-cı ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. == Hakimiyyəti == Fu Ciana tabe olaraq hakimiyyəti təsdiq edilmişdi. 383-cü ildə müstəqilləşən Veyçenin 391-ci ildə Toba Qui ilə əlaqələri pisləşdi. Veyçen ona qarşı böyük oğlu Liu Çilidi (劉直力鞮) başçılığında böyük bir ordu ilə hücum etdi. Hun ordularını məğlub edən Qui, Veyçenin paytaxtı Yueba şəhərini ələ keçirdi. Veyçen öldürüldü, oğlu Çilidi əsir alındı, 5000 əyan hökmdarla birlikdə edam olundu. == Ailəsi == Fu adlı bir əsilzadə ilə evlənmişdi. Oğulları: Liu Çilidi - 391-ci ildə əsir olmuşdu. Liu Bobo - Hsia imperiyasının əsasını qoymuşdu.
Liu Vuhenq
Vuhenq— 341-ci ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. Hu Çao imperiyasına tabe olmuşdu. 356-cı ildə vəfat etdi. Yerinə oğlu Liu Elutu gəldi.
Liu Xiaobo
Lyu Syaobo (Sadə Çin dilində: 刘晓波; Ənənəvi Çin dilində: 劉曉波; 28 dekabr 1955[…], Çanqçun – 13 iyul 2017[…], Şenyanq) — Çinli intellektual və insan haqları müdafiəçisi. 2010-cu ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. == Həyatı == Lyu Syaobo, Çində demokratiya, insan haqları müdafiəçilərinin qabaqcıllarından biridir. Müxalif düşüncələri və fəaliyyətləri səbəbilə bir neçə dəfə həbs olunub. ABŞda olmasına baxmayaraq 1989-cu ildə ölkəsinə qayıtmış, 1989-cu il Tyananmen meydanı hadisələrinə də qoşulmuşdu. Müstəqil Çin PEN Mərkəzinə 2003-cü ildən bəri başçılıq edən Lyu Syaobo 8 dekabr 2008-ci il tarixində 303 çinli intellektualla birlikdə imzaladığı Çinin demokratikləşməsini təklif edən 08 sazişi səbəbilə nəzarətə alınmış, 23 iyun 2009-cu il tarixində də 11 illik həbs cəzası almışdır. Lyu Syaobo Nobel Sülh mükafatını həbsxanada ikən qazanmışdır. Nobel Komitəsi tərəfindən 2010-cu ilin Nobel Sülh mükafatına layiq görülən Syaobonun bu mükafatı almasının səbəbi, "Çindəki təməl insan haqları uğrunda icra etdiyi şiddət əleyhdarı və uzun nəfəsli mübarizəsi" olaraq izah edilmişdir. Syaobo 13 iyul 2017-ci ildə 61 yaşında Şenyan şəhər xəstəxanasında qaraciyər xərçəngindən vəfat edib.
Liu Yao
Liu Yao Xan Çaonun beşinci imperatoru idi. == İlk dövrlər == Liu Yao Kubeyin nəvəsi idi. Yuanxay tərəfindən böyüdülmüşdü. Bütün ailənin hörmətini qazanmış bir sərkərdə kimi yetişmişdi. Cin sülaləsi dövründə cinayət işləmiş və Koreyaya qaçmışdı. Yuanxay imperator olan kimi Yaonu da general etmişdi. 309-cu ildə Şian knyazı elan olunmuşdu.Liu Yao Liu Konqla birlikdə hərəkət etmiş və Liu Heni aradan götürmüşdü. Liu Yao Çanqan şəhərini tutduqdan sonra 318-ci ildə Kin knyazı titulu almışdı. Liu Kanın öldürülməsindən sonra Yin Çunu məğlub etmiş və taxta çıxmışdı. == Hakimiyyəti == Yao hakimiyyətinin ilk illərində son dərəcə ədalətli və tolerant idi.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.
Lapu-Lapu
Lapu-Lapu (taqal Lapu-Lapu: 1492, Maktan adası, Visay adaları – 1542, Maktan adası, Visay adaları) — Maktan adasından olan tayfa başçısı (Visay adaları, Filippin). İspan koloniyalaşdırmasına qarşı mübarizə aparan ilk şəxs. Fernan Magellanı öldürmüş şəxs. == Maktan döyüşü == Fernan Magellan Sebu adasının tayfa başçısı ilə anlaşma işzalayır. anlaşmaya görə adalılar İspaniyaya bac verməli, xristianlığı qəbul etməli idilər. Ancaq Maktan adasında tayfa başçısı olan Lapu-Lapu bu şərtləri qəbul etməmişdir. 1521-ci il 27 aprel tarixində ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi ispan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.