Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Limuzin
Limuzin (ing. Limousine) — Sürücü ilə sərnişin arasında uzun bir bölmənin olduğu lyuks avtomobil növü. == Limuzin adının mənşəyi == Limuzin sözü Fransanın bir regionu olan Limuzindən götürüldüyü və vaxtilə buradakı çobanlar tərəfindən istifadə olunan uzun paltarlardan gəldiyi güman olunur. Ancaq bu kəlimənin nəyə görə məhz qeyd olunan avtomobil üçün istifadə edilməsi qeyri-müəyyən olaraq qalır.
Akvitaniya-Limuzen-Puatu-Şaranta
Yeni Akvitaniya (fr. Nouvelle-Aquitaine) — Fransanın cənub-qərbində bir bölgədir.
Timuçin Əfəndiyev
Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945, Bakı) — ədəbiyyatşünas və sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1987–2014), Bakı Xoreoqrafiya Akademiyasının (2014–2021) sabiq rektoru. == Həyatı == Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərtəcəsi almışdır. 1972–1977-ci illərdə Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1977–1978-ci illərdə elmi katib vəzifələrində çalışmışdır. 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor vəzifələrində əmək fəaliyyəti göstərmişdir. Timuçin Əfəndiyev 1978–1987-ci illərdə Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, 1987–2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır.
Nikolay Luzin
Nikolay Nikolayeviç Luzin (rus. Никола́й Никола́евич Лу́зин; d. 9 dekabr 1883 – ö. 28 yanvar 1950) — SSRİ və Rusiya riyaziyyatçısı, funksiyalar üzrə elmi məktəbin yaradıcısı.