LİMUZİN

E.ə. I əsrdə romalılar Qalliyanı istila edəndə məlum oldu ki, bu torpaq çox sayda müxtəlif tayfalar arasında bölünüb. Qalliyanın mərkəzində limovis tayfasının nəzarətində olan iri bölgə var idi. Bu tayfanın təhrif olunmuş adı dövrümüzə qədər gəlib çıxıb. Onların Vyenna çayının sahilində yerləşən paytaxtları hələ də Limoj, vilayət isə bütövlükdə Limosen adlanır.

Limosen Fransa inqilabına qədər bu ölkənin əyalətlərindən biri idi. İnqilabçılar bütün əyalətləri kiçik departamentlərə böldülər. Limosen üç departamentə ayrıldı. Buna baxmayaraq adını dillərdə və bəzi geyim əşyalarında saxladı. Limosen sakinləri bədənlərini başdan-ayağa örtən ləbbadə geyinirdilər. O vaxtdan bu libasa limuzin adı qoyuldu.

XIX əsrin sonlarında, küçələrdə ilk avtomobillər peyda olmağa başlayanda, fransızlar onların yaradıcılarının ilk sıralarında yer aldılar və beləliklə, avtomobilə aid xeyli fransız termini (şassi, qaraj və s.) yarandı. Sərnişinlərin özlərini sanki baramanın içindəki kimi hiss etdikləri və onları sürücüdən ayıran arakəsməsi olan maşınlar limuzin adlanmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

LİMONYEYƏNLƏR
LİNÇ MƏHKƏMƏSİ
OBASTAN VİKİ
Limuzin
Limuzin (ing. Limousine) — Sürücü ilə sərnişin arasında uzun bir bölmənin olduğu lyuks avtomobil növü. == Limuzin adının mənşəyi == Limuzin sözü Fransanın bir regionu olan Limuzindən götürüldüyü və vaxtilə buradakı çobanlar tərəfindən istifadə olunan uzun paltarlardan gəldiyi güman olunur. Ancaq bu kəlimənin nəyə görə məhz qeyd olunan avtomobil üçün istifadə edilməsi qeyri-müəyyən olaraq qalır.

Digər lüğətlərdə

вы́спросить затве́рживаться мила́шка наждачо́к на́тровый гурт кофеёк ремзаво́д рыбоприёмщик с глаз доло́й! сунуть bioorganic conjurer fiberscope hopsack snip-snap-snorum steps-teller television unreconstructed Watt полисинтетический помазок противоракета репатриированный чудить