YER

is.
1. Üzərində sakin olduğumuz planet: Yer kürəsi (bu mənada böyük hərflə). Ay Yerin peykidir. Yerlə Günəş arasında 150 milyon kilometr məsafə var. Yer Günəş ətrafında fırlanır.
2. Quru (su səthi müqabili). Dənizdən yer görünmürdü.
3. Yer qabığının üst qatı; torpaq (bu mənada çox vaxt “altı” sözü ilə). Yer altında qazılmış şaxta. Yer altından çıxan mədən. Yer altından tapılmış mədəniyyət abidələri.
– Bizlər … Kürün, Arazın və yerin altındakı suları qoyub, gedib yalandan Allaha yalvarırıq ki, bizə su göndərsin. C.Məmmədquluzadə.
[Əhməd:] Bəs gərək yer qazam ki, oradan pul çıxsın. Ə.Haqverdiyev.

4. Üzərində dayandığımız və hərəkət etdiyimiz sahə. Yerdə oturmaq. Yerdən qaldırmaq. Əlindəki şeyi yerə qoymaq. Yer yaşdır. Tapdaq yer. – Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.
” Məşədi Kazım ağa … xıxlanmış dəvə kimi … yerə çökdü. M.S.Ordubadi.
Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm. M.Müşfiq.

5. Kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən (yaxud edilməyən) torpaq sahəsi. Əkin yeri. Xam yerlər. Əkməyə yer azlıq edir. Mülkədar yerləri.
– Eldarın atası Mərdəkanda xozeyinlərin bağında bağbanlıq edər, oğlu da su çəkər, yer işlər, araba qoşarmış. S.Hüseyn.

6. Ölkə, ərazi, vətən, diyar, məmləkət. Babalarımızdan qalan yerlər. – Sizə kimdən və nə yerdən danışım.
Təbriz vilayətindən. Aşıq Qərib”.
[Bəkir:] Bu yerlərə mən azçox bələdəm… N.Vəzirov.
İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq.

7. Ölkə, vilayət, şəhər, kənd və s. Bu yerləri birinci dəfə görürəm. Nə gözəl yerdir! Tanış yerlər. O yerlərdə olmamışam. Uzaq yerlərdən gələn qonaqlar.
8. Üzərində bir şey olan, yaxud ola bilən müəyyən sahə, məntəqə, məkan və s. Şəhərin bağ salınmış yeri. Küçənin qurtaran yerində. Yol dağa qalxan yerdə. Keçmişdə boş çöl olan yerdə indi böyük binalar ucalır.
// Bir işin, hadisənin və s.-nin baş verdiyi, ya olduğu məntəqə, məhəl. Hadisə baş verən yer. Qəza yerinə getmək.
// Bir işə məxsus məhəl (ev, idarə, müəssisə, məntəqə və s.). Əyləncə yeri.
[Kərbəlayı Qubad:] Bircə tez ol, başına dönüm, istəyirəm bu gün bir dükan yeri alım. Ü.Hacıbəyov.
Mehriban bir ildən artıq bir zaman idi ki, teatr və kino kimi tamaşa yerlərinə getməmişdi. S.Hüseyn.
Teymur onu tez-tez kinoya, teatra və rəqs yerlərinə aparırdı. M.Hüseyn.

// Bir məqsəd üçün ayrılmış sahə, yer səthi, parçası. İşləmək üçün yer ayırmaq. Qışlama yeri.
9. Əyalət, mərkəz olmayan yer (adətən cəm şəklində). Yerlərdən gələn nümayəndələr. Yerlərdə işləri canlandırmaq.
10. Bir şeyin ayrıca hissəsi, parçası. Paltar görünən yerindən ləkələnmişdir. Bədəninin bəzi yeri qızarmışdır. Dam çox yerdən axır.
// Kitabın, musiqinin, pyesin və s.-nin ayrıca hissəsi, parçası. Əsərin yaxşı yerləri çoxdur. Komediyada gülməli yerlər azdır. Məqalənin bəzi yerlərini yenidən yazmaq lazımdır.
11. Teatrda, kinoda, vaqonda və s.-də oturacaq (stul, skamya və i.a.). Zalda hərə öz yerində oturdu. Biletiniz neçənci yerədir? Vaqona girib özünə yer tutdu.
12. Ev, məskən, mənzil və s. Qalmağa yeri yoxdur. Düşməyə yerin varmı?
13. Vəzifə, xidmət, qulluq, iş. Ştatda boş yer yoxdur. Yerlərin hamısı tutulmuşdur. Özünə bir yer tap, işlə.
– Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. N.Nərimanov.
[Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi.

14. İz, nişanə, əlamət, əsər. Yara yeri. Tikiş yeri. Ləkənin yeri qalıb. Bıçaq yeri. – Qatıq dağılar, yeri qalar; Ayran dağılsa, nəyi qalar? ( Ata. sözü ).
15. Ayrı olaraq götürülə bilən, sayıla bilən yük, bağlama. Mənim 5 yer yükümün ağırlığı 40 kilo olmaz.
16. məc. Mənbə, məxəz mənasında.
Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim. Aşıq Qərib”.
[Aslan bəy:] Yaxın yerdən bilmişəm.
Özü xəbər göndərmiş. C.Cabbarlı.

17. məc. dan. Ev, ailə mənasında.
[Məmməd:] …İkinci vəsiyyətim də budur ki, qızım Nərgiz xanımı varlı yerə ərə vermə. Aşıq Qərib”.

18. Yorğan-döşək, yataq.
…Birisi gecə yatır və sübh yerindən duranda neçə xalvar elm və kamal sahibi olur, dəxi heç kəsi bəyənmir. C.Məmmədquluzadə.
[Vahid] yerin içində oturub, yuxudan tamam ayılmaq üçün neçə dəfə kirpiklərini çaldı. Mir Cəlal.

□ Yer salmaq – yatmaq üçün bir yerdə yorğan-döşək düzəltmək, yataq hazırlamaq.
Durur, nənəm mənim üçün yer salır; Üstümü örtür, mənə layla çalır. A.Səhhət.
Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım və vaxtından vaxtına da bişmiş-zad verirdilər. Çəmənzəminli.

19. Parçada, xalçada və s.-də əsas rəng; fon. Xalının yeri göydür. Bu çitin yeri məxməridir.
20. Bir adamın cəmiyyətdə, ailədə, elmdə, idmanda və s.-də tutduğu mövqe. Cəmiyyətdə öz yerini müəyyən etmək. Yarışda birinci yeri tutmaq.
21. Qabın, yeşiyin, kisənin və s.-nin içərisində şey olmadan çəkisi. Yerini çəkmək. Malın yeri nə qədərdir?
22. Yerdə şəklində – …halda, …zaman(da), …vaxt(da), …məqamda. O, getdiyi yerdə birdən yıxıldı. Qaçdığı yerdə ayağına tikan batdı.
[Molla Xəlil] müəllimi yaxşı yerdə tutmuşdu. S.Hüseyn.
Camal əmi zarafatyana dedi: – Hə, …ay arvad! İclasa getməyə şirin hazırlaşdığın yerdə mən səni saxladım. Ə.Vəliyev.

23. Yerində şəklində – 1) öz məqamında, münasibət düşdükdə, öz vaxtında. Lap yerində gəldin. Yerində söylənmiş söz. Bunları yerində demək lazımdır;
2) düzgün olaraq, haqlı olaraq. Onu yerində işdən çıxardılar. Ona yerində oldu;
3) …məqamında, …vaxtında.
İşin şirin yerində soyuq bir şey Eyvaz kişinin sol qoluna dolandı. Ə.Vəliyev;

4) …vəziyyətində, …halında. Onun yerində mən olsaydım;
5) durduğu, oturduğu yerdə.
[Sultan] sağasola baxdı, yerində qurcuxub stulu cırıldatdı. İ.Hüseynov.

24. Yer(in)də şəklində – …yaşında, …sinnində, …böyüklükdə. Atası yerində kişi. Babam yerində qoca.
– İsticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir.
[Əminə:] Aralıqdan baxdım, gördüm iki qız xeylağı dayanıb.
Biri olardı sənin yerdə, o biri demə görmədim, Fatma! Qantəmir.
[Qumru:] Anam yerdə arvadsan, evimə gəlibsən, xoş gəlibsən. Mir Cəlal.

25. Yeridir şəklində – layiqdir, cəzasıdır, əcəb olur. Ona nə eləsələr, yeridir.
[Əhməd:] Vur, – deyirdi, – faşistə nə qədər güllə vursan, yeridir. Mir Cəlal.

26. Yerinə şəklində – əvəzinə. Onun yerinə yoldaşı qol çəkdi. Bizim yerimizə də təbrik elə.
– Mən Molla Vaqifəm, eylərəm əfqan; Gözlərim də yaş yerinə tökər qan. M.P.Vaqif.
[Nurəddin ağa:] …Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolla tarac olur sərmayə. N.Vəzirov.

□ Yerinə qoymamaq – qətiyyən saymamaq,
…hesab etməmək.
Necə ki şikəst adamları adam yerinə qoymazlar, bizi də o biri millətlər adam yerinə qoymurlar. C.Məmmədquluzadə.
…Bu allahsız qızı heç olmazsa gözünün ucu ilə də baxmır.
[Ələmdarı] kişi yerinə qoymur, qozbel faytonçu Topuşdan da aşağı tuturdu. S.Rəhimov.

◊ Yer altından yasa gedən – gizlincə, əlaltından iş görən adam haqqında.
[Kəndli:] Elədir, bu molla Qafar çox yer altından yasa gedəndir. S.Rəhimov.

Yer altından yasa getmək – gizlicə, əlaltından, heç kəsin xəbəri olmadan iş görmək.
Yer eləmək1) başqası oturmaq üçün bir qədər o yana çəkilmək, çəkilərək başqasına yer vermək. Bir az yer elə, o da otursun. – Sədr cəld geri çəkilib heyətdə Hacıya yer elədi. Mir Cəlal;
2) məc. təsir etmək, ağır gəlmək, tutmaq. Deyəsən, söz ona yer elədi.
– Sarıqlı mollanın “cahad” haqqındakı sözləri çox adamlara yer elədi. Mir Cəlal.
Dünənki iclas Gülşənə yaman yer eləmişdi. Ə.Vəliyev.

Yer quruculuğu – torpaqdan istifadə qaydalarını nizama salan tədbirlər sistemi. Yer quruculuğu işləri.
Yer oynamaq – yer tərpənmək, zəlzələ olmaq.
Yer tutmaq məc.1) rol oynamaq, mövqe tutmaq, bu və ya başqa əhəmiyyəti olmaq.
Cabbarlının əsərlərində qadın çox görkəmli bir yer tutur. M.Arif;

2) əbəs yerə çox sahəni işğal etmək, artıqlıq etmək. Bu şeylər burada ancaq yer tutur.
Yer üzündən götürmək – yox etmək, aradan qaldırmaq.
Yer üzündən götürülmək – yox edilmək, ortadan qaldırılmaq.
[Sara xanım:] Götürüb qəzetçilərə buyruq vermisən, onlar da yazırlar ki, gərək tezliklə çadra yer üzündən götürülsün. Qantəmir.

Yer üzündən yox olmaq – yoxa çıxmaq, itmək. Sədinin “Gülüstan”ı neçə vaxtdır ki, yer üzündən yox olubdur. Hər kəs yerini bilirsə və ya özündə varsa, idarəmizə xəbər versin. “Mol. Nəsr.”
…yer yox idi (yer də yoxdur) – çox qələbəlik, həddən artıq çoxluq, basabas, sıxlıq bildirir. Adam əlindən yer yoxdur.
– Bakı vağzalının səkilərində tərpənməyə yer yox idi. Mir Cəlal.

Yerdə qalanı1) bir şeyin, vaxtın qalan qismi.
Üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və göstərişdən azad idi. S.S.Axundov;

2) digərləri, başqaları.
Yerdə qalmaq1) cəzasız qalmaq, əvəzi verilməmək.
Yara deyin, bizdən qarğış almasın; Yerdə qalmaz ahü zari Həsənin. Aşıq Həsən.
[İsmət:] Ah, qanın yerdə qaldımı, Qanpolad?! H.Cavid;

2) nəzarətsiz qalmaq, baxımsız qalmaq, köməksiz qalmaq, himayəsiz qalmaq;
3) qalıq olmaq. Yerdə nə qədər qaldı?
4) heç kəs tərəfindən istənilməmək, bəyənilməmək.
Yerdən göyə qədər (kimi) – son dərəcə çox, həddindən artıq. Aralarında yerdən göyə qədər fərq var.
– Zeynəb oğlundan yerdən göyə kimi razıdır. C.Məmmədquluzadə.

Yerdən olmaq1) avara-sərgərdan qalmaq, vəzifəsindən və s.-dən məhrum olmaq;
2) başqasının təhriki ilə fikrini, qərarını dəyişdirmək.
[Şəhrəbanu xanım:] Müsyö Jordanın və Şahbazın bir para ağılsız sözlərindən yerdən oldu. M.F.Axundzadə.

Yerdən-yerə vurmaq1) çırpmaq. Qürbət xala o gün nə silə, nə süpürə bildi. Sancı çəkən hamilələr kimi qıvrıldı, açıldı, özünü yerdən-yerə vurdu. Mir Cəlal;
2) məc. heç etmək, puça çıxartmaq.
Yerə atmaq (tullamaq) – bax yerə salmaq.
Yerə batasan! Yerə batsın! Yerə batmış – qarğış ifadəsi.
[Ağabanı Məşədi Səfərə:] …Ay külbaş, sənin Kərbəlayı Xuduş kimi lay-lay oğlanların ola-ola, ay yerə batasan, sənin təzədən evlənməyinin nə mənası var. M.Əliyev.

Yerə batmaq – adı, sorağı qalmamaq, əsərəlaməti qalmamaq.
Yerə batsın deyilir şərlə zülüm; Qalmasın yerdə nə zülmət, nə ölüm! S.Vurğun.

Yerə girmək məc.1) çox xəcalət çəkmək, çox utanıb sıxılmaq.
[Gəray ağa:] Axı sən niyə utanıb-qızarıb yerə girmirsən? S.Rəhimov;

2) bax yerə batmaq. [Bibixatun:] …Sənin namusun olsa əriyib yerə girərsən.
Utanmayıb başına papaq qoyub gəzirsən, deyirsən kişiyəm. Ə.Haqverdiyev.

Yerə qoymaq – bir daha etməmək, əl çəkmək, tərgitmək. Bu xasiyyətini yerə qoy.
– Səttar kişi onunla zarafatlaşmağı yerə qoymurdu. Ə.Əbülhəsən.

Yerə salmaq1) düşürmək, endirmək, devirmək;
2) məc. nəzərə almamaq, yerinə yetirməmək, rədd etmək.
Bağlama, aç üzünü; Örtmə o qaş-gözünü; Gəl mənə naz eləmə; Yerə salma sözümü. (Bayatı).

Yerə sərilmək – yıxılmaq, yerdə uzanıb qalmaq.
Qopdu qanlı bir fırtına; Ölüm hökmü verildi; Qarşı duran igid gənclər; Bir-bir yerə sərildi. A.İldırım.

Yerə soxmaq – utandırmaq, başını aşağı etmək, xəcalət çəkməsinə səbəb olmaq, rüsvay etmək.
[Turxan oğluna:] Daha nə olacaq!… Daha nə olsun ki, dost-düşmən içində bizi yerlərə soxdun! H.Cavid.

Yerə vurmaq1) məğlub etmək, yenmək;
2) heçə çıxarmaq, puça çıxarmaq.
Çəkilən zəhməti niyə yerə vurursan? – Şairlik adını yerə vuranlar; Sinəmə yüz yerdən yara vuranlar. Şəhriyar.

Yeri deyil1)
…arasında olmamalıdır. Bura onun yeri deyil. Ora bizim yerimiz deyil;
2) qeyrimünasibdir, münasibətsizdir. Bu sözlərin yeri deyil.
– Axır, bunu uşaq da bilir ki, meydan xanım yeri deyil, meydana pəhləvanlar çıxıb güştü tutarlar. C.Məmmədquluzadə.
[Kamilə:] Bu saat o söhbətin yeri deyil. S.Rəhman.

Yeri düşəndə (gələndə) – münasib olanda, münasib vaxt düşəndə, məqamında, məqamı çatdıqda.
Dünyada faydalı, dəyərli nə var; Toplamaq istədim yeri düşəndə; Səadəti üçün mən öz xalqımın; Öyrənmək istədim düşmənimdən də. O.Sarıvəlli.

Yeri gəlmişkən – təsadüfdən istifadə edərək, fürsətdən istifadə edərək, məqamı gəlmişkən.
Yeri gəlmişkən onu da deyim ki, … – Yeri gəlmişkən burada ərəb əlifbasının birinci tərtibini və rəqəm vəzifələrini göstərəlim. F.Ağazadə.

Yeri görünmək – bir yerdə, məclisdə və s.-də olmayan, lakin olması arzu edilən adam haqqında çox zaman ölən adam haqqında deyilir.
Köçüb gedən o əziz dostların yeri görünür; Sədaları qarışıb çöllərin nəvası ilə. Şəhriyar.

Yeri var(dır)1) yerində olar, haqlı olar.
Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi.
Mən də şimşək kimi çaxsam, yeri var; Çağlayanlar kimi axsam, yeri var. M.Müşfiq;

2) münasib olar.
[Asya:] …Bilmirəm hayandan gəldi çıxdı bura arşınmal alan? …Genə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Ü.Hacıbəyov.

Yeri yoxdur – əbəsdir, mənasızdır, yersizdir, artıqdır, lüzumsuzdur.
[Qoca kəndli:] Canım, boş qışqırmağın yeri yoxdur. Ə.Haqverdiyev.

Yerin altını da, üstünü də bilmək – hər şeyin təfərrüatını bilmək (adətən çoxbilmiş və hiyləgər adam haqqında). O, yerin altını da bilir, üstünü də.
[Ələmdar:] Daha biz bəy deyilik ki, yerin altını da, üstünü də əlimizin içi kimi bilək. S.Rəhimov.

Yerin təkindən (dibindən) məc. – haradan olursa olsun.
Yerində bitmək (donmaq)1) yerində olmaq, yerində oturub qalmaq;
2) məc. donub qalmaq, heyrət içində qalmaq.
İmamqulu gözlərini alaçığın bacasına dikib yerində bitdi. Çəmənzəminli.
Gülpəri daş kimi yerində donur; Ala gözlərindən üsyan oxunur… S.Vurğun.

Yerində qalmaq – olduğu yerdəcə ölmək.
Əlini naqana atdığı zaman; Göy Vəli mıx kimi yerində qalır; Titrəyib, xəncəri əlindən salır. S.Vurğun.

…yerində olmamaq – münasib olmamaq, uyğun olmamaq.
Yerində oturtmaq məc. – çox lovğa, iddialı adama eybini, ləyaqətini göstərərək cavab vermək, həddini göstərmək, yerini göstərmək.
Telli arvad …[Rüstəm kişiyə] baxanda filosofluq edib deyirdi: – Ay qoca dünya, o qədər mənəm-mənəm deyənləri yerində oturtmusan! M.İbrahimov.

Yerində saymaq1) durduğu yerdə addımlamaq;
2) məc. inkişaf etməmək, irəliləməmək, irəli hərəkət etməmək, olduğu yerdə qalmaq.
[Süsən:] Hər halda biz yerində sayanlardan deyilik. İ.Hüseynov.
Görün hələ nə qədər; beyni iflic olan var; öz yerində sayan var. X.Rza.

Yerində turp əkilmək – bərbad olmaq, xaraba qalmaq, uçulub-dağılmaq. [Gəray ağa:] Mülkünüz xaraba qalacaq, bəlkə xan sarayının divarları kimi dözüm gətirməyəcək.
Yerində turp əkiləcəkdir. S.Rəhimov.

Yerindən dəli kimi qalxmaq (sıçramaq) – hövlnak qalxmaq, yerindən sıçramaq.
[Rupça xatun] yerindən dəli kimi qalxdı. Çəmənzəminli.

Yerindən eləmək1) avara qoymaq, öz əsas işindən ayrılmasına, avara qalmasına səbəb olmaq;
2) yerindən, yuvasından məhrum etmək.
Yerindən qımıldanmamaq1) tərpənməmək, qımıldanmamaq;
2) səsi çıxmamaq. Bütün bu müddətdə Molla min dəfə özündən gedirsə də, yerindən qımıldanmır. “M.N.lətif.
” Yerindən oynatmaq1) laxlatmaq;
2) məc. təhrik edərək fikrini, qərarını dəyişdirməyə, yaxud bir işə iqdam etməyə məcbur etmək.
Molla Sadığın təmkinlə söylədiyi bu sözlər adamları yerindən oynatdı. İ.Şıxlı.

Yerinə düşmək – münasib vaxtda olmaq, məqamında olmaq, uyğun olmaq.
Mirzə Cavad sözünün yerinə düşdüyünə sevindi. Mir Cəlal.

Yerinə gəlmək – ölən bir arvadın yerinə ərə getmək.
[Xədicə] anasının yerinə gələn qadınla yola gedə bilməmişdi. S.Hüseyn.

Yerinə yetirmək – icra etmək, həyata keçirmək. Tapşırığı yerinə yetirmək. Vəzifəsini yerinə yetirmək.
– Müqim bəy xanımın meyvəcat barədə tapşırığını yerinə yetirdikdən sonra Alagözü “güzgü otağına” gətirdi. S.Rəhimov.

Yerini almaq – həyata keçmək, yerinə yetirilmək.
Nisə xalanın sərəncamı bütün mənası ilə yerini alırdı. Qantəmir.

Yerini dar eləmək (etmək) – maneçilik, narahatlıq, çətinlik törətmək; hərəkətinə, inkişafına, fəaliyyətinə mane olmaq.
[Güllü:] Bircə de görüm mən sənə neyləmişəm? Yerini dar eləmişəm, ya ərini əlindən almışam? Ə.Haqverdiyev.

Yerini göstərmək1) bir şeyi nişan vermək;
2) bax yerində oturtmaq.
Tahir bir istədi qışqırsın, tülküsifət natiqi fitə bassın, ona öz yerini göstərsin, amma məclisdə oturanların töhmətindən çəkinib dinmədi. M.Hüseyn.

Yerini xəlvət etmək – yerini heç kəsə bildirməmək, yerini gizli saxlamaq. Tamam beş günün müddətində yerimi xəlvət etmək üçün gündə bir ev dəyişdim. “Mol. Nəsr.
” Yerini tutmaq – əvəz etmək. Heç bir adam onun yerini tuta bilməz.
[Sayalı:] Maşallah, yekə oğlan olubsan, torpağı sanı yaşayasan, lap atan Səmədin yerini tutubsan. İ.Şıxlı.

Yerini verməmək – əvəz edə bilməmək.
Heç şey verməz bu dağların yerini; Min bir rəngə girir burda təbiət. S.Rüstəm.

Yerlə yeksan etmək1) yerə tökmək, dağıtmaq;
2) məc. məhv etmək, xarabaya döndərmək, uçurub dağıtmaq, viran etmək;
3) vurub öldürmək.
Saymadan sultanı, xanı; Eyləyibsən nahaq qanı; Badam kimi növcavanı; Yer ilə yeksan eylədin. Aşıq Pəri.

Yerlə yeksan olmaq1) yerə tökülmək, dağılmaq. Sünbüllər yerlə yeksan olmuşdu;
2) məc. xarabaya dönmək, uçulmaq, məhv olmaq, viran olmaq.
Şəhər göyə sovrulub; Yer ilə yeksan oldu; Min ilin yaratdığı; Bir ana qurban oldu. B.Vahabzadə.
Mirzə ata-anasının az qala yerlə yeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini Qədirin üzünə zillədi. İ.Məlikzadə.

Bir yerdə – bax bir.
[Mərcan bəy:] Sözün doğrusu, daha bundan sonra mən səninlə bir yerdə … çörək yeməyəcəyəm. Ü.Hacıbəyov.
Bir gün Qərənfillə Bahadur yenə adi qayda üzrə bir yerdə evə dönürdülər. S.Rəhman.

Bir yerə (araya) gəlmək – toplanmaq.
Bir yerə gəlmək – bir qərar vermək. Mübahisədən nə çıxar, bir yerə gəlmək lazımdır.
Boş yerə – bax boş.
Ömrü ucuz verdi… bir iş görmədən; Boş yerə ölməyin nə mənası var?! B.Vahabzadə.

Dan yeri – bax dan.
…duran (olan) yerdə –
…var ikən, …ola-ola.
Amma mən duran yerdə Qədirin qulluğa getməsi, lap nahaqdır. Mir Cəlal.

Qara yer – qəbir, məzar.
Qəlbində yer eləmək (etmək, salmaq) – özünə yer tutmaq, əsər və əlamət buraxmaq.
Silindi qəlbində yer salan qəhər. M.Rahim.
Öldürdüyü düşmənə qarşı olan nifrət hissi ilə qarışıq bir acı duyğu da gənc qızın hələ qəlbində yer etməyə macal tapmamışdı. Ə.Əbülhəsən.

Nahaq yerə – bax nahaq.
Nə yerdə – hansı vəziyyətdə. İşləriniz nə yerdədir? Onun məsələsi nə yerdə qaldı?
…o yerə (elə yerə) çatdı ki, … (çatmışdı ki, …) – bir işin, hadisənin gedişində ən son nöqtəni, həddi bildirir.
Söhbət o yerə çatdı ki, … – [Rübabənin] Vahid ilə ünsiyyəti o yerə gəlib çatmışdı ki, heç biri o birindən kənarda yaşamır, yaşaya bilmirdi. Mir Cəlal.
…olan yerdə – 1) …olduğu halda, bir halda ki, … Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar. C.Məmmədquluzadə;

2) …kimi, …olaraq.
Kəsbkarlıqdan əlin çıxdı, usan! Ər olan yerdə, görüm, yox olasan. M.Ə.Sabir.

Öz yerində – qaydada, nizamda.
[Süleyman:] Şükür Allaha, hər şey öz yerində sazdır. Ü.Hacıbəyov.

Öz yerindədir – öz qabiliyyət və ləyaqətinə görə vəzifə tutan adam haqqında. İndi o, öz yerindədir.
Sağ yer qoymamaq – bax sağ.
Yalan yerə – nahaq yerə; nahaqdan, yalandan.
Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikən, yalan yerə gülmərəm. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YER 1. YER, ƏRZ, YER KÜRƏSİ (səma müqabili) 2. yer bax torpaq 2 3. yer bax iş 2 4. yer bax yorğan-döşək
  • YER torpaq
  • YER göy — dünya — aləm
  • YER yorğai-döşək — yataq
  • YER sahə
  • YER ölkə — ərazi — vətən — diyar
  • YER vəzifə — xidmət — qulluq — iş
  • YER iz — nişanə — əlamət — əsər
  • YER mənbə — məxəz

Antonimlər (əks mənalı sözlər)

  • YER YER – GÖY Göydən bir damcı da düşmədi yerə; Yerdən sular coşdu, sellər oyandı (H.Hüseynzadə)

Etimologiya

  • YER Güman edirik ki, yer və yerimək sözləri etimoloji baxımdan eyni kökə malikdir. Məlumdur ki, yer və göy sözləri bir-birinin antonimidir
YEPYENİ
YER-GÖY
OBASTAN VİKİ
Yer
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri , Venera , Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Tərs yer
Tərs yer — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Samanlıq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tərs yer kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 138 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yer-Su
Yer-Su, türk və altay mifologiyasında bir təbiət layı. Eyni zamanda köhnə türk inancında bir ruh kateqoriyası. Yar-Sub və ya Yar-Suv olaraq da deyilər. Əleyhdarı Göy-Qaldır. == Yer-su anlayışı == Bu inanca görə Yer-Su ruhları Torpaq Ana Ötükene bağlı təbiət ruhlarıdır. Bəzən bir ağacın, qayanın, dağın, gölün, çayın, ya da hətta bütün bir ölkənin ruhu olarlar. Yer-Sulara hörmət etmək lazımdır. Bir meşəyə girildiyində diqqətli hərəkət edilir; səsli danışılmaz, budaqlar qırılmaz, daş atılmaz. Əgər insan təbiətdən bir şey görürsə bu yalnız təbiət ruhlarının icazə verməsiylə mümkün olmuşdur. Buna görə insanlar Yer-Sulara şükür edərlər.
Yer (planet)
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri , Venera , Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer Günü
Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü" — keçirilmə tarixi XX əsrin 70-ci illərinə təsadüf edir. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar. == Tarixi == ABŞ-nin Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk "Ağac Günü"ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.
Yer Krallığı
Yer Krallığı — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir dövlət. Bu (xəritəyə görə) Avatar dünyasın şərqinin böyük hissədə yerləşən kontinentdə yerləşən, Kral tərəfdən idarə edilən konfederativ monarxiyadır. Paytaxtı - Ba Sinq Se. Əraziyə görə Avatar dünyanın ən böyük dövlətdir. Hava köçəriləri və Su tayfasıdan fərqli olaraq o gədər də magiyanı istifadə edə bilən bilən adamların azlıqdan görə əziyyət çəkmir. == Görünüşü == Millətin görünüşü qədim Çindən yaradılmışdır (Tzin sülaləsin dövrü). == Mədəniyyət == Yer Krallığda yaşayan camaatın mədəniyyəti regeonlara görə çoxşaxəlidir.
Yer Tanrı
Yer Tanrı - türk və altay xalq inancında və mifologiyasında yer tanrısı. Yertengri və ya Certenger olaraq da deyilər. Bəzən şərri və eqoist düşüncələri təmsil edir. Göy Tanrı yanında ikinci planda qalar. İnsan formalı olaraq çox təsvir edilməmişdir. Ancaq çox vaxt qadın cildində qəbul edilir. Yer üzü və ya Dünya "Yertinç / Yerdinç" olaraq ifadə edilər. Yer Tanrıya ağ toyuq qurban edilir. Bəzən də balıq, qoyun və ya öküz qurban verilir. Xüsusilə başı torpağa basdırılar.
Yer atmosferi
Atmosfer (q.yun. ἀτμός — buxar və σφαῖρα — sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. == Tərkibi == Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigen ibarətdir (karbon cəmi 0,03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur.
Yer badamı
Yeməli topalaq (lat. Cyperus esculentus) — topalaq cinsinə aid bitki növü.
Yer bucağı
Yer bucağı (elevasiya) - həqiqi üfüq üzərində izlənən obyektin (yer əşyası, uçan apparat, göy cisimləri və s.) bucaq hündürlüyüdür. Yer bucağı azimutla birgə obyektə istiqaməti təyin etmək üçün xidmət edir. Başqa ədəbiyyatda belə izah olunur: yer bucağı - şaquli müstəvidə hədəfə istiqaməti ilə onun üfüqi müstəviyə proyeksiyası arasındakı bucaqdır.
Yer canavarı
Yer canavarı (lat. Proteles cristatus) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü. Xarici görünüşünə görə yer canavarı kaftara bənzəsə də, rəngi və anatomik xüsusiyyətlərinə görə onları asanlıqla ayırd etmək olur. Yer canavarının bədəninin uzunluğu kaftardan 2 dəfə kiçik olub 55-95 sm arasında dəyişir. Quyruğunun uzunluğu 20-30 sm, süysününün hündürlüyü 45-50 sm-dir. Yetkin fərdlərin kütləsi mövsümdən və qidadan asılı olaraq 8-14 kq olur.
Yer hanası
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah.Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir. Ev toxuculuğunun abu bəsit formasında arğac ipi "qılınc" adlanan zərbə aləti vasitəsilə sıxlaşdırılıb bərkidilirdi.
Yer iyesi
Yer iyəsi — türk, altay və monqol mifologiyalarında ərazi və torpağın qoruyucu ruhu. Cer (Çer) iyəsi də deyilir. Eyni mənalı olaraq Orun (orın, Urun, urine) iyəsi təbiri də istifadə edirlər. Moğollar Gazar Ezen deyərlər. Torpağın qoruyucu ruhudur. == Xüsusiyyətləri == Hər ərazinin, hər tarlanın fərqli bir iyəsi vardır. Olduqca iri bədənli, uzun boylu və geniş addımlar atan orta yaşlı bir qadındır. Əkili tarlaları qoruyar. Tarla iyəsi adlı başqa bir iye də bənzər xüsusiyyətlərə malikdir. Hər il hasattan əvvəl qurban verilir.
Yer iyəsi
Yer iyəsi — türk, altay və monqol mifologiyalarında ərazi və torpağın qoruyucu ruhu. Cer (Çer) iyəsi də deyilir. Eyni mənalı olaraq Orun (orın, Urun, urine) iyəsi təbiri də istifadə edirlər. Moğollar Gazar Ezen deyərlər. Torpağın qoruyucu ruhudur. == Xüsusiyyətləri == Hər ərazinin, hər tarlanın fərqli bir iyəsi vardır. Olduqca iri bədənli, uzun boylu və geniş addımlar atan orta yaşlı bir qadındır. Əkili tarlaları qoruyar. Tarla iyəsi adlı başqa bir iye də bənzər xüsusiyyətlərə malikdir. Hər il hasattan əvvəl qurban verilir.
Yer kitabı
== Kitabın içindəkilər == SSRİ Dövlət mükafatı laureatı, Kabarda-Balkar xalq şairi Qaysın Quliyevin adı təkcə sovet ölkəsində deyil, sərhədlərimizdən kənarda da hörmətlə, rəğbətlə çəkilir. Onun Balkar dilində yazdığı şeirlər və poemalar Qafqaz dağlarını aşıb uzaq-uzaq dillərə yayılmış, bir çox dillərə tərcümə olunmuşdur. Dağlar kimi vüqarlı, əzəmətli və müdrik, çaylar kimi coşqun olan insanların təbiəti, daxili aləmi, gələcəyə inamı Qaysın Quliyev yaradıcıllığının əsasını təşkil edir.
Yer kürəsi
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri , Venera , Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer maqnetizmi
Yer maqnetizmi və ya geomaqnetizm — Yerin və yerətrafı kosmik fazanın maqnit sahəsidir. Yer maqnetizmi geofizikanın bir bölməsidir və geomaqnit sahəsinin fəzada paylanması, zamandan asılı olaraq dəyişməsini, Yerdə həmçinin yuxarı atmosferdə onunla əlaqədar geo-fiziki prosesləri öyrənir.
Yer nüvəsi
Yer nüvəsi — Yer kürəsinin mərkəzi hissəsini təşkil edir. Radiusu-3450 km-dir. Sıxlığı nüvənin üst hissəsində 9,4 qr/sm3, daxilində isə 12-13 qr/sm3-dir. Temperaturu 4000-5000 C-yə, sıxlığı isə 1,4 mln. kq/sm 2-dir. Yerin nüvəsi yüksək elektrik keçirmə qabiliyyətinə malikdir. Seysmik dalğalardan isə yalnız uzununa dalğaları keçirir. Eninə dalğalar yerin nüvəsində yayılmır. == Yer kürəsinin temperaturu == Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir.
Yer oxu
Yer oxu — Yerin sutkalıq hərəkəti zamanı ətrafında fırlandığı düz xəttdir. Yer oxu yerin mərkəzindən keçir və coğrafi qütblərdə yer səthini kəsir. Yer oxunun epliktika müstəvisinə olan orta meyilliyi 66 ∘ 33 ′ 19 ″ 85 {\displaystyle 66^{\circ }33'19''85} -dir. Lakin bu meyillik Günəş sisteminin digər planetlərinin cazibə qüvvəsinin təsiri nəticəsində hər il 0 ″ , 468 {\displaystyle 0'',468} artır. Hesablamalara görə bu bucaq təqribən 15000 il böyüyəcək və ondan sonra kiçilməyə başlayacaq.
Yer planeti
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri , Venera , Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer qabığı
Yer qabığı — Yerin bərk cisminin səth təbəqələri kompleksidir. "Qabıq" ifadəsi XIX əsrdən qalmışdır. O zaman Pyer Simon Laplasın kosmoqonik və Eduard Züssün geoloji fərziyyələrinə əsasən belə hesab olunurdu ki, Yer qızmar maddədən əmələ gəlmişdir. O, soyuyan zaman səthində bərk qabıq yaranmışdır. Materiklərin və okeanların altında yerləşən Yer qabığı həm quruluşuna, həm də qalınlığına görə fərqlənirlər: Ona görə də materik və okean tipli Yer qabığını fərqləndirmək qəbul olunmuşdur. Müasir elm hesab edir ki, Yer qabığı mantiyadan ayrılmışdır. Eyni zamanda mantiyanın differensasiyası prosesində su ayrılmışdır, müasir vulkan lavalarında olduğu kimi bazalt maqmasının həcminin 7-8 %- ni təşkil etmişdir . == Yer qabığının geoloji dövürdən əvvəlki tarixi == Yerdə ilk mərhələdə soyuyan planetin səthində nazik bazalt qabığı əmələ gəlmişdir. Onu ay qabığı adlandırırdılar. Bazalt qabığın səthində temperatur 100 °C- dən yüksək idi.
Yer saatı
Yer saatı (ing. Earth Hour) — Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir. Hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir (WWF) tərəfindən The Sydney Morning Herald qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Artıq gələn il dünyada tərəfdarları tapıldı, 2009-cu ildə isə geniş hərəkata çevrildi. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali keçirir. == Azərbaycanda == Azərbaycan rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir. Elə həmin il keçirilən ilk tədbirdə Bakıda Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb. IDEA İctimai Birliyi 2014, 2015, 2017 və 2018-ci illərdə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir.
Yer sakinləri
Yer sakinləri (ing. Earthlings) — 2005-ci ilin ABŞ istehsalı olan sənədli filmi. Filmdə heyvanların insan tərəfindən istismarı problemləri qaldırılır. Filmin rejissoru amerikalı Şon Monsondur. Filmi amerikalı aktyor Xoakin Feniks səsləndirib, musiqisi Riçard Mellvil Holl tərəfindən yazılıb. Film bir növün digər növü diskriminasiya edilməsi məsələsini qaldıraraq bu problemi irqi ayrı-seçkilik və seksizm kimi diskriminasiya növləri ilə müqayisə edir. Spesisizm adlanan bu cür diskriminasıyanın nümunələri kimi insanın heyvanları sənayenin müxtəlif sahələrində istismarından danışılır (qida, geyim, əyləncə, elm və s.). Filmdə zoomağazalardan, evsiz heyvanlar üçün sığınacaqlardan, quşçuluq fabrikalarından, donuz və inək fermalarından, dəri və xəz istehsalı və satışı yerlərindən, idman və əyləncə tədbirlərindən və tədqiqat laboratoriyalarından kadrlar nümayiş etdirilir. Filmin əsas hissəsini heyvanlara qarşı zorrakılığı, o cümlədən heyvanların öldürülməsini əks etdirən sənədli kadrlar təşkil edir. Rejissor Şon Monsonun sözlərinə görə filmin 2/3 hissəsi gizli kameralar vasitəsi ilə çəkilib.
Yer səthi
Yer səthi — Yerin tam və kəsilməz üst quruluşu. Onun tərkib hissələri torpaq, troposfer, stratosfer, hidrosfer və biosferdir. Onlar bir-biri ilə sıx əlaqədədir və onlar arasında daima enerji və maddələr mübadiləsi gedir. == Ədəbiyyat == Броунов П. И. Курс физической географии, СПб., 1917. Григорьев А. А. Опыт аналитической характеристики состава и строения физико-географической оболочки земного шара, Л.—М., 1937. Григорьев А. А. Закономерности строения и развития географической среды, М., 1966.
Yer ulduzu
Yer ulduzu (lat. Aseroe rubra), Phallaceae familiyasından bir göbələk növü. Çürük(saprofit) bir növ olan yer ulduzuna ümumiyyətlə tropik bölgələrdə rast gəlinər və yetkinləşdiyində sıx pis bir qoxuya malikdir. Növün yetkin bir nümunəsi ortalama olaraq 8 sm uzunluğunda bir gövdəyə, 6 elə 10 arasında dəyişən ədəddə kola sahib olar; bu qolları ona ulduz bir şəkil verər ki adını da buradan götürmüşdür. Qolların ətraf mərkəzi qisimin rəngi ağ, qırmızı kimi müxtəlif rənglərdə ola bilərkən, bu qisimin ətrafında (qolların başladığı qisimlərdə) ümumiyyətlə qəhvəyi olan sporlar tapılar.
Abdulkərim (Yermekeevskiy rayonu)
Abdulkərim (başq. Әбделкәрим) — Abdulkərim; Başqırdıstanın Yermekeevo rayonunun kənd şurasına aiddir. Əhalisi 1 yanvar 2009-cu ildə görə 487 nəfər olmuşdur. Poçt kodu – 452190.
Abraham Yeravansi
Abraham Yeravansi və ya İrəvanlı Abraham (erm. Աբրահամ Երևանցի 1680 – 1740) — XVIII əsr erməni tarixçisi. Abraham Yerevansinin "1721–1736-cı illərdə müharibələrin tarixi" əsəri Cənubi Qafqaz və İran tarixini öyrənmək üçün mühüm mənbələrdəndir. Kitabda müəllifin şahidi olduğu hadisələrdən, o cümlədən 1724-cü ildə İrəvanın Osmanlı qoşunları tərəfindən tutulmasından bəhs edilir. Əsər 1938-ci ildə erməni, 1939-cu ildə isə rus dilində nəşr olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bournoutian, George A. ABRAHAM OF EREVAN // Encyclopaedia Iranica. 2002. A. J. Hacikyan, redaktorThe Heritage of Armenian Literature: From the Eighteenth Century to Modern Times. Detroit: Wayne State University Press. 2005.
Acılı yaşayış yeri
Аcılı yаşаyış yеri — Şərur rayonundа Dərəkənddən şimal-qərbdə yеrləşir. Yаşаyış yеrində оlаn uçub-tökülmüş tikinti qаlıqlаrı binаlаrın dаş təməl üzərində möhrə və çiy kərpicdən inşа оlunduğunu göstərir. Tədqiqаt zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Aktın tərtib edildiyi yerin qanunu
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.
Aleksandr Yersen
Alexandre Yersin — isveçrəli və fransız əsilli həm həkim, həm də bakterioloq. Alimin şərəfinə adlandırılan bubon taunu və yaxud zərərvericiyə cavabdeh olan basilin ilk dəstəkçilərindən biri kimi xatırlanır: Yersinia pestis. Başqa bir bakterioloq olan yapon həkimi Kitasato Shibasaburō adətən, xüsusi olaraq bir neçə gün əvvəl bakteriyaların müstəqil identifikasiyasını müəyyən etdiyini, lakin patogenə səbəb olan vəba deyil, başqa bir bakteriya olduğunu qeyd etdi. Həmçinin, Yersin ilk dəfə olaraq, eyni basilin (çöpün) həm gəmiricilərdə, həm də insan da olduğunu göstərərək mümkün ötürmə yollarını vurğulamışdı. == Həyatı və təhsili == Yersin 1863-cü ildə İsveçrənin Vaud kantonunda atasının- Jean-Alexandre-Marc Yersin ölümündən sonra dünyaya göz açıb. Onun anası Fanny-Isaline-Emilie Moschell idi. 1883–1884-cü ilə qədər Lozannada, ardınca Marburqda və Parisdə (1884–1886) tibb təhsili almışdı. == Kariyera həyatı == 1886-cı ildə Yersin Emil Rouxun dəvəti ilə École Normale Supérieure-də Louis Pasteurun tədqiqat laboratoriyasına daxil olmuş və quduzluğa qarşı zərdabın hazırlanmasında iştirak etmişdir. 1888-ci ildə o, Eksperimental vərəmin inkişafı üzrə tədqiqat adlı dissertasiya ilə doktorluq dərəcəsini almış və iki ay Almaniyada Robert Koç ilə birlikdə vaxt keçirmişdir. O, 1889-cu ildə Rouxun əməkdaşı kimi son dövrlərdə yaradılan Pasteur İnsitutuna qoşulub və onunla birlikdə Corynebacterium diphtheriae çubuğu tərəfindən istehsal edilən difteriya toksinini ortaya çıxmışdı.
Alovtəpə yaşayış yeri
Alovtəpə — Kəngərli rayonunda Yurdçu kəndindən şərqdə orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Sahəsi 2 hektardır. Qərb tərəfdən dərə ilə məhdudlaşır. Mədəni təbəqə olduqca az qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində dördkünc formalı evlərə aid daş təməl qalıqları mövcuddur. Tikinti qalıqlarına əsasən demək olar ki, evlər daş təməl üzərində çiy kərpicdən və möhrədən inşa olunmuşdur. Yerüstü materiallar şirli və şirsiz saxsı məmulatından ibarət olub əsasən çəhrayı rəngdədir. Gil məmulatı içərisində küpə tipli qabların oturacaq hissəsinin və onların gövdəsinin sınıqları üstünlük təşkil edir. Tapıntıların əksəriyyəti forma verməyən parçalardan ibarətdir. Bəzi qabların gilinə iri qum qatılaraq qeyri-bərabər bişirilmiş, içəri tərəfinə qırmızı boya çəkilərək yaxşı hamarlanmışdır.Digərləri iri qum və Bitki qarışığı olan gildən hazırlanmış çəhrayı rəngdə bişirilmişdir.
Alışar yaşayış yeri
Alışar yaşayış yeri — Şərur rayonunda eyniadlı kəndin cənubunda Antik dövrə aid arxeoloji abidə. Alışar kəndinin cənubunda, düzənlik sahədə yerləşir. Yaşayış yerinin ərazisi dəfələrlə şumlanıb əkildiyindən yerüstü əlamətləri itmişdir. Tədqiqat zamanı buradan Dəmir dövrünə aid çəhrayı və qara rəngli keramika parçaları aşkar edilmişdir. Yaşayış yerində tikinti qalıqlarına rastlanmamışdır. Ehtimal ki, onlar möhrədən olmuş və dağılmışdır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən bir ədəd tunc bilərzik də əldə olunmuşdur. Ehtimal ki, yaşayış yerinin yaxınlığında qəbiristanlıqda olmuşdur. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. I minilliyə aid etmək olar.
Anazağa yaşayış yeri
Ana zağa düşərgəsi və ya Ana zağa mağarası — Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təbii sığınacaq, mağara. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər mövcdu olduğuna görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmişdir. == Tədqiqi == Ana zağa düşərgəsi Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş iri ölçülü iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir.Arxeoloji qazıntılar nəticəsində Ana zağanın çöküntülərində litoloji cəhətdən fərqlənən üç əsas mədəni təbəqə aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr Neolitin sonundan ilk orta əsrlərə qədərki dövrlərə aid olan üstdəki qarışıq təbəqədən 10 sm qalınlığındakı həyat izi olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış alt təbəqənin qalınlığı 1 metr, bəzən 1,2 metrə qədər idi. Bu təbəqə rəngi boza çalan, sementləşmiş, içərisində qaya - əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən iabrət idi. Mezolitin sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü təbəqəsi arasında lal təbəqə yoxdur.Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi rəngə çalan 0,2-0,6 metr qalınlığındakı torpaq qatından ibarətdir.Ana zağ düşərgəsində Daş dövrünə aid mədəni təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun şimal divarını təşkil edən 30 nömrəli qayanın cənub dibində, 1965 və 1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir. Düşərgəni əhatə etmiş qayaların təxminən e.ə. VII-VI minilliklərdə baş vermiş yerdəyişməsi nəticəsində yaranmış təhlükəli vəziyyət qazıntı sahələrinin hər yerində alt (Mezolit) mədəni təbəqəyə çatmağa imkan verməmişdir.Qazıntı sahəsindəki alt təbəqə üst Paleolitdən Mezolitə keçid və Mezolitin ilk mərhələsinə, orta təbəqə isə əsasən Mezolit və Mezolitdən Neolit keçid mərhələsinə aiddir. Burada alt və orta təbəqələr arasında lal qatın olmaması onların yaranma dövrü arasında uzun bir fasilənin olmaması ilə bağlıdır.
Andrey Yeryomenko
Andrey İvanoviç Yeryomenko (ukr. Андрій Іванович Єрьоменко; 2 (14) oktyabr 1892 və ya 14 oktyabr 1892 – 19 noyabr 1970, Moskva) — Birinci və İkinci dünya müharibələrinin, Rusiya vətəndaş müharibəsinin iştirakçısı olmuş Sovet hərbi xadimi. Sovet İttifaqı Marşalı (1955), Sovet İttifaqı Qəhrəmanı (1944), Sov.İKP MK-nın üzvü (1956-1970).
Andrey Yerşov
Andrey Petroviç Yerşov (19 aprel 1931, Moskva, RSFSR[d] – 8 dekabr 1988, Moskva) — Sovet alimi, nəzəri və sistemləri proqramlaşdırma qabaqcıllarından biri, Kompüter elmləri, SSRİ Elmlər Akademiyasının Sibir məktəbinin banisi. == Həyatı == Andrey Petroviç Yerşov 19 aprel 1931-ci ildə Moskvada anadan olmuşdur. == Fəaliyyəti == Sovet alimi, nəzəri və sistem proqramlaşdırmanın pionerlərindən biri, Sibir informatika məktəbinin yaradıcılarından biri, SSRİ EA-nın akademiki Andrey Petroviç Yerşovun işləri nəinki SSRİ-də, həm də bütün dünyada hesablama texnikasının formalaşmasına və inkişafına böyük təsir göstərmişdir. == Həmçinin bax == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Antarktikada yerləşən buzlaqların siyahısı
== İstinadlar ==
Antarktikada yerləşən qütb stansiyalarının siyahısı
Antarktikada çoxlu sayda müxtəlif dövlətlərə məxsus Elmi tətqiqat stansiyaları vardır. Bu stansiyalarda elmi müşahidələr aparılır. Antarktida haqqında konvensiyaya görə istənilən dövlət 60° paraleldən cənubda elmi məqsədlər məqsədi ilə stansiya yerləşdirə bilər.
Aram Yergenyan
Aram Yergenyan (erm. Արամ Երկանեան; 20 may 1900, Ərzurum, Ərzurum vilayəti – 2 avqust 1934, Kordova) — Daşnaksütun təşkilatının rəhbərlərindən biri, Fətəli Xan Xoyskinin qatili. Sözdə erməni soyqırımında rol aldığı iddia edilən türk ziyalısı Bahattin Şakir və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli Xan Xoyskini intiqam məqsədilə qətl etmişdir. Ermənistan Respublikası tərəfindən milli qəhrəman adına layiq görülmüşdür. Aram Yergenyan 20 may 1900-cü ildə Türkiyənin Ərzurum şəhərində Sarkis Yergenyan və Mariyam Soghoyan Yergenyanın ailədə üçüncü oğulu olaraq dünyaya gəlmişdir. Sözdə erməni soyqırımına şahid olan Yergenyan ailəsi daha sonradan Cənubi Qafqazda yaşayıblar. Aram Yergenyan 1917-ci ildə könüllü olaraq Baş-Abaran müharibəsində General Dro üçün savaşmışdır. 1918-ci ildə Ermənistanın Osmanlı üzərində qalibiyyətindən sonra "Nemezis" əməliyyatını keçirənlərdən biri olmuşdur. Erməni inqilabçı federalistləri təşkilatına üzv olmuşdur. Aram Yerganyan, Almaniyada etdiyi hərəkat sonrasında, əvvəl Avstriyaya və daha sonra Buxarestə getdi.
Ararat Yerevan FK
"Ararat" futbol klubu — Ermənistanın futbol klubu
Atəşpərəstlər daxması yaşayış yeri
Atəşpərəstlər daxması yaşayış yeri — Qazax rayonunun Xanlıqlar (digər adı Musaköy) və Köçəsgər kəndləri arasında yerləşən qədim yaşayış yeri. E.ə. VI əsrə aid tikili ölkə əhəmiyyətli arxeoloji abidədir.
Avropa Yerli Özünüidarəetmə Xartiyası
Avropa Yerli Özünüidarəetmə Xartiyası (ing. European Charter of Local Self-Government) — 1985-ci ildə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən qəbul edilmiş və yerli hökumətlərin fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirən ən vacib çoxtərəfli sənəddir. == Tarixi == Avropa Yerli Özünüidarəetmə Xartiyası, 15 oktyabr 1985-ci il tarixdə Avropa Şurasına üzv dövlətlər tərəfindən imzalanmaq üçün açıldı və 1 sentyabr 1988-ci ildə qüvvəyə mindi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı Xartiyanı imzaladı və təsdiqlədi. Son ölkə, sənədi 2013-cü ilin oktyabrında təsdiqləyən San Marinodur. Xartiya dövlətləri öz daxili qanunvericiliyində qeyd etməyi və bələdiyyələrin siyasi, inzibati və maliyyə müstəqilliyini təmin edən bir sıra hüquq normalarını praktik olaraq tətbiq etməyi öhdəsinə götürür. Eyni zamanda, yerli idarəetmənin muxtariyyətinin konstitusiya ilə tənzimlənməsinə ehtiyac yaradır. Üstəlik, Xartiya Avropa Şurasına üzv dövlətlər tərəfindən köməklik prinsipinə əməl olunmasını təmin edən ilk qanuni sənəddir. Beləliklə, yerli hakimiyyət orqanları yerli əhalinin maraqları naminə və öz məsuliyyətləri altında dövlət öhdəliklərinin əhəmiyyətli bir hissəsini idarə etməli və nəzarət etməlidirlər. Subtiplik prinsipinə uyğun olaraq, Nizamnamə dövlət öhdəliklərinin əhaliyə ən yaxın səviyyədə həyata keçirilməsini və daha yüksək inzibati səviyyəyə istinad edilməsini, yalnız yerli administrasiyalar tərəfindən bu cür tapşırıqların həlli səmərəsiz və ya mümkünsüz olduqda göstərir.
Avsanlar yaşayış yeri
Аvsаnlаr yаşаyış yеri — Qаrхun kəndinin qərbində yеrləşir. Yаşаyış yеri hаzırdа əkin sаhəsi kimi istifаdə оlunur. Yаşаyış yеrindən аşkаr оlunаn tikinti qаlıqlаrınа əsаsən dеmək оlаr ki, binаlаrın inşа еdilməsində möhrə, çiy kərpic və bişmiş kərpicdən istifаdə оlunmuşdur. Yаşаyış yеrinin ərаzisində kül yığınlаrınа, çəhrаyı və bоz rəngdə bişirilmiş kеrаmikа nümunələrinə rаstlаnır. Yеrli əhаlinin vеrdiyi məlumаtа görə, vахtilə yаşаyış yеrinin ərаzisində kаrvаnsаrа оlmuşdur. Təəssüf ki, vахtilə mövcud оlаn binаlаrın hеç biri indiyədək qаlmаmışdır. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XI-XVIII əsrlərə аid еtmək оlаr.
Aza yaşayış yeri
Аzа yаşаyış yеri — Аzа kəndinin şimаlındа, Gilаnçаyın sоl sаhilində, hündür təpənin üzərində yеrləşir. Yаşаyış yеri hər tərəfdən dаşdаn hörülmüş divаrlаrlа əhаtə оlunmuşdur. Lаkin divаrlаrın əksər hissəsi uçub dаğılmışdır. Divаr qаlıqlаrı yаlnız аbidənin cənub hissəsində, Gilаnçаyın sаhilində sаlаmаt qаlmışdır. Qаlаnın içərisindəki binаlаr tаmаmilə dаğılmışdır. Tikinti qаlıqlаrınа əsаsən, оnlаrın dаşdаn və möhrədən tikildiyini dеmək оlаr. Аbidənin ərаzisindən аşkаr оlunаn yеrüstü mаtеriаllаr Оrtа əsrlərin Еrkən və inkişаf еtmiş dövrünə аiddir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini III-XIX əsrlərə аid еtmək оlаr. Yаşаyış yеri tərk еdildikdən sоnrа оnun bir qismindən qəbiristаnlıq kimi istifаdə оlunmuşdur.
Ağabəytəpə yaşayış yeri
Ağabəytəpə yaşayış yeri — Ağdam rayonunun I Yüzbaşılı kəndinin qərbində yerləşən yaşayış yeri. Bu diametri 50 m olan cənub-şərq və şimal-şərq tərəfləri yol çəkilərkən və həyətyanı sahələr genişləndirilərkən dağıdılmış təpədir. Sovet dönəmində təpənin səthi təxminən 1 m-ə qədər hamarlanaraq pambıq çardağı tikilmişdir. Hazırda təpənin hündürlüyü 3 mdir.Onun dağılmış cənub-şərq tərəfində 60 sm hündürlüyündə çiy kərpicdən tikilmiş divar qalıqları aydın görünür. Abidədən toplanmış saxsı kolleksiyası neolit dövrünə aid edilir.
Ağsal yaşayış yeri
Ağsal yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Ağsal yaşayış yeri Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerləşir. Abidə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Buradan Orta Tunc dövrünə aid gil qab parçaları, dən daşları aşkar olunmuşdur. Tapıntılar arasında boyalı qab parçaları da vardır. Ağsal yaşayış yeri 1991-ci ildə qeydə alınmışdır. sahəsi 3600 m².-dir. Arxeoloji qazıntılar sübut edir ki, tikili müdafiə xarakteri daşıyırdı. == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait).
Babadərviş yaşayış yeri
Babadərviş yaşayış yeri — — Azərbaycan Respublikasının Qazax rayonunun Qazax şəhərinin cənub-qərbində, Mingəçevirdən qərbdə, Ağstafaçayın sol sahilində yerləşən qədim yaşayış yeri. Qədim yaşayış yeri Ağstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrdən birinin üstündə salınmışdır. Yaşayış yerində 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50–60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu formasındadır.
Babəki yaşayış yeri
Babəki yaşayış yeri — Şərur rayonunda, eyni adlı kəndin yaxınlığın da оrta əsrlərə aid yaşayış yeri. == Coğrafi mövqeyi == Аbidə Şərur rаyоnunun Bаbəki kəndi yахınlığındа yеrləşir. == Tədqiqi == Ərаzisi 3 hеktаrdır. Hazırda əkin sahələrinin altında qalmışdır. Tоrpaq işləri aparılarkən skelet qalıqları, gil qab qırıqları aşkar edilmişdir. Mədəni təbəqənin qalınlığı bəzi yerlərdə 2 m-dən artıqdır. Təbəqə tоrpaq qarışıq kül laylarından ibarət оlub, çəhrayı və sarı rəngli saxsı məmulatı (küpə, kasa, çanaq, qazan, səhəng və s.), tikinti qalıqları ilə və оsteоlоji materiallarla zəngindir. Yаşаyış yеri hаzırdа əkin sаhələrinin аltındа qаlmışdır. Yаşаyış yеrinin mərkəzi hissəsi uzunsоv-оvаl fоrmаlı təpə şəklində оlmuşdur. Təpənin аşınmаsı nəticəsində skеlеt qаlıqlаrı və gil qаb sınıqlаrı аşkаr еdilmişdir.
Baharlı yaşayış yeri
Baharlı — abidə Ağdam rayonu Mirəşelli kəndinin Bənövşələr köçgün qəsəbəsindən 500 m cənub-qərbdə yerləşir. Bu diametri 78 m, hündürlüyü 1,5 m olan təpə Qarabağ müharibəsi zamanında səngər qazılması nəticəsində dağıdılmışdır.Toplanılmış saxsı kolleksiyası neolit və son tunc – erkən dəmir dövrlərinə aiddir.
Balaşum (Qədim yaşayış yeri)
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Balaşum qədim yaşayış yeri
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.

Digər lüğətlərdə

архиере́й единоли́чность жидковоло́сый и́шь ведь лентя́й обрубна́я ограни́читься припы́л стру́и чрезме́рно экумени́ст заворот корте́ж чахлик captive audience discumber encore green-cod ironically regatta unvanquished зернистый корчёвка переиграть провозвестить