Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ascyrum plumieri
Hypericum mutilum (lat. Hypericum mutilum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Sinonim == Ascyrum cruciatum St.-Lag. Ascyrum crux-andreae L. Ascyrum helianthemifolium Spach Ascyrum linifolium Spach Ascyrum michauxii Spach Ascyrum plumieri Bertol. Ascyrum spathulatum Spach Brathys euphorbioides Spach Brathys quinquenervia Spach Hypericoides crux-andreae (L.) Poir. Hypericum blentinense (P. Savi) Walp. Hypericum crux-andreae (L.) Crantz Hypericum euphorbioides A. St.-Hil. Hypericum euphorbioides var. floribundum A. St.-Hil. Hypericum euphorbioides var.
Karles Vesley Mumbere
Karles Vesley Mumbere – Rvenzururu Krallığının növbəti kralı. == Həyatı == 25 il ərzində ABŞ-də bir həkimin yanında köməkçi kimi çalışaraq, yaşlılara və xəstələrə baxan 50 yaşlı Karles Vesley Mumbere 19 oktyabrda kral olacaq. Karles Vesley Mumbere həmin gün başına tac qoyacaq və Uqandanın Kasese bölgəsində mərkəzi hökumət tərəfindən də tanınan Rvenzururu Krallığının kralı olacaq. Onun atası 1960-cı ildə Uqandadakı 300 min nəfərlik bir etnik qrup tərəfindən kral elan edilib. Ancaq o zaman Uqanda mərkəzi hakimiyyəti buna qarşı çıxıb. Razılığa gələ bilməyən tərəflər illərlə silahlı və siyasi müstəvidə mübarizə aparıblar. 30 yaşında Mumbere təhsil almaq üçün ABŞ-yə gəlib. Ölkəsindəki siyasi qarışıqlıq səbəbindən bir müddət sonra ona vəsait göndərilməyib. O da təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb və bir həkim köməkçisi kimi işləməyə başlayıb. == Mənbə == Həkim köməkçisi əsl kral olacaq!
Lümədərə (Kəleybər)
Lümədərə (fars. لمه درق‎‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 765 nəfər yaşayır (162 ailə).
Qumdərə (Bicar)
Qumdərə (fars. قمدره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (13 ailə). Əhalisini kürdlər təşkil edir.
Lui Lümyer
Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[…], Bezanson – 6 iyun 1948[…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. == Həyatı == Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi.
Lümyer qardaşları
Lümyer qardaşları — kinematoqrafın baniləri. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Lui Lümyer — kiçik qardaş (daha çox ixtiraçı kimi tanınıb). Ogüst Lümyer — böyük qardaş (daha çox təşkilatçı kimi tanınıb).
Ogüst Lümyer
Ogüst Lümyer (fr. Auguste Louis Marie Nicholas Lumière, 19 oktyabr 1862[…], Bezanson – 10 aprel 1954[…]) — Kinematoqrafiyanın banisidir. Lui Lümyerin doğma qardaşıdır. == Həyatı == Ogüst Lümyer 1862-ci ildə Fransanın Bezanson kəndində anadan olmuşdur. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə qardaşı Lui Lümyer ilə birlikdə "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırılan kinoapparat ixtira etdi. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Ogüst Lümyer 1954-cü ildə 10 aprel tarixində vəfat etmişdir.