Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mötəzid
Mütəzid (ən geci 861, bilinmir, Abbasilər – 5 aprel 902, Bağdad, Abbasilər) — Abbasi xəlifəsi. == Həyatı == On altıncı Abbasi xəlifəsi Əbul-Abbas əl-Mütəzid Billah Əhməd ibn əl-Müvəffəq Billah Talha (Məhəmməd) ibn Cəfər 857-ci ildə Səmərrada anadan olmuşdur. Anası Savab bizans əsilli cariyədir. Zəki, cəsur və heybətli görünüşə malik Mütəzid Abbasilər sülaləsinin ən nüfuzlu xəlifələrindən biridir. Xəlifə seçildiyi dövr Abbasi xilafətinin tənəzzülə uğradığı vaxta təsadüf etməsinə baxmayaraq, qısa zamanda dövlətin möhkəmlənməsinə, xəzinənin yenidən formalaşdırılmasına nail olmuşdur. Şəxsi keyfiyyətlərinə və Abbasilər xanədanın yenidən dirçəltməsinə görə tarixçilər onu "İkinci Səffah" (Abbasilərin ilk xəlifəsi Səffah olmuşdur) adlandırmışlar. Gənc yaşlarında əmisi Mütəmidin xəlifəliyi dövründə vəzir olan atası Müvəffəqlə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. Atasının ölümündən sonra vəzir vəzifəsini icra edən Mütəzid xilafətin mütləq hakimi səlahiyyətini ələ keçirmiş və xəlifəyə təsir imkanlarını xeyli genişləndirmişdir. Nəticədə xəlifə Mütəmid oğlu Müvəffəzi vəliəhdlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mütəzidi vəliəhd elan etmək məcburiyyətində qalmışdır. Bu hadisədən altı ay sonra müəmmalı şəkildə vəfat edən Mütəmidin yerinə keçərək xəlifə olmuşdur.
Mötəmid (xəlifə)
Əbül Abbas Əhməd ibn Cəfər (ərəb. أبو العباس أحمد بن جعفر‎) və ya Əl-Mötəmid (ərəb. المعتمد على الله‎) (d. 845 - ö. 15 oktyabr 892) — 15. Abbasi xəlifəsi. == Mənbə == Ya‘kūbî, Târîḫ II, 619-624. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 462, 474-667; X, 7-29. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 189-229. İbnü’l-İmrânî, el-İnbâʾ fî târîḫi’l-Ḫulefâʾ (nşr.
II Abbad əl-Mötədid
II Abbad əl-Mötədid (1016, Sevilya – 28 fevral 1069, Sevilya) — Abbadilər sülaləsindən ikinci hökmdar. == Həyatı == Abbad ibn Əbulqasim Məhəmməd bin Abbad 1012-ci ildə İspaniyanın Seviliya şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. II Abbad 1042-ci ildə hökmdarlığa yiyələnmişdi. II Abbad o illərdə qonşularıyla savaşmaqdan da geri qalmırdı. 1053-cü ilə qədər kiçik Bərbəri xanədanlarını hakimiyəti altına almışdı. Buna rəğmən Qranadadakı Zirilər onun qarşısında müvəffəqiyyətlə müqavimət edirdilər. Bu arada Cəzirətülhadranı Hammudilərdən alaraq oğlu İsmaili Kurtuba üzərinə göndərdi. Ancaq İsmail Cəzirətülhadrada bağımsızlığını elan etməyə qərar verdi. Bu səfər də digər oğlu Məhəmməd Zirilərə qarşı Malaqadakı Ərəbləri dəstəkləmək üçün hərəkətə keçdi, fəqət Zirilər bu ordunu məğlubiyyətə uğratdılar, Məhəmməd canını zorla qurtardı.
Mötəsim
Əbu İshaq Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو إسحاق محمد بن هارون الرشيد‎) və ya Əl-Mötəsim (ərəb. المعتصم بالله‎) (796, Bağdad – 5 yanvar 842, Səmərra, Səlahəddin mühafəzəsi) — 8. Abbasi xəlifəsi. == Həyatı == Məmundan sonra xəlifə olan Mötəsim (833–842) Harun ər-Rəşidin Maridə adlı Soğdlu bir türk cariyəsindən olma oğludur.; Məmunun xəlifəliyi sırasında Misirdə vali ikən; türkləri orduya toplayan və onlar üzərində təsiri olan bir şəxsdir. Mötəsim xəlifəliyə keçər-keçməz o dönəmin ən önəmli sosial dəyişimini gerçəkləşdirmişdir. Bu dəyişim ordunun türkləşdirilməsiydi. Mötəsim xəlifə olmadan öncə türklərdən mühim dərəcədə ordu qurmuş, və Məmunun dönəmində şəxsən başladığı bu işi sürətlindirərək davam etmişdir. Bildiyimiz kimi anası türk əslli olan xəlifə Mötəsim türklərdən xüsusi bir əsgəri güc qurmuşdu. Türk muzdlu və qulamlarını rəhbərlikdə əhəmiyyətli vəzifələrə gətirmişdi.
Mütəzid
Mütəzid (ən geci 861, bilinmir, Abbasilər – 5 aprel 902, Bağdad, Abbasilər) — Abbasi xəlifəsi. == Həyatı == On altıncı Abbasi xəlifəsi Əbul-Abbas əl-Mütəzid Billah Əhməd ibn əl-Müvəffəq Billah Talha (Məhəmməd) ibn Cəfər 857-ci ildə Səmərrada anadan olmuşdur. Anası Savab bizans əsilli cariyədir. Zəki, cəsur və heybətli görünüşə malik Mütəzid Abbasilər sülaləsinin ən nüfuzlu xəlifələrindən biridir. Xəlifə seçildiyi dövr Abbasi xilafətinin tənəzzülə uğradığı vaxta təsadüf etməsinə baxmayaraq, qısa zamanda dövlətin möhkəmlənməsinə, xəzinənin yenidən formalaşdırılmasına nail olmuşdur. Şəxsi keyfiyyətlərinə və Abbasilər xanədanın yenidən dirçəltməsinə görə tarixçilər onu "İkinci Səffah" (Abbasilərin ilk xəlifəsi Səffah olmuşdur) adlandırmışlar. Gənc yaşlarında əmisi Mütəmidin xəlifəliyi dövründə vəzir olan atası Müvəffəqlə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. Atasının ölümündən sonra vəzir vəzifəsini icra edən Mütəzid xilafətin mütləq hakimi səlahiyyətini ələ keçirmiş və xəlifəyə təsir imkanlarını xeyli genişləndirmişdir. Nəticədə xəlifə Mütəmid oğlu Müvəffəzi vəliəhdlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mütəzidi vəliəhd elan etmək məcburiyyətində qalmışdır. Bu hadisədən altı ay sonra müəmmalı şəkildə vəfat edən Mütəmidin yerinə keçərək xəlifə olmuşdur.
Mötəsim Qəddafi
Mötəsim Billah əl-Qəddafi (18 dekabr 1974, Tərabülüs əl-Qərb – 20 oktyabr 2011, Sirt) — Müəmmər əl-Qəddafinin övladlarından biri, Liviya ordusunun polkovniki. Bir neçə il əvvəl atasına qarşı çevrilişə cəhd göstərib, məğlubiyyətə uğradıqdan sonra Misirə qaçıb. Atası onu bağışladıqdan sonra isə yenidən Liviyaya qayıdıb. Qəddafinin təhlükəsizlik işləri üzrə müşaviri və ordu komandanlarından biri olmuşdur.
Əl-Mötəsim