Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbüləla əl-Müərri
Əhməd ibn Əbdullah ibn Süleyman Əbüləla əl-Məərri (ərəb. أبو العلاء المعري‎; 973[…], Məərrət ən-Nöman, İdlib mühafəzəsi – 1057, Məərrət ən-Nöman, İdlib mühafəzəsi) — Ərəb şairi. == Həyatı == O, Ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqda deyəcəkdi ki," ərəblərin dilində Əbüləlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbüləlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi.
Zuberxa
Zuberxa — Dağıstan Respublikasında, Böyük Qafqaz dağlarının şərq hissəsində yerləşən dağ massivi. == Ümumi məlumat == Zuberxa dağ massivi mərkəzi Dağıstanda olub, Kulimer dağ sisteminə daxildir. Massiv Gergebil rayonu ərazisində yerləşir. Hündürlüyü 2338 metrdir. Gergebil tərəfdən massivin nisbi hündürlüyü — 800 metr, Aymaka tərəfdən — 600 metrdir. Massivi cənub-qərbdən Qaragöysu çayı, cənub-şərqdən Zinlak çayı (Aymakin dərəsi), şimal-şərqdən isə Exeb çayı dərəsə əhatə edir. Zuberxa massivi şimaldan tədricən Nakilrox silsiləsinə keçir. Ərazinin şimal-şərq yamacı meyillidir. Digər yamacları isə dik və qayalıdır. Şimal-qərbdə olan dik yamacların hündürlüyü 400 metrə çatır.
Saxicola rubetra
Çəmənlik çəkçəkisi (lat. Saxicola rubetra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Tonino Querra
Tonino Querra (it. Tonino Guerra;16 mart, 1920, Rimini – 21 mart, 2012) — İtaliya şairi, yazıçısı və ssenaristi. == Həyatı == Tonino Querra 16 mart 1920-ci ildə Rimini şəhəri yaxınlığında yerləşən kiçik Santarkancelo-di-Romanya kommunasında anadan olmuşdur. O, bütün ömrünü bu yerlərdə keçirmişdir. Urbino universitetinin pedaqogika fakültəsini bitirmişdir. Yazıçılığa hələ nasist konslagerində başlamışdır. 1953-cü ildən Tonino Querra kinofilmlərə ssenari yazmağa başlamışdır. Həmin filmlər klassik dünya kinosunun qızıl fonduna daxil edilmişdir. O, Cüzeppe de Santis, Mario Bolonyini, Damiano Damiani, Mario Moniçelli, Taviani qardaşları kimi rejissorlarla işləmişdir. Mikelancelo Antonioni onun ssenariləri əsasında "Macəra", "Gecə", "Tutqunluq", "Qırmızı səhra", "Şəkilböyütmə", "Zabriski Poynt" və s.
Andrea Querra
Andrea Querra (it. Andrea Guerra; 22 oktyabr 1961) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqi müəllifi. == Həyatı == Şair və ssenarist Tonino Querranın oğlu Andrea Querra 1961-ci ilin oktyabrında İtaliyanın şimalındakı Santarkancelo di Romanya şəhərində doğulub. Maestro Ettore Ballottanın rəhbərliyi altında bəstəkarlıq və aranjimançılıq üzrə təhsil aldıqdan sonra o, Romaya köçür və burada karyerasını sənədli filmlər üçün musiqi bəstələməklə başlayır. Sonrakı illərdə o, Fərzan Özpətək, Roberto Faentsa, Cuzeppe Bertoluççi, Paolo Cenoveze və digər məşhur rejissorların filmlərinə musiqi yazır.