Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mübadilə
Mübadilə — müxtəlif məşğuliyyət növləri ilə məşğul olan insan qruplarının hazırladıqları məhsulları bir-biriləri ilə dəyişmələri.
Mübadilə (iqtisadiyyat)
Mübadilə iqtisadiyyatda — malların bir sahibdən digərinə daşınması. İnsanlar arasında birbaşa və ya əmək məhsullarının mübadiləsi şəklində təzahür edən qarşılıqlı fəaliyyət mübadiləsi. Məcburi və qeyri-məcburi ola bilər (könüllü). Könüllü mübadilə formalarından biri ticarətdir. Könüllü mübadilədə çox vaxt zahiri, keyfiyyət, forma və təyinat baxımından fərqli olan şeyləri ölçmək lazımdır. Bu, malların maya dəyərinə çevrilən vahid əsasın, ekvivalentlik ölçüsünün olmasını zəruri edir. Mübadilə həm bilavasitə “mal-mal” sxeminə (barter), həm də “mal-pul-mal” sxeminə görə (alqı-satqı) pulun iştirakı ilə digər mal və ya xidmətlər üzrə aparıla bilər. Məcburi mübadilə əksər hallarda tərəflərdən biri ədalətsiz, qeyri-ekvivalent, yırtıcı hesab edir. Adətən, könüllü əsasda (güc tətbiq etmədən və ya onun tətbiqi təhlükəsi olmadan) mübadilə baş verməyəcəyi şərtlər var. Müasir təcrübədə birjada birbaşa zorakılıq adətən cinayət hesab olunur.
Mübadilə məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. == Valyuta kotirovkası == İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi == Mübadilə məzənnəsinin növləri == a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Əsas mübadilə
Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır == Standart şəraitlər == Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur: Oyaqlıq vəziyyətində Səhər acqarına uzanmış vəziyyətdə psixoloji və emosional sakitlikdə rahatlıq temperaturu (18 - 20º).Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir. Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır. === Metabolizm === Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır. BÇ- bədən çəkisi (kq) B – boyu (m) ƏM - əsas mübadilə ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.
Alman Akademik Mübadilə Xidməti
Alman Akademik Mübadilə Xidməti - (almanca: Der Deutsche Akademische Austauschdienst e. V. (DAAD)) beynəlxalq aləmdə alman ali məktəbləri və tələbə qurumlarının əlaqələrinə xidmət edən təşkilatdır. 1 Yanvar 1925-ci ildə bir qrup tələbənin təşəbbüsü ilə Haydelberq şəhərində "Akademik Mübadilə Xidməti" adı altında yaradılmışdır. Elə həmin ildəcə onun mərkəzi Berlin şəhərinə köçürülür. 1933-cü ildə Nasional Sosialistlərin təkidi ilə təşkilat fəaliyyətini dayandırır. 1943-cü ildə onun şəhər qəsrində yerləşən bürosu bombardman nəticəsində dağıdılır. 5 avqust 1950-ci ildə Bonn şəhərində bu təşkilat "Alman Akademik Mübadilə Xidməti"altında yenidən qurulur. 2012-ci ildən onun prezidenti Marqret Vintermanteldir. == Məqsədi == DAAD verdiyi məlumata görə tələbə və elmi işçilərin mübadiləsini həyata keçirən ən böyük fond sayılır. O yarandığı gündən, 1925-ci ildən bu günə kimi 1,9 milyon insana həm ölkə daxili, həm də xaricdə stipendiyalarla yardım etmişdir (2003-cü ildəki məlumat).
Mədəni və texnoloji mübadilə
Mədəni-texnoloji mübadilə — ayrı -ayrı xalqların, ölkələrin, sivilizasiyaların (ticarət, nikahlar, müharibələr və s. müxtəlif əlaqələr vasitəsilə) müəyyən ərazi vahidlərində mədəniyyət, elm və texnologiya nailiyyətlərinin bir-birinə nüfuz etməsinə səbəb olan qarşılıqlı əlaqə prosesidir. == Həmçinin bax == Akkulturasiya İnkulturasiya İnterkulturalizm Mədəniyyətlərarası ünsiyyət Mədəniyyətlərarası kompetensiya Transkulturasiya == Ədəbiyyat == Белый В. И. Международный культурный обмен и его влияние на развитие национальной культуры: дис. канд. филос. наук. — М.: Государственный институт культуры, 1992. — 155 с. Боголюбова Н. М., Николаева Ю. В. Межкультурная коммуникация и международный культурный обмен. Учебное пособие.
Mucadələ Surəsi
58-ci surə
ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası
ABŞ qiymətli kağızlar və mübadilə komissiyası (ing. The United States Securities and Exchange Commission, SEC) — ABŞ dövlət qurumu ABŞ qiymətli kağızlar bazarı üçün əsas nəzarət və tənzimləmə agentliyidir. Komissiya 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında yaradıldı. Komissiyanın məqsədi Böyük böhran dövründə investorların fond bazarına olan inamını bərpa etmək idi. İlk SEC sədri, ölkənin gələcək prezidenti Con Kennedinin atası Cozef Patrik Kennedi olmuşdur. Komissiya 1934-cü il Qiymətli Kağızlar Mübadilə Qanununa (ing. Securities Exchange Act of 1934) uyğun olaraq yaradılmışdır. Bu qanuna əlavə olaraq Komissiyanın fəaliyyəti aşağıdakı vacib qanunlarla tənzimlənir: Qiymətli kağızlar qanunu (Securities Act of 1933) Etibar sənədi qanunu 1939 . (the Trust Indenture Act of 1939) İnvestisiya şirkətləri qanunu 1940 . (the Investment Company Act of 1940) İnvestisiya məsləhətçiləri qanunu 1940 .
Mübahilə
Mübahilə kəlməsinin kökü "bəhl"dir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, "hər cür dua etmək" mənasında işləndi. Müsəlmanlar Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsini Mübahilə ayəsi adlandırırlar. == Haqqında nəql olunan kəlamlar == İmam Sadiq Əbulabbasa mübahilə barəsində belə buyurmuşdur: "Ovcunu onun ovcuna qoyub deyirsən: "Allahım! Əgər filankəs haqqı inkar, yaxud batili iqrar edirsə onu səma bəlasına və ya öz tərəfindən olan bir əzaba düçar et. Ona yetmiş dəfə nifrin və qarğış et". İmam Sadiq: "Nəcran xaçpərəstləri öz başçı, canişin və... ilə Peyğəmbərin yanına gəlib dedilər: "Bizi nəyə dəvət edirsən?" Peyğəmbər buyurdu: "Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yeyib-içən və ifrazat xaric olan... yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə...
Mübarəkə
Mübarəkə — İranın İsfahan ostanının şəhərlərindən və Mübarəkə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 62,454 nəfər və 16,583 ailədən ibarət idi.
Mucadilə Surəsi
58-ci surə
Musadərə (Marağa)
Musadərə (fars. موسي درق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 707 nəfər yaşayır (157 ailə).
Mübahilə ayəsi
Mübahilə ayəsi — Müsəlmanların müqəddəs kitabı Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsinə verilən ad. Ayə onda işlənən «nəbtəhil» kəlməsinə əsasən "mübahilə" adı ilə məşhurdur. Ərəb sözü olan Mübahilə kəlməsinin kökü elə ərəbcə olan "bəhl" sözündəndir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, hər cür dua etmək mənasında işlənmişdir. == Ayə == Ayənin əsli, ərəbcəsi: فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ Ayənin Azərbaycan dilinə olan tərcümələri: (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisəyə qalxsa (və haqqı qəbul etməkdən imtina etsə), de: Gəlin, biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (canlarımızı) çağıraq, siz də öz nəfslərinizi çağırın. Sonra Allah dərgahında mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək. Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.) Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
Mübahilə günü
Zilhiccə ayında nəfsini saflaşdıran, tövbə və bağışlanma diləyən, Allahın dərgahına üz tutan, rəhmət və bərəkət istəyən insanlar üçün həqiqətdə bir fövqəl imkanlar vardır. İnsanlara Allah-Taala fövqəl imkanlar tanımışdı bu ayda ki, onlar Həcc ziyarətinin bərəkətindən faydalansınlar, mübarək ayın ilk 9 gününü oruc tutsunlar, Qurban bayramında qurbanlar kəsib Onun (Allah-Taalanın) yolunda imkansız, fəqir kimsələrə paylasınlar və həmçinin, Qədiri-Xum bayramını qeyd edib həmin günün əməllərini yerinə yetirsinlər. == Əhli-Beytdən (ə) dərslər. == Amma, burada bir məqam da, var və o da, budur ki, bu mübarək ayın əlamətdarlıqları təkcə Həcc ziyarəti, Qurbanlıq, Qədiri-Xum bayramları ilə məhdudlaşmır. Doğrudur ki, çoxları tərəfindən belə bilinir ki, bu ay Həcc ayıdır, iki bayram – Qurbanlıq və Qədiri-Xum bayramları var bu ayda, Qurban bayramınadək oruc tutmaq müstəhəbdir bu ayda, Qədiri-Xum bayramının içində ibadətlər var və həm də, bu ayın müəyyən günlərində müəyyən əməllər var ki, onları yerinə yetirməyin savabı var. Amma, bu ayda sair əlamətdar və tarixi hadisələrin də baş verdiyini bilmək bir müsəlman olaraq vəzifəmizdir. Xüsusilə, bu hadisələrin Peyğəmbər (s) ailəsinin mübarək əməl və rəftarı ilə birbaşa bağlantısı olduqda, onları öyrənməmək, araşdırmamaq zərərinə olur insanın. Çünki elə bir kəs tapmaq olmaz ki, Peyğəmbər (s) ailəsinin rəftar və əməlləri, ona (həmin kəsə) yol göstərməsin, ona ibrət olmasın! Məsələn, dini mətnlərdə qeyd olunmuşdur ki, bu ayın 24-cü günü, bir dilənçi Peyğəmbər məscidinə daxil olub oradakıların ona yardım etməsini istəyir. Heç kim yardım etmədiyi halda, Əli (ə) namazda ruku halında ikən barmağındakı üzüyü həmin ehtiyaclı kimsəyə verir.
Mübarəkə şəhristanı
Mübarəkə şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mübarəkə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 132,925 nəfər və 35,276 ailədən ibarət idi.
Aşağı Muradəli (Urmiya)
Aşağı Muradəli (fars. رادعلي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (42 ailə).
Yuxarı Muradəli (Urmiya)
Yuxarı Muradəli (fars. مرادعلي عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (49 ailə).