Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müctəhidlərin siyahısı
Bu siyahı hazırda 12 imam şiəsi/üsuli əqidəsində olan insanlar tərəfindən qəbul edilən müctəhidlərin (مرجع Mərcei-təqlid) siyahısıdır.
Məhəmməd ağa Müctəhidzadə
Məhəmməd ağa Müctəhidzadə-şair, təzkirəçi == Həyatı == Məhəmməd ağa Mirzə Sədray oğlu Müctəhidzadə 1867-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almış, daha sonra mədrəsədə oxumuşdur. Onun tərcümeyi-halı ilə bağlı məlumatlar o qədər də zəngin deyildir. Tədqiqatçıların yazdığına görə, Məhəmməd ağa gənc yaşlarından öyrənmək və bilik əldə etmək məqsədilə səfərə çıxmış, İran, İraq və Osmanlı dövlətlərini gəzib dolaşmışdır. Bu səyahətlər onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. O, həmçinin Türkiyədə də təhsilini davam etdirmişdir. Azərbaycanda rus-sovet müstəmləkəçiliyi dövründə Məhəmmədağa Müctəhidzadə Bakıda və Ağdamda yaşamış, bədii və elmi yaradıcılığını davam etdirmiş, daha çox pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Məhəmməd ağa Müctəhidzadə şair, yazıçı, tərcüməçi, pedaqoq Həsənəli xan Qaradağinin qudası olmuşdur. O, 1958-ci ildə Ağdamda vəfat etmişdir. == Bədii yaradıcılığı == Məhəmməd ağa Müctəhidzadə yaradıcılığa şeirlə başlamışdır.
Müttəhim
Müttəhim və ya Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə məhkəməyə gətirilən şəxsdir. Barəsində cinayət işi açılmış və cinayət məhkəməsinin vermiş olduğu qərar hökmünün qüvvəyə minməsinə qədər cinayətdə şübhəli bilinən şəxsdir.
Mücahid
Mücahid (ərəbcədir) — din uğrunda, müqəddəs iş uğrunda mübariz, müqəddəs müharibənin, cəhadın iştirakçısı deməkdir. Bütün müsəlman şərqində, məsələn, Əlcəzairdə, İranda, Əfqanıstanda, Çeçenistanda və başqa ölkələrdə işlədilən termindir. Sosial, milli azadlıq hərəkatlarında, habelə dini hərəkatlarda iştirak edən şəxslərə mücahid deyilir. == Həmçinin bax == Şəhid == Xarici keçidlər == Dəyərlər saytı Dil--aztr Arxivləşdirilib 2011-02-01 at the Wayback Machine Əlşiə saytı Dil--aztr Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine İrfan dərgisi Dil--aztr Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.91.
Mütəzid
Mütəzid (ən geci 861, bilinmir, Abbasilər – 5 aprel 902, Bağdad, Abbasilər) — Abbasi xəlifəsi. == Həyatı == On altıncı Abbasi xəlifəsi Əbul-Abbas əl-Mütəzid Billah Əhməd ibn əl-Müvəffəq Billah Talha (Məhəmməd) ibn Cəfər 857-ci ildə Səmərrada anadan olmuşdur. Anası Savab bizans əsilli cariyədir. Zəki, cəsur və heybətli görünüşə malik Mütəzid Abbasilər sülaləsinin ən nüfuzlu xəlifələrindən biridir. Xəlifə seçildiyi dövr Abbasi xilafətinin tənəzzülə uğradığı vaxta təsadüf etməsinə baxmayaraq, qısa zamanda dövlətin möhkəmlənməsinə, xəzinənin yenidən formalaşdırılmasına nail olmuşdur. Şəxsi keyfiyyətlərinə və Abbasilər xanədanın yenidən dirçəltməsinə görə tarixçilər onu "İkinci Səffah" (Abbasilərin ilk xəlifəsi Səffah olmuşdur) adlandırmışlar. Gənc yaşlarında əmisi Mütəmidin xəlifəliyi dövründə vəzir olan atası Müvəffəqlə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. Atasının ölümündən sonra vəzir vəzifəsini icra edən Mütəzid xilafətin mütləq hakimi səlahiyyətini ələ keçirmiş və xəlifəyə təsir imkanlarını xeyli genişləndirmişdir. Nəticədə xəlifə Mütəmid oğlu Müvəffəzi vəliəhdlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mütəzidi vəliəhd elan etmək məcburiyyətində qalmışdır. Bu hadisədən altı ay sonra müəmmalı şəkildə vəfat edən Mütəmidin yerinə keçərək xəlifə olmuşdur.
Daliya Mücahid
Daliya Mücahid (ing. Dalia Mogahed; 1974, Qahirə) — Misir mənşəli Amerika alimi. O, Qallupun müsəlmanlar üzrə araşdırmalar mərkəzinin icraçı direktorudur ki bütün dünyada müsəlmanların mövqeyini əks etdirmək üçün məlumat və təhlil təmin edən bitərəf araşdırma mərkəzidir. Daliya Mücahid, "Din Əsaslı və Çevrə Müəssisələr üzrə Ağ Ev Ofisi"ndə ABŞ prezidenti Barak Obamanın müşaviri kimi seçilmişdir.
Mücahid (jurnal)
Mücahid — Azərbaycan siyasi mühacirətinin Türkiyədə nəşr etdirdiyi aylıq jurnal. == Tarixi == 1955-ci ilin iyulundan 1962-ci ilin iyununa kimi Çingiz Göygölün redaktorluğu ilə çıxmışdır. İlk nömrəsindəki proqram məqaləsində "bütün gücünü məhkum türk ellərinin qurtuluş davasına və kommunizm ilə mücadiləyə" yönəldəcəyini bildirirdi. == Fəaliyyəti == Qafqaz birliyi ideyasına və bu fikrin daşıyıcılarına kəskin müxalifətdə duran "Türk izi" jurnalının nəşri dayandıqdan sonra çıxmağa başlayan "Mücahid" öz sələfinin mövqeyini bir qədər yumşaltsa da, yalnız türk birliyini qəbul etdiyini gizlətmir, "Türküstan, İdil-Ural, Şimali Qafqaz, Azərbaycan və Krım mücahidlərinin də müştərək bir türk cəbhəsi halında çalışmaları lüzumuna inandığını bəyan edirdi". Bununla bərabər, "Mücahid" Şimali Qafqazla Azərbaycan arasında dostluq və iş birliyi tərəfdarı və təbliğatçısı olmuşdur. "Şimali Qafqaz və Azərbaycan qardaşlığı" məqaləsində (1962, may-iyun, № 49-50) jurnal qeyd edirdi ki, Şimali Qafqazla Azərbaycan arasında sıx mənəvi yaxınlaşma mövcud olmuş, hətta Şimali Qafqazlılar Rusiyada çar rejimi devrildikdən sonra, qurduqları müstəqil Cümhuriyyətin dövlət dili kimi Azərbaycan türkcəsini qəbul etmiş, orta və ali məktəblərdə təhsilin türkcə tədrisinə qərar vermişdilər. "Mücahid" türkdilli xalqların tarixi, ədəbiyyatı, adət-ənənəsi, tanınmış liderləri haqqında materiallar dərc etmiş, türkçülük, türk birliyi ideyasına öz töhfəsini vermişdir.
Mücahid Partiyası
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. === Fəaliyyəti === Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Mücahid təşkilatı