MÜSTƏBİD

sif.is. [ ər. ]
1. İstibdadçı, zalım hökmdar, hakimi-mütləq.
Müstəbidlər yaşamaqçın rahət; Şairi əldə ediblər alət. A.Səhhət.

2. Zalım, zülmkar, qaniçən.
[Atabala] çox məzlumları zalımların pəncəsindən qurtarmış, çox müstəbidin ocağını söndürüb yelə sovurmuşdu. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜSTƏBİD 1. MÜSTƏBİD, HAKİMİ-MÜTLƏQ, İSTİBDADÇI (zalım hökmdar) 2. müstəbid bax zalım
  • MÜSTƏBİD zalım — zülmkar — despot — qaniçən — əzazil

Antonimlər (əks mənalı sözlər)

  • MÜSTƏBİD MÜSTƏBİD – ZAVALLI Müstəbiddir, cəlladdır, qaniçəndir, kütbaşdır (M.İbrahimov); Mən ürəyimdə heyifsiləndim ki, zavallı qızı məktəbdən məhrum edəcəklər
MÜSLİM
MÜSTƏBİDLİK

Digər lüğətlərdə