Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Mustelia
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Musteyka
Musteyka (lit. Musteika) — Litvanın cənub hissəsində, Varenski rayonunun tərkibində kənd. 2011-ci ildə Musteykanın əhalisi 61 nəfər təşkil edir. Kənd Druskininkaydan təxminən 30 km cənub-şərqdə, Marcinkonis kəndindən 12 km cənubda yerləşir. Dainava meşəsinin (Grodno meşəsi) dərinliklərində, Musteyka çayı üzərində, Belarusiya ilə sərhəddən 5 km aralıda qərarlaşır. Bu, Litvanın ən cənub yaşayış məntəqələrindən biridir (kadastrın məlumatına görə, ölkənin ən cənub nöqtəsi Musteykaya aiddir). Kənd Cukiy Milli Parkında, ölkədə ən böyük təbiət qoruğu olan Çepkelyay bataqlıqlarından 5 km şərqdə yerləşir. Hissələr: Qaydzyay, Kazabulyau, Kones Averkov (Styaponay və Auqustelyay), Mişkinyay, Barabonay. Musteyka etnoqrafik kənddir. Kənddə ənənəvi taxta memarlıq qorunub saxlanılmışdır.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Müstəin (xəlifə)
Əbül Abbas Əhməd ibn Məhəmməd ibn Məhəmməd (ərəb. أبو العباس أحمد بن محمد بن محمد‎) və ya Əl-Müstəin (ərəb. المستعين بالله‎) (d. 836 - ö. 17 oktyabr 866) — 12. Abbasi xəlifəsi. Saliba, George, ed. (1985). The History of al-Ṭabarī, Volume XXXV: The Crisis of the ʿAbbāsid Caliphate: The Caliphates of al-Mustaʿīn and al-Muʿtazz, A.D. 862–869/A.H. 248–255. SUNY Series in Near Eastern Studies.
Müsənna mühafəzəsi
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Müştəba Əliyev
Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir.
İbn əl-Müsənna
İbn əl-Müsənna (tam adı: Fəxrəddin Əbülfəzl İsmayıl ibn əl-Müsənna ət-Təbrizi) — Bağdadın "ən-Nizamiyyə" mədrəsəsində mühazirələr oxuyur. O, "Azərbaycan tarixi" əsərinin müəllifidir. Lakin çox təəssüf ki, bu əsər bizə qədər gəlib çatmamışdır. İbn əl-Müsənna hicri 580 (1185)-ci ildə Təbrizdə vəfat etmişdir. Görkəmli şəxsiyyətlərin kartotekasını tərtib edən İbn əl-Fuvati yazır: "Mən Təbrizdə tam mənasında gör-kəmli şəxsiyyətlər barəsində soruşanda mənə İbn əl-Müsənnanın adını çəkdilər. Mən soruşdum: "Ona bənzər ikincisi varmı?" və mənə cavab verdilər: "O, təkdir və ikincisi yoxdur".
I Rəvvad ibn Müsənna əl-Əzdi
I Rəvvad ibn Müsənna əl-Əzdi (ərəbcə: الرواد بن المثنى الأزدي) (VIII—XII) — VIII-XII əsrlərin ortalarından etibarən Cənubi Azərbaycanda hökm sürən Ravvadidlər sülaləsindən olan və Rəvvadilər dövlətinin qurucusudur. Əbbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur Yəmən Ərəblərini oraya köçürərək Yezid ibn Hatim əl-Mühəlləbini (785-786) Azərbaycan hakimi təyin etdi. Onnlardan biri, Təbrizdə məskunlaşan, Əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn Müsənna idi. Sonralar müstəqil feodal mülkiyyətinin başçısı oldu. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar Rəvvada verilmişdi. Rəvvadın üç oğlu var idi: Məhəmməd (813-845), əl-Vəcnə və Yəhya (ö. 849).