Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmmədkərim Quliyev
Məmmədkərim Ağakərim oğlu Quliyev — Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, Texnika elmlər doktoru, professor == Həyatı == Məmmədkərim Quliyev 1935-ci ildə Bakı şəhərinin Əhmədli kəndində anadan olmuşdur. O, 1953-cü ildə Əhmədli kəndindəki 64 saylı məktəbi əla qiymətlərlə başa vurmuş, elə həmin ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) əyani şöbəsinə qəbul olunmuş və "Avtomatik, telemexanik, elektrik ölçüsü qurğular və cihazlar" ixtisası üzrə təhsil almışdır. İnstitutda oxuduğu illərdə M.Quliyevə görkəmli alimlər, o cümlədən elektrotexnika üzrə professor Zəki Kazımzadə, elektrik ölçmələri fənni üzrə professor Tofiq Əliyev, avtomatika üzrə professor Əsgər Abdullayev və başqa tanınmış alimlər dərs demişlər. O, institutun ictimai həyatında fəal iştirak etmiş, Kiyevin və İrəvanın elektrik ölçücü cihazlar zavodlarında istehsalat təcrübəsi keçmişdir. Məmmədkərim Quliyev o vaxtkı Leninqrad şəhərinin "Elektropult" zavodunda "Paylanmış tipli teleidarə qurğusu" mövzusunda diplom işini yerinə yetirmiş və Fremke, Ambrosoviç kimi görkəmli mütəxəssislərdən məsləhətlər almışdır. Tanınmış alim İzzət Nəbiyevin rəhbərliyi ilə yerinə yetirilən həmin diplom işi 1958-ci ildə müdafiə zamanı "əla" qiymətləndirilmiş və o, dövlət imtahan komissiyasının qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun hesablama mərkəzinə (indiki Kibernetika İnstitutu) göndərilmişdir. Məmmədkərim Quliyev 1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına "Hesablama texnikası" ixtisası üzrə qəbul olunmuş, aspirantura müddətində Moskvaya, SSRİ Elmlər Akademiyasının "Avtomatika və telemexanika" İnstitutuna ezam edilmiş, orada professor A.A.Feldbaumun rəhbərlik etdiyi laboratoriyada tədqiqat işləri aparmışdır. O, 1965-ci ildə Moskvada qeyri-stasionar proseslərin modelləşdirilməsi ilə əlaqədar dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıdan Məmmədkərim Quliyev Kibernetika İnstitutunda əmək fəaliyyətini uğurla davam etdirmişdir. 1974-cü ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə o, doktorluq dissertasiyası üzərində işlərini tamamlamaq üçün Moskvaya ezam edilmişdir.
Məmmədkərim ağa Qayıbov
Məmmədkərim ağa Qayıbov — hərbçi. Fərrux ağa Qayıbovun atası. == Həyatı == Məmmədkərim ağa hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il 5 avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur. == Ailəsi == Ailədə dörd uşaq atası olan Məmmədkərim ağa Qayıbov Məmmədkərim ağa özü də hərbçi idi.
Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacı oğlu Kərimov (1906, Nuxa – 12 iyun 1977, Şəki) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur.Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli.
Məmmədşərif Həmidov
Məmmədşərif Həbibulla oğlu Həmidov (23 fevral 1917, Nuxa – 14 fevral 1969) — azərbaycan mənşəli SSRİ generalı. == Həyatı == Məmmədşərif Həbibulla oğlu Həmidov 1917-ci il fevral ayının 23də Şəki şəhərində anadan olmuşdur. O, 1929-cu ildən Nuxanın (Şəki) İpəksarma müəssisələrində, 1937-1940 illərdə Şəki komsomol və partiya komitələrində işləmişdir. 1940-cı ildən sovet ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olmuşdur. M.Həmidov 1945-ci ildə Ali zabitlər məktəbini bitirmişdir. Hərbi təhsilini başa verdikdən sonra, o, 1949-1956-cı illərdə Xaçmaz rayon hərbi komissarlığında şöbə rəisi, 1956-1960-cı illərdə Bakı şəhəri Hərbi Komissarı vəzifələrində çalışmışdır. O, 1960-cı ildə ADU-nun Tarix fakültəsini bitirmişdir. 1960-1969-cu illərdə Azərbaycanın Hərbi Komissarı olmuşdur. Məmmədşərif Həmidov 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 2 "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmişdir.Hərbi xadim, general-mayor Məmmədşərif Həbibulla oğlu Həmidov 1969-cu ildə vəfat etmişdir.
Məhəmmədkərim kəndi (Şot)
Məhəmmədkərimkəndi (fars. محمدكريم كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məhəmmədkərim xan Minnət
Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar - XVIII əsr şairi, hakim. == Həyatı == Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar İsfahan şəhərində anadan оlmuşdu. Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmində Tehran şəhərinin hakimi idi. Bir çоx müharibələrdə böyük igidliklər göstərmişdi. Əmiraslan xan Qırxlı-Avşar оnu Məhəmmədisa xan Qasımlı-Avşarın yеrinə Urmiyaya hakim təyin еtmişdi. 1745-ci ildə Urmiyanın hakimi оlarkən Nadir şaha qarşı çıxdığından tutulub kоr еdilmişdir. Məhəmmədkərim xan şair idi. Minnət təxəllüsü ilə incə təbli şеirlər yazırdı.
Məmmədşərif sultan Şeylanlı
Məmmədşərif sultan Şeylanlı (1803-?)-sərkərdə, oba başçısı == Həyatı == Məhəmmədşərif sultan Şərəf sultan oglu 1803-cü ildə Qaraçorlu mahalının Şeylanlı camaatının Bozlu obasında anadan olmuşdu. Mollayanında oxumuşdu. Atasından sonra Şеylanlı icmasına başçılıq еtmişdi. II Rus-Iran savaşlında bir çox igidliкlər göstərmişdi. == Ailəsi == Məhəmmədşərif sultanın Ağaxan bəy, Musa bəy, Mеhdi bəy və Balaxan bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şeylanlı camaatı: Tarixin son üçyüz illiyi, "Soy" dərgisi, 2(35), 2010.
Mirzə Məhəmmədkərim bəy Kəbirli
Mirzə Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu Kəbirli (1779-?) — xəttat. == Həyatı == Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu 1779-cu ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə adlanırdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Divanxanada katib vəzifəsində qulluqda idi. Xanın yaxın adamlarından sayılırdı. Mirzə Məhəmmədkərim bəy xoşxət xəttat idi. Kitab üzü köçürürdü.
Məmmədkazım Ələkbərli
Məmmədkazım Ələkbərli (24 yanvar 1905, Dərbənd, Dağıstan vilayəti və ya Dağıstan – 12 oktyabr 1938 və ya 13 oktyabr 1938, Bakı) — Azərbaycan yazıçısı, tənqidçi, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) ilk sədri (1934). == Həyatı == Məmmədkazım 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, Azərbaycan Dövlət Pedaqoyi İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923–1927). Moskvada Qırmızı Professorlar İnstitutunda təhsilini davam etdirmişdir (1930–1934). ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi". "Vışka" qəzetlərində baş redaktor olmuşdur. 21 oktyabr 1937-ci il, cümə axşamı siyasi repressiya dövründə güllələnmişdir. == Əsərləri == "İdealizm və materializm və yaxud yeni fəlsəfə" (1927). "Yeni əlifba və orfoqrafiya" (1929). "Azərbaycan ədəbiyyatı" (1935) kitablarının müəllifi olmuşdur.
Məmmədyeri yaşayış yeri
Məmmədyеri yаşаyış yеri — Şərur rayonunun Axaməd kəndinin şimаlındа yеrləşir. Yаşаyış yеri hər tərəfdən su kаnаlı ilə əhаtə оlunmuşdur. Təsərrüfаt işləri nəticəsində mədəni təbəqə dаğılmış və mаddi-mədəniyyət nümunələri ətrаfа yаyılmışdır. Mаddi-mədəniyyət qаlıqlаrı bаşlıcа оlаrаq çəhrаyı və bоz rəngdə bişirilmiş kеrаmikа nümunələrindən ibаrətdir. Bоz rəngdə bişirilmiş kеrаmikа nаrın qum qаrışığı оlаn gildən hаzırlаnаrаq yахşı bişirilmiş, хаrici səthi hаmаrlаnmış, bəziləri isə cilаlаnmışdır. Çəhrаyı rəngli kеrаmikа yахşı bişirilmiş və cilаlаnmışdır. Хаlq аrаsındа оlаn məlumаtа görə аbidənin оlduğu ərаzi «kəbirli» və «kəlbili» аdı ilə də tаnınmışdır. Аşkаr оlunаn mаddi-mədəniyyət qаlıqlаrınа əsаsən yаşаyış yеrini е.ə. I minilliyə аid еtmək оlаr.