Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəhramnamə
Bəhramnamə — bəstəkar Eldar Mansurov tərəfindən bəstələnmiş muğamla müasir musiqi növlərinin sintezindən ibarət musiqi albomu. "BƏHRAMNAMƏ" (Bahramnameh) əsəri 2004-cü ildə bəstəkar Eldar Mansurov tərəfindən yaranmışdır. Bu əsər onun atası - görkəmli tarzən Bəhram Mansurovun xatirəsinə həsr olunub. Eldar Mansurov "BƏHRAMNAMƏ"də vaxtilə atasının ifa etdiyi azərbaycan muğamlarının lent yazılarından istifadə edib. Belə ki, bu əsərdə muğam hissələri Bəhram Mansurovun, digər musiqi parçaları isə Eldar Mansurova aiddir. Bəstəkar burada muğamla rok və simfonik musiqinin sintezini yaradıb. "BƏHRAMNAMƏ"nin instrumental versiyası 12 müğamdan ibarətdir. Bunlar: Bayatı-Şiraz, Segah, Mahur-Hindi, Şur, Şüştər, Rast, Hümayun, Bayatı-kürd, Çoban-bayatı, Nəva-Nişapur, Kürdü-şahnaz və Çahargahdır. "BƏHRAMNAMƏ"nin ikinci versiyası vokal-instrumental formadadır. Bu da muğamla rok musiqisinin sintezi əsasında qurulmuşdur.
Mehracnamə
Mehracnamə — klassik ədəbiyyatda, xalq poeziyasında Məhəmməd peyğəmbərin merac səfəri ilə bağlı yazılmış şeirlərdir. Merac, mirac – "yüksəlmə", "qalxma" deməkdir. Leylət əl-Merac – Məhəmməd peyğəmbərin merac etdiyi gecə (Qəməri təqvimi ilə 7-ci ay – Rəcəbin 27-si) dini bayram kimi İslamda qeyd edilir. Ona Rəcəb bayramı deyilir. Dini rəvayətə görə, həmin gecə Məhəmməd peyğəmbər göyün üzü ilə Qüdsə əfsanəvi səyahət etmişdir. Oradan isə “nur pilləkəni” ilə qalxaraq Allahla görüşüb söhbət etmişdir. Meraca bəzən “pilləkən gecəsi” də deyirlər. Şərq, eləcə də türk xalqlarının ədəbiyyatında məhz meracla bağlı şeirlər yaranmışdır ki, bu silsilədən yaranan nümunələri meracnamələr kimi bir anlamda təhlil etmişlər. Yunis İmrənin “Ya Rəbbi Səttarül-Eyyub, səndən dilərəm ümmətim” və s. bu silsiləyə daxildir.