Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aldanmış kəvakib
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Aldanmış kəvakib (film, 1974)
Aldanmış kəvakib televiziya tamaşası 1974-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. == Məzmun == Artıq 7 ildir ki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, 15 gündən sonra şahı devirəcəklər. Elə münəccimin bu xəbərindən sonra əsas hadisələr cərəyan etməyə başlayır. Şah əsas vəzirlərini başına toplayır və məsləhətləşir. Baş münəccimin məşvərətilə belə qərara gəlirlər ki, Şah Abbas bir müddətlik hakimiyyəti hansısa "kafirə" versin və onların seçimi yəhərçi Yusif olur. == Film haqqında == Televiziya tamaşası saxlanılmayıb. Televiziya tamaşası Mirzə Fətəli Axundzadənin eyniadlı povesti əsasında hazırlanıb.
Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Mavaki abidəsi
Mavaki abidəsi (真脇遺跡, Mavaki iseki) – Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında yerləşən, Comon dövrünə aid arxeoloji abidə. == Tarixi == Abidə 1982–1983-cü illərdə kanal tikintisinin tədqiqat işləri zamanı təsadüfən kəşf edilmişdir. Mavaki abidəsi 1989-cu ildə Yaponiyanın Milli Tarixi Yeri elan olunmuşdur. Burada aşkarlanmış 219 arxeoloji artefakt 1991-ci ildə əhəmiyyətli mədəni mülk statusu almışdır. Abidə ərazisində arxeoloji park yaradılmışdır. Burada Mavaki Arxeologiya Muzeyi (真脇遺跡縄文館, Mavaki iseki Comonkan) fəaliyyət göstərir. == Xüsusiyyətlər == Arxeoloji abidədə balıqqulağı qalıqları, kütləvi qəbirlər, bir çox dulusçuluq məmulatları, terrakotta fiqurları, qaban, maral, dovşan sümükləri, eləcə də, bitki toxumları tapılmışdır. Burada tapılmış yüzlərlə delfin sümüyü Comon dövrünün yerli əhalisinin delfin ovladığını sübut etməklə yanaşı delfin sümüklərindən alət kimi istifadə etdiyini, hətta digər yaşayış yerlərindən olan insanlarla mübadilə vasitəsi kimi istifadə etdiyini göstərir. Mavaki abidəsindən tapılmış gil maska Yaponiyada tapılmış ən qədim belə maskadır və şaman ritualları üçün hazırlandığı güman olunur. Abidənin ön plana çıxan xüsusiyyəti 10 ədəd şabalıd ağacının gövdəsindən ibarət dairəvi strukturun qalıqlarıdır.
Əbdürrəhman əl-Kəvakibi
Əbdürrəhman əl-Kəvakibi (ərəb. عبد الرحمان الكواكبي‎, 9 iyul 1855, 8 iyul 1855 və ya 1849, Hələb – 14 iyun 1902 və ya 22 iyun 1902, Qahirə) — suriyalı mütəfəkkir. 1898-ci ildə Misirə getdi.
Sair-Məvazi nahiyəsi
Sair-Məvazi nahiyəsi - XVIII əsrdə Naxçıvan ərazisində yaradılmış nahiyə. == Nahiyənin təşkili == XVI əsrdə Naxçıvan nahiyəsinə tabe olmuş kəndlərin hesabına Osmanlıların II idarəçiliy dövründə yaradılan Sair-Məvazi nahiyəsi qərbdən Naxçıvan, şimaldan Dərəşahbuz, qərbdən Dərənürgüt, cənubdan Əlincə nahiyələri ilə həmsərhəd olmaqla 249 km2 ərazini əhatə edirdi. == Tarixi-coğrafi yerləşməsi və inzibati quruluşu == Nahiyəyə 15 kənd və 2 məzrəə daxil idi . 1727-ci ildə Alagöz məzrəəsi kimi qeydə alınmış ərazi, 1728-ci ildə kənd kimi qeyd olunmuşdur. İndiki Babək rayonuna aid olan Nəhəcir, Sirab, Qahab, Məzrəə, Vayxır kəndləri və Culfa rayonuna aid olan Ərəfsə kəndi məhz bu nahiyənin tərkibinə daxil idi. Əfşarların idarəçiliyi dövründə Qışlağat, Mülki-Arslan, Məvaziyi-Xatın, Şahbuz nahiyələri kimi Sair-Məvazi¸ nahiyəsi də Naxçıvan mahalının tərkibində birləşdirilmişdi. Mahalın mərkəzi Naxçıvan şəhəri olmuşdur. == Mənbə == Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.