MƏVACİB

is. [ ər. ] köhn. Maaş, əmək haqqı.
[Qulu:] Mən hətta bir neçə adam bilirəm ki, mənim ağamdan az məvacib alırlar. N.Nərimanov.
[Əmrah:] Ayda iki manat məvacib verirlər, onu da adama zəhrimardan pis eləyirlər. Ə.Haqverdiyev.
[Pristav qorodovoylara:] Müftəcə məvacib alıb, il uzunu bircə qəpikliksə də iş görmək istəmirsiniz… Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏVACİB məvacib bax maaş
  • MƏVACİB maaş — donluq

Etimologiya

  • MƏVACİB Ərəbcə vacib sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏVA
MƏVACİBLİ

Digər lüğətlərdə