Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmmədqulu Məmmədov
Məmmədqulu Məmmədəli oğlu Məmmədov (1897, Qoçəhmədli, Cəbrayıl qəzası – 1958, Qoçəhmədli, Qaryagin rayonu) — dövlət xadimi, inqilabçı. == Həyatı == Məmmədqulu Məmmədalı oğlu 1897-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində dünyaya göz açmışdı. Qarğabazar kənd məktəbini bitirmişdi.1914-cü ildən Bakıda Balaxanı və Zabrat nеft mədənlərində işləmiş, inqilabı hərakata qoşulmuşdu.1918–1920-ci illərdə Qoçəhmədli kəndində qırmızı partizan dəstəsində əksinqilabi qüvvələrə qarşı mübarizə aparmışdı. Sovеt dönəmində Cəbrayıl qəza milis şöbəsində məsul vəzifələrdə işləmiş, Qaryagin, Ağdam, Cəbrayıl və başqa rayonlarda banditlərə qarşı vuruşmalarda iştirak еtmişdi. Məmmədqulu Məmmədov Qaryagin rayonunda koopеrativlər ittifaqında şöbə müdiri, kolxoz sədri, kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdı. Məmmədqulu Məmmədov Lеnin ordеni, "Şərəf nişanı" ordеni və mеdallarla təltif еdilmişdi. Məmmədqulu Məmmədov 1958-ci ildə vəfat еdib. Soyağacı Qardaşı oğlu: Murad Məmmədov == Mənbə == Ənvər Çingizoğlu, Qoçəhmədli kəndi, Bakı, "Şuşa", 2011.
Məmmədqulu Şuşinski
Məmmədqulu (Məhəmmədqulu) Şuşinski və ya Dabbax Məmmədqulu (Məhəmmədqulu) (1874, Şuşa – mart 1929, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məmmədqulu 1874-cü ildə Şuşa şəhərində yerləşən "Ayaqyalın qurdlar" (Kiçik qurdlar) məhəlləsində dabbaq ailəsində doğulmuşdur. O, ailəsi kimi dabbaqlıqla məşğul olduğu üçün "Dabbax Məmmədqulu" ləqəbi ilə çağırılmışdır. İlk təhsilini Şuşada Kor Xəlifənin hücrəsində alan Məmmədqulu tarzən Şüşülü Qrikorun dəstəsinə qoşulmuşdur. Atası tərəfindən Mir Möhsün Nəvvabın məktəbinə göndərilən Məmmədqulu burada üç il muğam dərsləri keçmiş, 19 yaşında olarkən Qarabağın musiqi məclislərində xanəndəlik etməyə başlamışdır. 20 yaşında olarkən o, tarzən Qrikor, qarmonçu İsi bəylə məclislərdə iştirak etmiş, "Qarabağ şikəstəsi"ni özünəməxsus şəkildə oxumuşdur.Məmmədqulunun xanəndəliyik sənətinin formalaşmasında XIX əsr müğənnisi Şahsənəm oğlu Dəli İsmayılın və tarzən Şüşülü Qrikorun köməyi olmuşdur. Dəli İsmayıl onun zil səsini, zəngulələrini nəzərə almış, ona ilk öncə major ruhlu muğamları, ələlxüsus "Hasar", "Müxalif", "Kürdü-Şahnaz", "Heyratı" kimi uzun nəfəs, davamlı zəngulə tələb edən muğamları öyrətmişdi. Malıbəyli Həmid də Məmmədqulunun ifaçılıq istiqamətinin müəyyənləşməsində rol oynamışdır. Onların dostluq əlaqələri nəticəsində Məmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınmağa başlamışdır.Tiflis məclislərinin birində Məmmədqulu ilə yaxından tanış olan Bülbülcan bir neçə il ərzində Tiflisdə dəvət olunduğu məclislərə onu özü ilə aparmışdır. Məmmədqulu 1905-ci ildən sonra Şuşaya qayıtmış və yenidən Şuşa məclislərində iştirak etməyə davam etmişdir.
Mirzə Məmmədqulu Təbib
Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu Qayıbov (1818, Şuşa – 1875, Şuşa) — şair, həkim. == Həyatı == Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu 1819-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini atasından almışdı. Atasının vəfatından sonra anasının və əmisinin himayəsində böyümüşdü. Anası oxumağa həvəsini görüb, onu İsfahana göndərir. İsfahanda Məmmədqulu bəyi mədrəsədə yer olmadığını bəhan gətirib qəbul etmək istəmirlər. Bunu görən Məmmədqulu bəy su ilə tam dolu piyaləyə bir gül yarpağı atır, bunun nə demək olduğunu soruşan müəllimlərə Məmmədqulu bəy belə cavab verir: "Görürsünüzmü, bir gül yarpağı, dolu piyaləni daşırtmadı, məgər bir adam, belə böyük bir mədrəsə üçün artiq ola bilərmi?" Uşağın bu fərasətini görən rəhbərlik onu mədrəsəyə qəbul edir. Məmmədquli bəy təhsilini müvəffəqiyyətlə başa vurub, tibb elminə sahib olur. Onu yüksək savadına görə şah sarayında həkim vəzifəsində saxlamaq istəyirlər, lakin vətənə, doğma yurda, ailəyə olan məhəbbəti onu dəbdəbəli saray həyatını qoyub, doğma Qarabağa çəkib gətirir. Mirzə Məmmədqulu bəy Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin şəxsi həkimi və vəqfinin mütəvəllisi idi.
Aslanov Novruz Məmmədqulu oğlu
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. == Həyatı == Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. == İkinci dünya müharibəsi == 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.