Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Madita
Madita (tam adı: Edita Malovçiç, bosn. Edita Malovčić, səhnə adı ilə alm. Madita‎; 21 yanvar 1978, Vyana) — Avstriya müğənnisi və Bosna əsilli aktrisa. Atası bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçdir. Madita sinti pop, R&B və caz da daxil olmaqla müxtəlif janrlarda ifa edir. == Həyatı == Edita Malovçiç Vyanada bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçin Serbiyalı xanımla olan ilk nikahından dünyaya gəlmişdir. Maditanın bildirdiyinə görə, o, atası ilə uzun müddət əlaqə saxlamamışdır və atası ilə bağlı heç də "xoş xatirələri yoxdur".2003-cü il təvəllüdlü bir oğlu var. == Karyerası == === Aktrisalıq karyerası === Madita musiqişünaslıq təhsili ilə yanaşı özəl aktyorluq dərsləri almışdır. 1999-cu ildə bir çox mükafata layiq görülmüş Avstriya istehsalı Şimal ətəkləri filmində oynamışdır. Filmin mövzusu Bosniya müharibəsi idi.
Euphorbia maritae
Euphorbia maritae (lat. Euphorbia maritae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Mahima Çaudxari
Mahima Çaudxari (ing. Mahima Chaudhry; d. 13 sentyabr 1973) — hind aktrisası və modeli. == Həyatı == 13 sentyabr 1973-cü ildə Kanadanın Kelouna şəhərində anadan olmuşdur. İnternat məktəbində təhsil almışdır. Əsl adı Rita Çaudxaridir. Kinoya çəkilməmişdən qabaq model işləmişdir. Ailəlidir, iki övladı var.
Mehtab Qadınəfəndi
Mehtab Qadınəfəndi (d. 1830 - ö. 20 iyul 1888) — 31. Osmanlı sultanı Əbdülməcidin onuncu xanımı. == Həyatı == Mehtab xanım 1830-cu ildə Mahaçqalada dünyaya gəlmişdir. Əsl adı Nuriyə, atası Hişam bəy, anası isə Məlikə xanım idi. Erkən yaşlarında ailəsiylə birlikdə Rusiya imperiyasını tərk edib İstanbula gəlmiş, Osmanlı sarayına təslim edilmişdir. Osmanlı sarayına alınan çeçen əsilli nadir qadınlardan biridir. Sultan Əbdülməcidin hərəmxanasında xəzinədar olan Şevknihan xanım onun bibisi idi. Bu səbəblə sarayda mükəmməl təhsil almışdı.
Mehtab Quliyev
Mehtab Ənvər oğlu Quliyev (6 dekabr 1997, Kiçik Qaramurad, Gədəbəy rayonu – 30 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehtab Quliyev 6 dekabr 1997-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 2003-2014-cü illərdə həmin kəndin Nizami Gəncəvi adına tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Mehtab Quliyev 2019-cu il oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Mehtab Quliyev Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında qumbaraatan vəzifəsində xidməti zamanı nizamnamələrin tələblərinə riayət etmiş, yüksək intizamı, çalışqanlığı və yardımsevərliyi ilə fərqlənirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Mehtab Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandirləri tərəfindən ona verilən tapşırıqları uğurla yerinə yetirən Mehtab bir neçə dəfə həyatını riskə ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarmışdır. O, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən yüksəkliklərin düşməndən azad olunması uğrunda döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Mehtab Quliyev oktyabrın 30-da Zəngilanın azad edilməsi zamanı 1117.0 yüksəkliyində düşmənin əks hucumunun qarşısını alarkən həlak olmuşdur. Mehtab Quliyev noyabrın 3-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dəfn olunmuşdur.
Co Mahit
Co Mahit (17 iyul 1992, Port Vila) — Vanuatulu cüdoçu. Co Mahit Vanuatunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Co Mahit birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 66 kq çəkidə, 1/16 final mərhələsində Arubanın nümayəndəsi Ceyme Mata ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:100 hesabı ilə uduzdu.