Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mahrux Muradova
Mahrux Xəlil qızı Muradova (Ərdəbil – 2002) — tanımış müğənni. == Həyatı == Ərdəbil şəhərində, molla ailəsində anadan olub. 1943-ci ildən Azərbaycanda yaşayırdı. Yasamal qəbristanlığda dəfn edilib. == Sənəti == Əvvəlcədən "Lalə" qızlar ansamblın solisti, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti. Repertuarında həm bəstəkar mahnıları (Ş. Əbdülkərimov "Bala gəlin", Ə. Tağıyev "Külək" və digərləri), həm də xalq mahnıları ("Məryəmcan", "Sarı köynək"), muğam və təsnifləri var idi. Nəğmələri Ə. Quliyevin rəhbərliyi ilə, Baba Salahovun adına "Araz" ansamblları ilə oxuyub. 1990-cı illərdə azadlıqdan sonra Azərbaycan dövlət televizyasında xüsusi musiqili verlişə çəkilib. Musiqili verlişdə "Əziz dostum","Qaragilə","Ayrılıq" ,"Anam yadıma düşdü" ,"Aman təklik əlindən" və "Zabul Segah" muğamını ifa etmişdir. Mahrux Muradovanın ifasında Mahur, Şur və Cahargah təsnifləri ilə val buraxılıb (1975).
Typhlodromus macrum
Typhlodromus macrum (lat. Typhlodromus macrum) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus macrum Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Teucrium marum
Dərman məryəmnoxudu (lat. Teucrium marum) - məryəmnoxudu cinsinə aid bitki növü.
Lahrud
Lahrud və ya Ları— İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı nın Şərqi Meşgin bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,961 nəfər və 782 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Maarul
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir. Avar dili Şimali Qafqaz (Nax-Dağıstan) dil ailəsinin Yeni Qol (Avar-Andi-Tsez) dil qrupuna aiddir. 14 ləhcədə danışılır.
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Xəlilov — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998-1030).
Mamrux
Mamrux — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət hər iki cinsdən toplam 308 nəfər əhali yaşayırdı.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Şahrud
Şahrud — İranın Simnan ostanının şəhərlərindən və Şahrud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 126,916 nəfər və 35,548 ailədən ibarət idi.
Şahrux
Şahrux Mirzə (20 Avqust 1377, Səmərqənd-13 Mart 1447, Rey; fars. ‎: شاهرخ (Šāhrukh Mīrzā) ) — Teymuri imperiyasının 2-ci hökmdarı. == Həyatı == Şahrux Mirzə Əmir Teymurun 4-cü və kiçik oğludur. Anası Qarakitay qızı Tuqay Türkanağadır. Uşaq yaşlarından elmə, sənətə yüksək qiymət vermiş, incəsənətlə məşğul olmuşdur. Digər mirzələrdən fərqli olaraq gənc yaşlarında siyasi məsələlərdən uzaq olmuş, ordu işlərinə maraq göstərməmişdir. Bu səbəbdən atası tərəfindən çox sevilsə də, vəliəhd olaraq təyin edilməmişdir. 1397-ci ildə Əmir Teymur mərkəzi Herat şəhəri olan Xorasan əyalətinin idarəsini ona tapşırmışdı. == Hökmdarlığı == === Taxta çıxması === Teymur ölümündən əvvəl nəvəsi Pir Məhəmmədi vəliəhd təyin etmişdi. Onun bu vəsiyyəti oğlanları arasında narazılığa səbəb oldu.
Matsum.
Nindzo Matsumura (14 fevral 1856 və ya 1856, İbaraki prefekturası – 4 may 1928 və ya 1928, Tokio[d]) — Yaponiya botaniki. == Biblioqrafiya == Nindzo Matsumura 9 yanvar 1856-cı ildə Xitati əyalətində anadan olmuşdur. 1923-cü ilin noyabrında iflic olan Nindzo Matsumura 4 may 1928-ci ildə vəfat etmişdir. == Bəzi elmi əsərləri == Matsumura N. Nippon shokubutsumeii; or nomenclature of japanese plants in Latin, Japanese and Chinese. — Tokio, 1884. — 209 p. Matsumura N. Cryptogamae japonicae iconibus illustratae. — Tokyo, 1899–1901. Matsumura N. Index plantarum japonicarum. — Tokioni, 1904–1912.
Ayrum
Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir. "Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Gahru
Gahru— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,093 nəfər və 1,464 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
MARUV
Anna Borisovna Korsun (ukr. Анна Борисівна Корсун, rus. Анна Борисовна Корсун) peşəkar şəkildə Maruv adı ilə tanınan, Ukraynalı müğənni, bəstəkar, şair və prodüserdir. Kiyevdə yaşayır və işləyir. Korsun 2017-ci ilin fevralından 2018-ci ilin martınadək Maruv qrupunun üzvü idi. The Pringlez qrupunun davamçısı idi. Daha sonra, Korsun bir müsahibə verdi, o vaxtdan bəri Maruv təxəllüsü altında çalışdığını izah etdi. == Həyatı == Müğənni Ukraynanın Pavloqrad şəhərində Anna Popeliux olaraq anadan olub. Məktəbdə musiqi və rəqs oxudu. 2014-cü ildə, Xarkovdakı Xarkov Politexnik İnstitutundan qeyri-musiqi fənni üzrə məzun oldu.
Qarum
Qarum - Qədim Romada yeməklərin dadlandırılması üçün istifadə edilmiş yemək sousu. Balıq sousu olaraq bilinən qarumun cinsi aktivliyi yüksəldən afrodizyak tərkibli olduğu ehtimal edilməkdədir. Qədim Romada daha geniş yayılmasına baxmayaraq, qarumdan Qədim Yunanıstanda da istifadə edilmişdir. Əsasən tuna və ilan balqılarının daxili orqanlarının duzlanması ilə hazırlanan qaruma şərab, sirkə, qara istiot, yağ və duz kimi əlavələr edilirdi. Qarum təkcə yeməklərin hazırlanmasında yox eyni zamanda dərman və dərinin cavan saxlanılması üçündə istifadə edilmişdir.
Alessandro Mahmud
Alessandro Mahmud (12 sentyabr 1992, Milan, İtaliya) və ya sadəcə Mahmud — Ərəb əsilli İtaliya müğənnisi və bəstəkarı. O, ifa etdiyi "Soldi" mahnısı ilə 2019 Sanremo musiqi festivalında qələbə qazanaraq, İtaliyanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Mahmud Sanremoda iştirak haqqını festivaldan öncə gənc ifaçılar üçün keçirilən şouda "Gioventù bruciata" mahnısı ilə qələbə qazanaraq, əldə etmişdir. O, daha öncə İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümündə iştirak etmişdir. == Bioqrafiya == Alessandro Mahmud 12 sentyabr 1992-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Onun anası italyan, atası isə misirlidir. O, hələ kiçik yaşlarından musiqi ilə maraqlanmağa başlamışdır. 2012-ci ildə Mahmud İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümünə qatılmış və Simona Venturanın komandasında yer almışdır. Mahmudun yarışmadakı iştirakı yarışmanın üçüncü mərhələsində sona çatmışdır. Bu təcrübənin ardınca o, özü üçün mahnılar bəstələyib, ifa etməyə başlamışdır.
Bahram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Circus maurus
Circus maurus (lat. Circus maurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Diz (Şahrud)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (136 ailə).
Epidendrum mancum
Epidendrum mancum (lat. Epidendrum mancum) — səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü.
Gülnur Mahmud
Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir.O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub. G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir. "Qarabağ: real tarix, faktlar, sənədlər", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan Sarayı", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri", "İrəvan xanlığı: İrəvan qalası — qəhrəmanlıq qalası" və "Çuxursəd hakimləri və İrəvan xanları" kitablarını isə ərəb dilinə tərcümə edib.
II Mahmud
II Mahmud (Osmanlı türkcəsi: محمود ثانى — Mahmud-i sânî) (d. 20 iyul 1785 — ö. 28 iyun 1839) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi. == Həyatı == === İlk illəri və taxta çıxışı === 20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür.
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. === Patrona Xəlil dönəmi === Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Cəhrüm
Cəhrüm – İranın Fars ostanının şəhərlərindən və Cəhrom şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 103,023 nəfər və 25,946 ailədən ibarət idi.
Cəhrüm şəhristanı
Cəhrüm şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cəhrom şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 197,331 nəfər və 48,335 ailədən ibarət idi.