MƏHRƏM

sif.is. [ ər. ]
1. Çox yaxın sayılan, yaxın dost sayılan; sirdaş.
O gedəndən bəri bir məhrəmim yox; Ləzzətim yox, söhbətim yox, dəmim yox. Q.Zakir.
[Mirzə Heydər:] Əlbəttə, gərək heç bir şey gizləməyəsən.
Çünki biz məhrəmik. Ə.Haqverdiyev.

□ Məhrəm olmaq – yaxın olmaq, sirdaş olmaq.
Nə könlüm açılar, nə üzüm gülər; Səgrəqibə məhrəm olandan bəri. Q.Zakir.
Rəhim bəy və Səlim bəy Hüseynqulu ağanın ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə getdilər. S.S.Axundov.

2. Yaxın qohum olduqlarına görə izdivacları şərən haram və qadağan olan, buna görə də bir-birindən qaçınması lazım gəlməyən (qadın-qız və kişi). Dayı bacıqızıya məhrəmdir.
□ Məhrəm etmək – yaxın etmək, evləndirmək.
[Həmzə Axunda:] Mən xahiş etmək istəyirəm ki, iki qulbeçənizi bir-birinə məhrəm edəsiniz. C.Cabbarlı.

Məhrəm olmaq – yaxın olmaq, evlənmək.
[Kərbəlayı Nəbi:] İndi gərək … biz bir-birimizə məhrəm olaq. S.S.Axundov.

3. Gizli. Bədənin məhrəm yerləri.
MƏHRƏBA
MƏHRƏMANƏ

Digər lüğətlərdə

бура́нить заруба́ться излече́ние многоречи́вый обасурма́нить раскраса́вица чеки́стка шакалёнок ас зако́нчить ка́мня на ка́мне не оставить наэлектризо́ванный неприя́зненный падёж сертифици́рование услы́шать фа́утный access permit Gospel misarrange Quirinus radiobiology vidfilm изукрасить розарий