Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kabudçu
Kabudçu (fars. كبودچي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (5 ailə).
Mahmudlu
Mahmudlu — Azərbaycan soyadı və təxəllüs. == Kəndlər və qəsəbələr == === Azərbaycan === Mahmudlu (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Mahmudlu (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Seyid Mahmudlu — Azərbaycanın Füzuli rayonunda kənd. Birinci Mahmudlu — Azərbaycanın Füzuli rayonunda kənd. İkinci Mahmudlu — Azərbaycanın Füzuli rayonunda kənd. Üçüncü Mahmudlu — Azərbaycanın Füzuli rayonunda kənd.Mahmudlu (Cəbrayıl)Mahmudlu (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Mahmudlu (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində qəsəbə. === Ermənistan === Mahmudlu (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd. Mahmudcuq — İrəvan quberinyasının İrəvan qəzasında, indiki Artik rayonunda kənd.
Mamudzu
Mamudzu (fr. Mamoudzou) — Fransanın kommunası və şəhəri, dəniz ərazisi olan Mayottanın inzibati mərkəzi. 2011-ci ildən dəniz ərazisi olan Mayottanın 1977-ci ildən paytaxtıdır. == İnzibati bölgüsü == Mamudza adanın ən böyük kommunasıdır, üç dairəyə bölünür. Ona şəhərdən əlavə 6 kənd də daxildir. == Əhalisi == 2007-ci il siyahıyalınmasına görə əhalisi 53 022 nəfərdir.
Babək Mahmudlu
Babək Süleyman oğlu Mahmudlu (27 noyabr 1995, Biləsuvar – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Mahmudlu 1995-ci ilin noyabrın 27-də, Biləsuvar şəhərində anadan olmuşdur. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır. == Hərbi xidməti == Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu "İstiqlal" snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respubliasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir.27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad olunması uğurunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, 89 düşmən əsgərini "İstiqlal"ı ilə məhv etmişdir. Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar şəhərində torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Mahmudlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Mahmudlu ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Babək Mahmudlu ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Mahmudlu ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Mahmudlu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Babək Mahmudlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali Holding” şirkətinin aldığı 6 yeni gəmisindən biri İkinci Qarabağ müharibəsi şəhidi Babək Süleyman oğlu Mahmudlunun adına verilib.
Birinci Mahmudlu
Birinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə birinci komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. === Tanınmışları === Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. == Coğrafiyası == Düzənlikdədir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hacı Mahmudlu
Hacımahmudlu (Yevlax) — Azərbaycanın Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Hacımahmudlu (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisində kənd.
Mahmudlu (Cəbrayıl)
Mahmudlu (kənd, Cəbrayıl)
Mahmudlu (Marneuli)
Mahmudlu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Mahmudlu (Qafan)
Mahmudlu (hal-hazırkı adı: Getişen (erm. Գետիշեն), 1949-cü il ad dəyişikliyindən sonrakı adı: Çaykənd) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. Kənd Qafan şəhərindən 29 km şimal-qərbdə, Gığı və Keypəşin kəndlərinin arasında, Gığı çayının sağ sahilində, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. == Tarixi == Kəndin vaxtilə Cəbrayıl rayonunun Mahmudlu kəndinin yaylaq yeri olduğu, sonralar isə qışlağa qayıtmayan ailələrin məskunlaşması nəticəsində yarandığı söylənilir. == Adı == Topomorfantın mənası XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan şiəliyi qəbul edərək Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır. Kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilmiş, buna baxmayaraq yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırmışlar. 90-cı illərdə isə kəndin adı erməniləşdirilərək Getişen edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 42 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 134 nəfər, 1904-cü ildə 596 nəfər, 1914-cü ildə 263 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələrinin hücumuna məruz qalan kənd əhalisi kəndi tərk etməyə məcbur qalmış, Ermənistanda sovet hökuməti qurulandan sonra isə 120 nəfər kənd sakini yenidən geri qayıtmışlar.Ermənistan SSR dövründə kənddə 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 170 nəfər azərbaycanlı yaşamışdır.
Mahmudlu (Qubadlı)
Mahmudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahmudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Mahmudlu kəndi Qayalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mahmudlu kənd Soveti yaradılmışdır. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == Yaşayış məntəqəsi kürd mənşəli, XVI–XVII əsrlərdə Türkiyədə, Van gölünün şərqində yaşayan mahmudlu tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənddə XVI əsrə aid daş qoç fiquru, Qara-Qaya sığınacağı və XIX əsrə aid körpü yerləşir.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Mahmudlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Mahmudlu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Coğrafiyası == Kənd Bazarçayın sahilində, dağlıq erazidə yerləşir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.
Mahmudlu (Sarvan)
Mahmudlu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Mahmudlu (Şəmkir)
Mahmudlu (əvvəlki adı: Koltəhnəli) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Əhalisi == === Tanınmışları === Mübariz Qurbanlı — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriƏsgərov Yaşar Rəfi oğlu == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Mahmudlu (Şəmkir) ilə əlaqəli mediafayllar var.
Mahmudlu bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mahmudlu stansiyası
Mahmudlu (kənd, Cəbrayıl)
Seyid Mahmudlu
Seyidmahmudlu – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Seyidmahmudlu оymağı Cavanşir elinin qоludur. 1727-ci ilə bağlı Оsmanlı qaynağında Seyidmahmudlu оymağı ilə əlaqəli məlumat var. Cavanşir tayfasının Seyid Mahmudlu оymağı Bu оymaq Arazbar sancağında qışlayır, Naxçıvan sancağında, Sisyan adlı yerdə yaylayır, Dizaq nahiyəsində, Gülbar adlı arxın kənarında əkinçiliklə məşğul оlur, üşr və bəhrəni tоrpaq saHibinə verir. Оymağın gəliri 39.000 ağça idi. XVIII yüzilin önlərində Seyidmahmudlu оymağının başçısı Lütfəli ağa Heydərxan оğlu idi. Seyidmahmudlu оbası Seyidmahmudlu oymağından yaranıb. Seyidmahmudlu оbası XVIII yüzilin ikinci yarısında yaranıb. Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı.
Üçüncü Mahmudlu
Üçüncü Mahmudlu – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə üçüncü komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. == Coğrafiyası == Kənd Quruçayın sahilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
İkinci Mahmudlu
İkinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə ikinci komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1831 nəfər əhali yaşayır.
Birinci Mahmudlu bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mahmudlu (kənd, Cəbrayıl)
Mahmudlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == 1993-cü ildən Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüşdür. 4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.
Mahmudlu (qəsəbə, Cəbrayıl)
Mahmudlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində qəsəbə. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == 1993-cü ildən Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüşdür. 4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.
Mahmudcuq
Mahmudcuq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ərtik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Mahmudkənd kimi qeyd edilmişdir. == Toponimi == Toponim Mahmud şəxs adına kiçiltmə mənası verən -cuq şəkilçisinin qoşulmasından əmələ gəlib "Kiçik Mahmud kəndi" mənası bildirir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1940-cı ildə kənd ermənicə Pemzaşen adlandırılmşdır. == Əhalisi == 1828–1832-ci illərdə əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir.