Üçüncü Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Gecəgözlü kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd 2020-ci ildə işğaldan azad olunub.
Üçüncü Mahmudlu | |
---|---|
39°34′56″ şm. e. 47°13′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə üçüncü komponentdən istifadə edilmişdir.[2]
Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.[3]
Kənd Quruçayın sahilindədir.[2]