Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mahiyət
Mahiyyət — obyektin başlıca, əsas və müəyyənedici tərəfi.
Mahizər Əliyeva
[mənbə göstərin] Mahizər Nəcəf qızı Əliyeva (16 dekabr 1938) – kimyaçı alim Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru, dosent. == Həyatı == Mahizər Əliyeva 1938-ci il dekabrın 16-da Zaqatala şəhərində anadan olub. Orta təhsilini Zaqatala şəhər 1 saylı məktəbdə aldıqdan sonra 1959-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1965-ci ildə oranı kimya ixtisası üzrə bitirmişdir. O, 1964-cü ildə AMEA-nın Neft-kimya prosesləri İnstitutunda 1965-ci ildən AMEA-nın Aşqarlar Kimyası İnstitutunda mühəndis vəzifəsində işlənmişdir. Mahizər Əliyeva 1970-ci ildə aspiranturanın əyani şöbəsinə daxil olmuş, 1975-ci ildə müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, AMEA Aşqarlar Kimyası İnstitutunun “Analitik” laboratoriyasında kiçik elmi işçi və baş elmi işçi vəzifəsinə seçilib. 2003-cü ildən “Aşqarların analizi və fiziki kimyəvi tədqiqatları” laboratoriyasının müdiri kimi laboratoriyada aparılan tədqiqatlara rəhbərlik edir. 2009-cu ildə o, “Neft – kimya sintezi məhsullarının analizi üçün buxar fazalı xromatoqrafiya üsullarının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == M.N.Əliyeva işləyib hazırladığı buxar fazalı xromatoqrafiya üsulu ilə institutda sintez edilmiş yeni yüksək dərəcədə qaynayan, polyar üzvi birləşmələri, aşqarların başlanğıc, aralıq və son məhsullarını analiz etməklə yanaşı, bu üsulun tətbiq sahələrini genişləndirməklə məşğuldur. == Elmi əsərləri == M.N.Əliyeva tərəfindən aparılan elmi tədqiqat işləri 97 elmi əsərin, o cümlədən 55 məqalə 34 tezis, 6 müəlliflik, şəhadətnaməsi və 2 AzR Patentində öz əksini tapmışdır.
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur. Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. == İstinadlar == == Mənbə == Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998.
Maket
Maket (fr. maquette — miqyaslı model, it. macchietta, macchia) — adətən təmsil olunan obyektin funksionallığından məhrum olan kiçik miqyaslı və ya tam ölçülü obyektin modeli (kiçik miqyaslı modellərdə yüksəlmənin fiziki modelləşdirilməsi qeyri-mümkündür; yüksəlmənin bütün xüsusiyyətlərini təyin etməyin ən etibarlı yolu sahədir). Maket — bir şeyin modeli, ilkin nümunəsi, sınaq nümunəsi. Bir obyekti təmsil etmək üçün nəzərdə tutulmuşdur; orijinal obyektin təsvirinin əsassız dərəcədə bahalı, qeyri-mümkün və ya sadəcə olaraq qeyri-mümkün olduğu hallarda istifadə olunur. Maketləmək — tərtibatın yaradılması prosesi == Növləri == Şəffaf maket — prototipin daxili quruluşunu, iş prinsipini göstərir. Aktual maket — prototipin işləmə prinsipini göstərir. Elektron maket — məhsul və onun komponentləri haqqında elektron formada ümumiləşdirilmiş məlumat.
Enn Makbet
Enn Makbet (ing. Ann Macbeth; 25 sentyabr 1875, Bolton – 23 mart 1948, Kambriya[d]) — Şotlandiya rəssamı və yazıçısı, tikmə ustası və modern növü dizayneri, Qlazqo sənət məktəbinin nümayəndəsi. == Həyatı == Enn Makbet Qlazqo İncəsənət Məktəbində oxumuş və 1911-ci ildən bu məktəbdə tikmə şöbəsinə rəhbərlik etmişdir. Parça dizayneri olaraq sənətçilər Çarlz Makintoş və onun həyat yoldaşı Marqaret ilə əməkdaşlıq edirdi. Uzun müddət ərzində E.Makbetin əsərləri xanım Kranstonun çay salonunda sərgilənirdi, bu yer XX əsrin əvvələrində Qlazqo şəhərinin avanqard və modernist sənət əsərlərinin sərgiləndiyi məkan hesab edilirdi. Makbet bəzi tekstil və geyim şirkətləri üçün dizayn işləri də həyata keçirmişdir. Onun naxışları Qlazqo katedralıni bəzəyir. E. Makbet bədii tikmə üzrə 5 kitabın müəllifidir. Sənətkar ömrünün son 27 ilini Paterdeyl (Kambriya qraflığı) adlı kiçik şəhərdə keçirdi. Yerli Müqəddəs Patrik kilsəsində onun naxışları toplusu var.
Kurisu Makise
Kurisu Makise (牧瀬 紅莉栖, Makise Kurisu) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Kurisu Makise Rintaro Okabe ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. Okabe onu tez-tez Kristina deyə çağırır. Hekayədə o, neyrologiya sahəsində tanınmış gənc alimdir və Okabe ilə tanış olduqdan zamanda səyahət təcrübələrində ona kömək etməyə başlayır. Laboratoriyanın dörd nömrəli üzvünə çevrilir, D-poçtların göndərilməsində fəal iştirak edir və zamanda sıçrama cihazını ixtira edir. Hekayə davam etdikdə Okabe ilə Kurisu arasında romantik münasibətlər yaranır. Kurisu vizual romanla yanaşı manqa, ranobe və anime adaptasiyalarında, eləcə də, 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş sikvel oyun "Steins;Gate 0"-da da yer almışdır.
Orijinal-maket
Orijinal-maket (camera-ready)– nəşriyyat sistemlərində sənədin hazırlanmasının elə mərhələsidir ki, onda bütün mətbəə elementləri, qrafik görüntülər öz yerlərində olur və çap xidmətinə verilə bilər. Çap xidməti orijinal-marketin fotoşəklini çəkir və bu fotoşəkillərdən çap formalarının hazırlanmasında istifadə edir. Bəzi səhifə bağlama proqramları elementləri əl ilə düzməklə və quraşdırmamaqla sənədi icra edilməyə tam hazır vəziyyətə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maket plata
Maket plata və ya maket lövhəsi, sxem lövhəsi (ing. Breadboard) — elektron cihazların prototiplərinin yığılması və modelləşdirilməsi üçün universal dövrə əmələ gətirən çap lövhəsidir.