Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manipula
Manipul (lat. manipula) — Qədim Romada 200-250 nəfərdən ibarət ağır silahlanmış piyada bölük. Manipul Qədim Roma ordusunun döyüş vaxtı istifadə etdiyi universal bölük vahidi idi və döyüş vaxtı, bir döyüş birliyi təşkil edən, iki senturiyadan(yüzlük) ibarət idi. Baş senturion bütün manipula və bilavasitə öz yüzlüyünə, kiçik senturion ancaq öz yüzlüyünə başçılıq edirdi. Manipul düzülüşünün ilk tətbiq olunması Samnit müharibələri ilə bağlıdır. Əvvəllər ancaq ümumi falanqa şəklində vuruşan legion indi daha kiçik alt-hissələrə bölünməyə başladı, manipullara( legionda hərəsində iki senturiya olan 30 manipul var idi). Manipulyar düzülüş leqionun döyüş və manevr qabiliyətini yüksəltdi. == Qaynaq == История Древнего Мира. Расцвет древних обществ. Главная редакция восточной литературы Москва 1989 səh.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Daniela Karlan
Daniela Karlan (18 sentyabr 1980, Sibiu, Rumıniya) — Rumıniyanı təmsil edən marafonçu. Daniela Karlan Rumıniyanı 2004 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daniela Karlan birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. Həmin il Afinada baş tutan yarışlarda Daniela Karlan 20 km. məsafəyə qaçış yarışlarında 1 saat 37 dəqiqə 14 saniyəlik nəticə ilə 57 atlet sırasında 37-ci yeri tutdu. Daniela Karlan növbəti Olimpiadasına 12 il sonra, 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Daniela Masseroni
Daniela Masseroni (28 fevral 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Daniela Masseroni İtaliyanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. == Karyerası == Daniela Masseroni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Daniela Masseroni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Daniela Potapova
Daniela Potapova (d. 17 yanvar 1996; Berlin, Almaniya) — Almaniyanı təmsil edən bədii gimnast. Daniela Potapova, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daniela Potapova 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Natalie Hermann, Anastasiya Xmelnitska, Yuliya Staviçkaya və Sina Tkaltşeviş ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Mandela Eqbo
Mandela Çinveyzu Eqbo (17 avqust 1997-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Borussiya M. === Eqbo Borussiya akademiyası vasitəsilə inkişaf etmişdir. Eqbo öz peşəkar karyerasında debütünü 24 fevral 2018-ci ildə Hannover klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Denis Zakarianı əvəz etmişdir. Həmin görüşdə Borussiya liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 25 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Mandela effekti
Mandela effekti — yalnız bir və ya bir neçə nəfər deyil, dünyadakı bir çox insanın mövcud məlumatları tamamilə səhv xatırlamasıdır. == Tarixi == 2009-cu ildə Fiona Brum keçmiş CAR prezidenti Nelson Mandelanın 1980-ci illərdə həbsxanadakı ölümünü necə xatırlaması haqqında bir konfransda danışırdı. Ancaq Mandela 1980-ci illərdə deyil, 2013-cü ildə vəfat etmişdir. Brum xatirələri haqqında başqalarıyla danışanda məlum oldu ki, Brum tək deyil. Digərlərinin iddialarına görə, Mandelanın 1980-ci illərdə ölüm xəbərini və dul arvadının ölümlə bağlı nitqini xatırlayırlar. Brum belə əhəmiyyətli bir hadisənin bu qədər geniş auditoriya tərəfindən səhv xatırlanması və olmamış bir hadisə haqqında təfərrüatları ilə danışılmasından şok oldu. Sonralar "Mandela effekti" adını verdiyi bu fenomeni və buna oxşar hadisələri müzakirə etmək və araşdırmaq üçün bir sayt qurdu.
Manuela Bocçini
Manuela Boçini (26 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Manuela Boçini İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Manuela Boçini
Manuela Boçini (26 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Manuela Boçini İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Manuela Friz
Manuela Friz (16 avqust 1978, Aqordo[d], Veneto) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Manuela Friz İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Manuela Pizzo
Manuela Pizzo (d. 14 noyabr 1991; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Manuela Pizzo Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Mariya Manuela
Mariya Manuela (15 oktyabr 1527[…], Koimbra – 12 iyul 1545, Valyadolid) — Portuqaliya kralı III Conun və Kastilya şahzadəsi Avstriyalı Ketrinin ən böyük qızı. 12 noyabr 1543-cü ildə dayısı V Karlın oğlu Milan hersoqu Filiplə evləndirildi. Bu evlilikdən Karlos adlı bir oğlu olsa da, doğuşdan 4 gün sonra qanaxma səbəbilə vəfat etdi. Cənazəsi əvvəlcə Qranada Kral Şapelində dəfn olunsa da, daha sonra El-Eskorial məzarlığına köçürüldü. == Mənbə == Kamen, Henry: Philip of Spain. Yale University Press. 1998. ISBN 978-0-300-07800-8. Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times.
Masiela Lusha
Masiela Luşa (ing. Masiela Lusha; 23 oktyabr 1985, Tirana, Albaniya — ABŞ aktrisası, yazıçı və filantrop.
Masiela Luşa
Masiela Luşa (ing. Masiela Lusha; 23 oktyabr 1985, Tirana, Albaniya — ABŞ aktrisası, yazıçı və filantrop.
Nelson Mandela
Nelson Holilala Mandela (kosa. Nelson Rolihlahla Mandela; 18 iyul 1918[…], Mfezo[d], Cənubi Afrika Birliyi[…] – 5 dekabr 2013[…], Hafton-Esteyt[d], Qautenq vilayəti) — Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994–1999). Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmışdır (1963–1990). 1993-cü il Nobel Sülh mükafatı laureatı. == Həyatı == 1918-ci ildə Rolihlahla Dalibhunga adı ilə Cənubi Afrikanın kiçik kəndində Madiba klanında doğulub. Cənubi Afrikada çox vaxt onu klanının adı — Madiba ilə çağırırdılar. İngilis Nelson adını isə ona məktəbdəki müəllimi vermişdi.Onun atası Thembu kral ailəsinin məsləhətçisi olub və Nelson Mandelanın doqquz yaşı olanda ölmüşdü. Bundan sonra ona Thembu xalqının icraçı naibi Jongintaba Dalindyebo atalıq edib. === Siyasi fəaliyyəti === Mandela Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub. Həbsdən çıxandan sonra Nelson Mandela ANC-in prezidenti olub.1952-ci ildə Mandela vəkil oldu və şəriki Oliver Tambo ilə birlikdə Yohannesburqda hüquq məsləhətxanası açdı.
Manila şəhəri
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Manvel Qriqoryan
Manvel Sektori Qriqoryan (erm. Մանվել Սեկտորի Գրիգորյան; ləqəbi: Tuşonka Manvel, erm. Տուշոնկա Մանվել; 14 iyul 1956, Körpəli, Üçkilsə rayonu – 19 noyabr 2020) — Ermənistan hərbçisi, siyasətçisi, general-leytenantı (2000), Yerkrapanın sədri (1999–2018), Qondarma Dağlıq Qarabağ Respublikası Ali Sovetinin deputatı (1992–1996), Ermənistan Milli Məclisinin deputatı (2012–2018), Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. O, 2018-ci ildə qeyri-qanuni yolla silah-sursata sahib olmaqla təqsirlənərək həbs edilmişdir. == Bioqrafiya == Manvel Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Armavir mərzində yerləşən Körpəli kəndində anadan olmuşdur. O, 1975–1977-ci illərdə Qızıl Orduda xidmət göstərmişdir. O, 1993-cü ildə Xankəndi Pedaqoji İnstitutundan, 1998-ci ildə isə İrəvan Dövlət Universitetindən məzun olmuşdur. Manvel Xocalı soyqırımında iştirak etmişdir. 1993-cü ildə Manvel Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilmişdir. O, komandirlik dövründə Cəbrayılın və Füzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalamış, dinc sakinlərə işgəncə vermişdir.
Manvel Yeğiazaryan
Manvel Vasili Yeqiazaryan (9 aprel 1960, Nemətabad, Yevlax rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. == Həyatı == 9 aprel 1960-cı ildə Nemətabad kəndində anadan olub. 1989-cu ildə "Arabo" könüllülər dəstəsini yaradıb. 1989–1994-cü illərdə Yeğeqnadzor, Qafan, Basarkeçər və Qondarma Dağlıq Qarabağ Respublikasında Şaumyankənd, Buzluq, Erkəc, Manaşid, Getaşen, Xocalı, Malibəyli, Ağdərə, Kərmiravan, Marağa, Mağavuz, Talış, Laçın dəhlizi, Şuşa, Kəlbəcər (Ömər aşırımı) döyüşlərində iştirak etmişdir. Ermənistan Ali Sovetinin deputatı idi. == Təltifləri == Ermənistan Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni, Qondarma Dağlıq Qarabağ Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni və "Artsax igidlərinə analıq təşəkkürü" xatirə medalı ilə təltif edilmişdir.
Manvel Sarıbekyan hadisəsi
Manvel Sarıbekyan hadisəsi — 11 sentyabr 2010-cu ildə Ermənistanın sərhədyanı Qoturbulaq kəndinin sakini Manvel Sarıbekyanın Azərbaycan ordusu tərəfindən əsir götürülməsi. Hadisə Azərbaycanın sərhədyanı Zamanlı kəndi yaxınlığında baş vermişdi. Azərbaycanda Sarıbekyan casusluqda və terror aktına cəhddə ittiham olunmuşdu. Ermənistanda Sarıbekyanın qohumları iddia etmişdilər ki, o, 11 sentyabrda səhər saatlarında odun yığmağa getmişdi.. Azərbaycan hakimiyyəti Sarıbekyanın Azərbaycan sərhədini keçərək Zamanlı kəndində məktəbi partlatmaq niyyətində olan təxribat qrupunun üzvü olduğunu etiraf etdiyi dindirmə videosunu yaymışdı. Ermənistan Müdafiə Nazirliyi iddia etmişdi ki, videoda Sarıbekyanın məruz qaldığı işgəncə izləri müşahidə olunur.5 oktyabr 2010-cu ildə Manvel Sarıbekyan Bakıda həbsxanada ölü tapılmışdır. Azərbaycan hakimiyyəti onun intihar etdiyini bildirmişdi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Manvel Sarıbekyanın öldürüldüyünü irəli sürmüşdü.2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Manvel Sarıbekyana qarşı yaşamaq hüququnun pozulmasını və işgəncənin qadağan olunmasını tanımışdır. Məhkəmə Azərbaycan hakimiyyətini Manvel Sarıbekyanın qohumlarına 60 min avro ödəməyə və onun ölümü ilə bağlı istintaqı bərpa etməyə məcbur etmişdir.