Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mannalılar
Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri. Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır.
Mannalıların şəxs adları
Mannalıların şəxs adları – Mannalıların mixi yazılı mənbələrdə qorunaraq dövrümüzə çatmış şəxs adları. A m e k a – İranşünaslar bu adı farsca sayırlar. Q. Qeybullayev isə qeyd edir ki, bu ad türkcə amaq, omaq – qıvraq, xoş təbiətli, cəld, yaxşı əhval – ruhiyyəli sözündədir. Midiyada Amaxar (er. əv. 821-ci il), Qara dənizin şimal çöllərində skiflərdə Amak (er. əv. VII əsr) və sarmatlarda Amaqaşəxs adları ilə müqayisə olurdu. Türk dillərində m – b əvəzlənməsinə görə Abaqa xan (Elxanilər sülaləsində xan adı, XIII əsr), XIV əsrdə Sibirdə Tumen xanlığının xanı İbak, XVII əsrdə Altayda teleutlarda Abak şəxs adları ilə müqayisə olunur. M u s a s i n – Şumercə mu – mənim, sa, za – ürək və Sin (Ay allahının adı) sözlərindən ibarət teofor addır.
Bandalılar
Bandalılar, 1) Köhnəbandalılar, eli-elatlar, vadanlar — Şərqi İndoneziyada (Nuxu-Çit adası, Kay arxipelaqı) Ambon-Timor xalqlarından biri. Sayları 3 min nəfərdir (1998). Şərqi İndoneziya keçid irqi qrupuna mənsubdurlar. Banda, yaxud eli-elat dilində danışırlar. Key və İndoneziya dilləri də yayılmışdır. Dindarları müsəlmandır. Bandalılar Banda adalarının aborigenlərinin, həmçinin gəlmə İndoneziya, Çin və ərəb komponentlərinin əsasında təşəkkül tapmış orta əsr ticarət etnosunun nəsilləridir. XIV–XVI əsrlərdə Avropa bazarlarında böyük tələbat duyulan fındıq və Hind qozu becərilməsi və satışı ilə məşğul olmuşdur. Avropalılar Banda adalarına gələnədək burada orang kaya ("zəngin kişi")nin başçılıq etdiyi oliqarxiya hakimiyyət formasından istifadə olunmuşdur. Mənbələrə görə, XVI əsrin əvvəllərində Bandalıların sayı 2500–3000 nəfərə çatırdı.
Maltalılar
Maltalılar — Maltanın yerli əhalisi. Ümumi sayı — 740 min nəfərdir və onlardan 396 min nəfəri Malta ərazisində yaşayır. Avstraliyada 164 min, Böyük Britaniyada 40 min, ABŞ-də 50 min, Kanadada 39 minə yaxın maltalı məskunlaşıb. Malta dili sami dillərinin ərəb dil qrupuna daxildir. Ərəb dilinə yaxın olsa da italyan və Avropa dillərinin güclü təsirinə məruz qalmışdır. == Mənşəyi və tarixi == Maltalılar Avropada yeganə Semit dilli xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların azlığı heyvandarlığı məhdudlaşdırır. İqlim Maltada ildə 2-3 dəfə məhsul götürməyə imkan verir.
Xanalılar
Xanalılar (Laçın) — Laçın rayonunda kənd. Xanalılar (Şuşa) — Şuşa rayonunda kənd.
Annallar
Annallar — qədim dövrdə və orta əsrlərdə nisbətən əhəmiyyətli hadisələrin illər üzrə yazılışı. Qədim misirlilərdə, assurlarda, farslarda, çinlilərdə, romalılarda və b. xalqlarda illər üzrə yazı olmuşdur. "Annal" məfhumu latın mənşəlidir (latınca "annus" - "il" deməkdir). Orta əsrlərdə annallar adətən monastırlarda aparılırdı. Annallar "Tarix"lərlə birlikdə tarixi xronikanın inkişafının əsasını təşkil etmişdir.
Mannalar
Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri. Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır.
Xanalılar (Laçın)
Xanalılar — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Xanalılar kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kəndin cənub qərbində Xanalı dərəsi də var. Oykonim xanalılar nəslinin adından yaranmışdır. Etnotoponimdir.. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 150 nəfər olmuşdur. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Xanalılar (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Annallar (Tasit)
"Annallar" (lat. Annales) orijinal başlığı – "İlahi Avqustun ölümündən" (lat. Ab excessu divi Augusti) — Roma tarixçisi və senatoru Tasitin Roma imperiyasının b.e. 14–68-ci illərindən, yəni Tiberinin hakimiyyəti dövründən Neronun hakimiyyəti dövrünə qədərki tarixi haqqında yazdığı əsər. "Annallar" b.e. I əsrində Roma imperiyasının tarixinin başa düşülməsi üçün mühüm mənbədir. Bu, Tasitin son əsəridir və müasir tarixçilər ümumiyyətlə onu onun ən böyük yazısı hesab edirlər. Tarixçi Ronald Mellor bunu "Roma tarixi yazısının zirvəsini" təmsil edən "Tasitin pik nailiyyəti" adlandırır. Tasit "Tarix" and "Annallar" birlikdə 30 kitabdan ibarət idi. Bəzi alimlər bəzi kitabların hansı əsərə aid edilməsi ilə bağlı fikir ayrılığına düşsələr də, ənənəvi olaraq 14-ü "Tarix"ə, 16-sı isə "Annallar"a aid edilir.
Annallar məktəbi
Annallar məktəbi (fr. École des Annales), həmçinin "Yeni tarix elmi" (fr. La Nouvelle Histoire) — Lüsyen Fevr və Mark Blok tərəfindən qurulan tarixi istiqamət. "Annallar" jurnalı ətrafında formalaşan bu tarixi məktəb XX əsrin bütün dünya tarixşünaslığının inkişafına mühüm təsir göstərmişdir. 1929-cu ildə Lüsyen Fevr və Mark Blok bu gün də nəşr olunan "İqtisadi və sosial tarixi annallar" (Fr. Annales d'histoire économique et sociale) jurnalını yaratdılar. Bu jurnalda tarixçilər "bütövlükdə" tarixi xarakterizə edən məqalələr, tarixin təkcə siyasi, hərbi və diplomatik aspektləri ilə məhdudlaşmayan məqalələr dərc etməyə çalışırdılar. Beləcə yeni istiqamət yarandı və Annallar jurnalı ətrafında qruplaşdı. Onların təqdimatında klassik "tarix-hekayə" janrı "tarix-problem" ilə, eyni zamanda "ümumi" tarix, yəni cəmiyyətdə mövcud olan bütün əlaqələri ilə – iqtisadi, sosial, mədəni əvəz olundu. Alimlər tədqiqatlarının mərkəzinə görkəmli şəxsiyyətlərin fəaliyyəti, hadisələrin təsvirini deyil, bütövlükdə cəmiyyəti qoymağa, uzun zamanlar ərzində mövcud olan dərin strukturları üzə çıxarmağa çalışmağa başladılar.